Azərbaycanın varlı xanımları – Onları siz də tanıyın!

Azərbaycanın varlı xanımları – Onları siz də tanıyın!Qadınların rolu və iştirakı olmadan hər hansı cəmiyyətin inkişafı və tərəqqisi mümkün deyil. Nə qədər acı olsa da, şərq dəyərlərinin hakim olduğu cəmiyyətlərdə qadınlar bir o qədər önə çıxmağa həvəsli olmurlar. Bunu doğuran obyektiv və subyektiv səbəblər var. Bir səbəb mentalitetin yaratdığı manelərdisə, digər səbəb yaxınlarının buna etiraz etməsidir.

Lakin bununla yanaşı Azərbaycanda karyera zirvəsinə çatmış, öz sahəsində böyük uğurlar əldə etmiş xanımlarımız da az deyil.

Sonxeber.az azxeber.com-a istinadla xəbər verir ki, bu məqalədə sahibkarlıq sektorunda öz sözünü demiş işgüzar xanımlardan bəhs edəcək.

Zərifə Həmzəyeva 1999-cu ildə təsis edilən və Azərbaycanda kosmetik məhsulların istehsalçısı olan "Gazelli" şirkətinin sahibidir. "Gazelli" şirkəti Azərbaycanda ətriyyat-kosmetika məhsullarının istehsalçısı olan ilk şirkətdir. 20 milyon manatdan çox nizamnamə kapitalına sahib olan şirkətin Bakının Şüvəlan qəsəbəsində 10.000 kvadrat metrdən artıq istehsalat sahəsi və bir neçə törəmə müəssisəsi var. Şirkət 200 addan çox məhsul istehsal edir. Eyni zamanda Z.Həmzəyeva maliyyə bazarında da iştirakçılardan biridir. O, ölkəmizin aparıcı banklarından birində payçılardandır.

Azərbaycanın varlı xanımları – Onları siz də tanıyın!Kəbirə Məmmədova paytaxtın iri ticarət mərkəzlərindən olan və uzun müddətdir fəaliyyət göstərən "Binə" Ticarət Mərkəzinin rəhbəridir. Ticarət mərkəzi qeyri-ərzaq məhsulları sahəsində ölkəmizin ən böyük topdansatış mərkəzlərindən biridir. Hazırda Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzi təkcə paytaxtı deyil, regionları da geyim, elektronika, məişət, xırdavat və digər məhsullarla təmin edir. Mərkəzin tabeliyində minlərlə dükan fəaliyyət göstərir.

Azərbaycanın varlı xanımları – Onları siz də tanıyın!Aytən Quliyeva paytaxtın ən böyük tibb ocaqlarından olan – "Baku Clinic"in rəhbəridir. Nərimanov rayonu ərazisində yerləşən hospital laborator analizlər və instrumental müayinələr sahəsində böyük təcrübəyə malikdir. Eyni zamanda bu tibb mərkəzinin nəzdindən fəaliyyət Cərrahiyyə Mərkəzində müxtəlif səpkili endoskopik və laporoskopik əməliyyatlar icra olunur.

Azərbaycanın varlı xanımları – Onları siz də tanıyın!Səkinə Babayeva Azərbaycanın ilk tikiş müəssisələrindən olan Bakı-Əyrici-Toxucu-Trikolaj Fabrikinin rəhbəridir. Onu digərlərindən fərqləndirən iki xüsusiyyət var. Bunlardan biri adi işçidən fabrik sahibliyinə qədər yüksəlməsi, digəri isə eyni zamanda ictimai fəaliyyətlə məşğul olmasıdır. S.Babayeva həmçinin İqtisadiyyat Nazirliyinin dəstəyilə yaradılmış Azərbaycan Qadın Sahibkarları Assosiasiyasının sədridir.

Azərbaycanın varlı xanımları – Onları siz də tanıyın!Leyla Şıxlinskaya Azərbaycanda ilk şəxsi klinikalardan birinin – öz adını daşıyan klinikanın sahibidir. İxtisasca aktrisa olan və bir çox filmlərdə rol alan L.Şıxlinskaya həkim ailəsində dünyaya göz açıb. Görünür ailədən gələn təcrübə onun üçün yol xəritəsi olub və tibb ocağı yaratmaq qərarına gəlib. Hazırda bu klinikada bir çox tibbi prosedurlarla yanaşı Doğuş şöbəsi də fəaliyyət göstərir.

Azərbaycanın varlı xanımları – Onları siz də tanıyın!Ruhi Əliyeva bir müddət müğənni kimi fəaliyyət göstərsə də, son dövrlər bütün diqqətini biznes sahəsinə yönəldib. Onun qızıl dükanı, turizm şirkəti, moda mərkəzi və digər obyektləri elitar kəsimin üz tutduğu əsas alış-veriş mərkəzlərindən biridir. İctimai fəaliyyətlə də məşğul olan Ruhi eyni zamanda xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.

Azərbaycanın varlı xanımları – Onları siz də tanıyın!


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6864   Tarix: 18 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Keçi və xoruz toyuğu belə xilas etdi - VİDEO

Hollandiyanın Qelderland əyalətindəki bir fermada keçi və xoruz bir toyuğu ona hücum edən Şahin quşundan xilas edib. -a istinadən xəbər verir ki, sentyabrın əvvəlində 59 yaşlı fermer Caap Bits həyətdə səs eşidib. Şahin quşunun bir toyuğa hücum etdiyi məlum olub. Bu an müşahidə kamerasının videosuna düşüb

16 sentyabr 2021