Hacı Qalib Salahzadə: "Mən kiməm ki, hansısa küçəyə atamın adını verim?.."

Hacı Qalib Salahzadə: "Mən kiməm ki, hansısa küçəyə atamın adını verim?..""Mətbuatda səsləndirilən ittihamlar, yaşadığım küçəyə guya, öz atamın adını verdirməyim barədə iddialar mənə qarşı təxribatdır. Bu informasiyalar reallığı, həqiqəti əks etdirmir. Yaşadığım küçə atamın adına deyil axı...".

Bu barədə Modern.az-a sabiq deputat hacı Qalib Salahzadə danışıb. O bildirib ki, heç bir küçəyə ad verməyə səlahiyyəti yoxdur:

"Mən kiməm ki, hansısa küçəyə ad verim? "Yeni Müsavat" qəzeti davamlı olaraq haqqımda ittihamlar yazır... Halbuki, o qəzetin baş redaktoru Rauf Arifoğlu mənimlə birlikdə Həcc ziyarətində olub...
İndi deputat olduğum dövrdən qalan bəzi məsələlər, oğlumun işi ilə əlaqədar olan qüvvələr var ki, barəmdə mənfi fikir formalaşdırmaqla, məni insanların gözündən salmağa çalışırlar. Hamı bilir ki, mən 1990-cı illərdən bu yana Heydər Əliyevin tərəfdarıyam, indi də Yeni Azərbaycan Partiyasının üzvüyəm. Ona görə, haqqımda təşkil olunmuş şəkildə qərəzli informasiyalar çox yayırlar".

Qalib Salahzadənin sözlərinə görə, Bilgəh qəsəbəsində 90-cı illərə qədər küçələrin adları olmayıb. O bildirib ki, bu ərazi vaxtilə Abşeron rayonunun kəndi olduğuna görə, Bilgəhdə yaşayan hörmətli insanların adı Kənd soveti tərəfindən siyahıya alınıb, adlarına küçə verilib. O cümlədən də atası Aslan Salahzadə:

"50-dən çox Bilgəh ziyalısının adına küçə var idi. Baba Quliyev, Kazım Quliyev, Zeynəb xanım və s. insanların adına küçə verilmişdi. Mənim atam Aslan Salahzadə 35 il Bilgəh kəndində müəllimlik edib. Hər kəs bilir ki, o, 3 ali məktəb, bir texnikum bitirib. Respublikanın bütün tanınmış şairləri, yazıçıları ilə dost idi, Cabir Novruzla birlikdə təhsil alıb. Ziyalı insan olduğuna görə, atamın da adı qeyd etdiyim şəxslərin siyahısına salındı və adına küçə verildi. Lakin hazırda həmin illərdə verilən küçə adlarının hamısı ləğv olunub, həmin küçələr başqalarının adına keçirilib.
İndi mənim yaşadığım küçə Aslan Salahzadə deyil, Qələbə küçəsi adlanır. Mənim atamın adına küçə olduğunu deyənlər, yazanlar yaxşı olardı bu məsələni bir araşdırardılar. Bu cür cılız, yalan iddialar ortaya atmaqla məni ittiham edirlər. Əgər deputat səlahiyyətlərimdən sui-istifadə edəsi olsaydım, atamın adına heykəl, abidə qoydurardım. Halbuki, mənim atamın belə şeylərə ehtiyacı olmayıb. O, ziyalı insan olmasaydı, 90-cı illərdə onun adı küçəyə veriləndə, camaat etiraz edərdi".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1707   Tarix: 19 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video

10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

19 dekabr
.

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat

"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi

19 dekabr
.

"3 böyük xəstəxananın əsaslı yenidən qurulması işləri davam edir" - Vüqar Qurbanov

"Tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır". Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqd

19 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr