"Kupça"sı olmayan evlərlə bağlı NAZİRLİKDƏN MÜHÜM AÇIQLAMA

"Kupça"sı olmayan evlərlə bağlı NAZİRLİKDƏN MÜHÜM AÇIQLAMAAzərbaycanda bəzi bələdiyyələr xüsusi mülkiyyəti təsdiq edən sənədi ("kupça") olmayan fərdi evlərin sakinlərinə müraciət edərək onlardan əmlak və torpaq vergisinin ödənilməsini tələb edirlər. Vətəndaşlara bələdiyyələr tərəfindən təqdim edilmiş tədiyyə bildirişlərində hətta bu da xüsusi qeyd edilir ki, vergini müəyyən edilmiş müddətdə ödəməsələr, Vergi Məcəlləsinə uyğun olaraq, onların ödənilməmiş vergi məbləğinə 0,1 faiz məbləğində əlavə ödəniş hesablanacaq və maliyyə sanksiyası tətbiq ediləcək. Bununla da bələdiyyələr vətəndaşları həmin vergilərin onlar tərəfindən qanunauyğun şəkildə toplanıldığına inandırmaq istəyirlər.

Lakin məlum olub ki, bələdiyyələrin vergi ödənişi ilə bağlı etdikləri bu tələb qanunauyğun deyil.

Məsələ ilə bağlı Trend-in sorğusunu cavablandıran Vergilər Nazirliyi xüsusi mülkiyyəti təsdiq edən sənədi olmayan fərdi evlərə görə əmlak və torpaq vergisinin toplanılmasının düzgün olub-olmadığına aydınlıq gətirib.

Nazirlikdən bildirilib ki, Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə görə, fiziki şəxslər onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müəyyən edilmiş dərəcələr tətbiq olunmaqla (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə əmlak vergisi ödəyirlər.

Nazirlik "xüsusi mülkiyyətdə olan binalar"ın hansı binalara şamil olunduğunu da açıqlayıb.

Bildirilib ki, əgər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş mülkiyyəti təsdiq edən sənədi yoxdursa, o zaman həmin binaya əmlak vergisi hesablanmamalıdır:

"Əmlak vergisi yalnız mülkiyyəti təsdiq edən sənədi olan əmlaklar üçün tətbiq edilir. Qanunvericilikdə "kupça"sı olmayan evlərə görə əmlak vergisi nəzərdə tutulmayıb. Belə hallarla üzləşən vətəndaşlar yerli bələdiyyələrə müraciət edərək Vergi Məcəlləsinin 197.1.1 maddəsinə istinad edə bilərlər. Həmin maddəyə görə, yalnız xüsusi mülkiyyətdə olan evlər üçün əmlak vergisi hesablanır".

Nazirlikdən qeyd edilib ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 12.1-ci bəndində də "xüsusi mülkiyyət" anlayışı dəqiqləşdirilib. Qanunun həmin maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir:

"Ona görə də Dövlət Reyestr Xidmətindən çıxarış olmadıqda həmin mülk xüsusi mülkiyyətdə olan əmlak sayılmır və onun üçün əmlak vergisi hesablanmır".

Sənədi olmayan həyətyanı sahələr üçün bələdiyyələr tərəfindən torpaq vergisinin toplanılmasına gəldikdə, Vergilər Nazirliyindən bildirilib ki, qanunvericiliyə görə, fiziki şəxslərin və müəssisələrin Azərbaycan ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır:

"Vətəndaşın evinin mülkiyyəti təsdiq edən sənədi olmaya bilər, amma həmin torpaq onun istifadəsindədirsə, torpaq vergisi ödənilməlidir. Məsələn, Sumqayıtda olan və 10 min kvadrat metrədək torpaqların hər 100 kvadrat metrinə (1 sot) görə 50 qəpik, 10 min kvadrat metrdən artıq olan torpaqların hər 100 kvadrat metrinə görə 1 manat torpaq vergisi hesablanır. Əgər torpaq 3 sotdursa, onda vətəndaş 1 manat 50 qəpik torpaq vergisi ödəməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2640   Tarix: 17 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel