Leyla Şıxlinskaya 56 min manatı qəbul etmədi

Leyla Şıxlinskaya 56 min manatı qəbul etmədiBakı Ağır Cinayətlər Məhkəməsində "Leyla Şıxlinskaya"nın klinikasının mənimsəmədə və vergidən yayınmada təqsirləndirilən keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva , Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edərək, ekpertizanın rəyinə əsasən müəyyənləşdrlən ziyan məbləği - 56 min manatı zərərçəkmiş Leyla Şıxlinskayaya təqdim ediblər: "Lakin o, həmin pulu qəbul etmədi və bununla bağlı da bizə ərizə vermədi. Leyla Şıxlinskaya ona dəymiş ziyanın çox olduğunu və ekspertizanın rəyi ilə razılaşmadığını dedi".

Hakim bildirib ki, yenidən 56 min manat zərərçəkmişə təqdim edilib, razılıq ərizəsi alınmalıdır. Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.

Təqsirləndirilən klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar. İstintaq Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

"Leyla Şıxlinskaya" klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl klinikanın sahibi Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb. Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərini 700 min manatdan çox vəsaiti ələ keçirməkdə ittiham edib.

Şəhla Abbasova istintaqa ifadəsində klinikada ancaq rəsmi mühasibatlıq işlərinə cavabdeh olduğunu, daxil olan pulların böyük hissəsinin Şıxlinskayanın Nadya adlı yaxın adamının nəzarət etdiyi "qara kassa"da cəmləndiyini, oradan isə daşınmaz əmlak alınması və digər məqsədlər üçün xarici bank hesablarına köçürüldüyünü danışıb.

Leyla Şıxlinskaya isə mətbuata açıqlamasında bu cinayət işinin onunla əlaqəsinin olmadığını bildirmişdi. "Mən klinikanın sadəcə təsisçisiyəm, heç bir hüquqi sənəddə imzam yoxdur. Heç bir işə qarışmıram. Bu şəxslər - baş mühasib Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova və digərləri bütün haqq-hesabları özləri aparıblar. Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. Sonra da dövləti aldatmağa, külli miqdarda vəsaiti ələ keçirməyə başladılar. Bildiyimə görə, 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib".

Leyla Şıxlınskaya əlavə edib ki, klinikanı yaradarkən çoxlu maliyyə vəsaiti sərf edib və mühasibatlığın, oraya rəhbərlik edən şəxslərin törətdiyi əməldən sonra buranı yenidən formalaşdırmaq, təmir edib yeni avadanlıqlar almaq qərarına gəlib: "Həmin şəxslər qanun qarşısında cavab verəcək. Vaxtı ilə bura gələndə qəbul otağında oturan insanlar sonradan mənim mərhəmətimdən istifadə edib vəzifə tutdular və belə bir çirkin əməl törətdilər".

Qeyd edək ki, "Leyla Şıxlinskaya" klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayınması ilə bağlı hazırda Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılması barədə mediada məlumatlar dərc edilib./bizimyol


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1828   Tarix: 18 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə -a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütü

4 aprel
.

Tanınmış jurnalistə vəzifə verildi

Mingəçevir Dövlət Universitetində yeni kadr təyinatı həyata keçirilib. Tanınmış jurnalist Firuzə Cəlilova universitetin İctimai əlaqələr və marketinq şöbəsinin müdiri - mətbuat katibi vəzifəsinə təyin olunub. Firuzə Cəlilova Bakı Dövlət Universiteti-nin məzunudur, pedaqogika üzrə fəlsəfə doktorudur v

3 aprel
.

Kiberhücumlara qarşı müdafiə gücləndirilir: Azərbaycanda yeni Koordinasiya Mərkəzi yaradılacaq

Son illər süni intellekt texnologiyalarının sürətli inkişafı informasiya məkanında yeni risklər yaradıb. Xüsusilə dipfeyk videolar və saxta xəbərlərin yayılması həm ictimai rəyə, həm də dövlətlərin informasiya təhlükəsizliyinə təsir göstərir. Bu səbəbdən bir çox ölkələr kiberhücumlara qarşı rəqəmsa

5 aprel
.

6 uşağın zəhərləndiyi ailənin - 2 yaşlı Gülcənnəti öldü

Sumqayıtda zəhərlənən 6 uşaqdan biri vəfat edib. "Qafqazinfo"nun məlumatına görə, Xəzri bağlarında baş verən hadisədən sonra 2 yaşlı Gülcənnətin həyatını xilas etmək olmayıb. Digərlərinin müalicəsi davam edir. Qeyd edək ki, 9 uşaqlı ailənin 6 övladı palçıqla oynadıqdan sonra eyni vaxtda yuyunma

4 aprel
.

Baş nazir selin fəsadları ilə bağlı TAPŞIRIQLAR VERDİ

Aprelin 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə bir sıra mərkəzi, şəhər və rayon hakimiyyət orqanlarının rəhbər şəxslərinin iştirakı əsasında müşavirə keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, müşavirədə martın 26-28-də respublikanı

4 aprel
.

Məktəblilər 10 gün DƏRSƏ GETMƏYƏCƏK - SƏBƏB

Azərbaycanda məktəblilərin qarşıdakı istirahət günləri açıqlanıb. Bakıvaxtı.az-a istinadən xəbər verir ki, ümumtəhsil müəssisələrində may-iyun aylarında şagirdləri bir neçə rəsmi tətil və qeyri-iş günləri gözləyir. Məlumata görə, bu müddətdə ibtidai siniflər üçün ayrıca istirahət günləri ilə yanaşı

4 aprel
.

Xəzər dənizində zəlzələ baş verdi

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə -a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, Quba stansiyasından 69 km şimal-şərqdə yerli vaxtla saat 06:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 74 kilometr dərinlikd

4 aprel
.

Azərbaycanda evlənmək istəyənlərə EV VERİLƏ BİLƏR - YENİ TƏKLİFİN DETALLARI

Son zamanlar ölkədə ailə qurmaqdan çəkinənlərin sayı artıb. Bu səbəbdən evliliklərin sayında əvvəlki illərlə müqayisədə azalma müşahidə olunur. Əsas səbəblərdən biri gənclərin şəxsi mənzilə sahib olmamasıdır. Hazırda ev almaq üçün minimum 80-100 min manat vəsait tələb olunur ki, bu da həm yüksək gəlir

4 aprel
.

Küləklə bağlı növbəti - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Aprelin 4-6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bakıda v

4 aprel