Hadi Rəcəbli dilənçilərdən DANIŞDI: "...əməklə məşğul olmağa yönləndirmək lazımdır"

Hadi Rəcəbli dilənçilərdən DANIŞDI: "...əməklə məşğul olmağa yönləndirmək lazımdır""Əmək qabiliyyəti olduğu halda dilənçilik edən insanları əvvəl araşdırmaq, sonra tədbir görmək lazımdır".

Bu barədə Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli danışıb. O bildirib ki, insanları mənəvi cəhətdən əməklə məşğul olmağa yönləndirmək lazımdır:

"Televiziyalarda, sosial şəbəkələrdə və mətbuatda bir çox sosial çarxlar yayılır. Əmək qabiliyyəti olmadığı halda işləyərək, çörəkpulu qazanmağa çalışan insanların zəhmətsevərliyini əks etdirirlər. Bu çox müsbət haldır. Belə keyfiyyətlər insanın daxili aləminin zənginliyini, böyüklüyünü əks etdirir. Halbuki, dilənçiliyi biznes vasitəsi, peşə kimi dəyərləndirən, normal qəbul edən şəxslər var. Məsələn, qaraçılar dilənçiliklə məşğul olmağı sənət hesab edirlər.

Əmək qabiliyyəti olduğu halda dilənçiliklə məşğul olan insanların sosial durumu ilə maraqlanmaq lazımdır. Həqiqətən, bu insanın maddi problemləri varsa, ailəsini dolandıra bilmirsə, müəyyən kömək etmək olar. Bəzən sosial şəbəkələrdə hansısa dilənçinin şəklini yerləşdirirlər, izləyicilər onun maddi durumunun yaxşı olduğunu, fırıldaqçılıq etdiyini yazırlar. Ona görə, bu məsələdə mütləq bələdiyyələrin, ictimai birliklərin, cəmiyyətin fikirlərini öyrənməliyik. O qədər vəziyyəti ağır olan, maddi təminatı aşağı, hətta əmək qabiliyyətini itirmiş insanlar var ki, mənəviyyatını yüksək tutaraq, dilənçiliyə əl atmırlar. Bu insanlara da, ehtiyac ucbatından dilənməyə məcbur olanlara da kömək etməliyik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1153   Tarix: 20 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şahdağa qar yağdı - Faktiki hava

Mayın 9-u saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Şahdağda qar

9 may
.

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks" Birliyi cərimə edilib. Qaynarinfo xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti quruma İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələri ilə cərimə yazıb. 192.4-cü maddə işçini

8 may
.

"Sahil Babayev gələndə ümidlənmişdim, amma..." - Boks məşqçisi narazıdır

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Boks Federasiyasının (AFB) prezidenti seçildikdən sonra bu sahənin inkişafına ümidlər yaransa da, baş verənlər bunun əksini göstərir. Boks üzrə məşqçi Ramin Məmmədzadə Qaynarinfo-ya bildirib ki, hazırda Azərbaycan boksu inkişafa deyil

9 may
.

Vətəndaş işlədiyi yerdən maaşını ala bilmir - DİN-ə müraciət

Xaçmaz rayonu, Xudat şəhəri, Seyidlər kəndinin sakini Ədalət Xəlilov maaşını ala bilmir. Qaynarinfo-ya müraciət edən vətəndaş deyir ki, Mehdiabad qəsəbəsində "Nəbi dayının sexi" kimi tanınan özəl müəssisədə işləyib. "Buranı internet vasitəsi ilə tapmışam. Ötən ilin dekabrında çilingə

9 may
.

Agentlik sədri özünə yeni müşavirlər təyin etdi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinatlar olub. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı agentliyin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Əsəd Şirinov və Etibar Məmmədov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri təyin ediliblər

8 may
.

"Qəbələ"nin yeniyetmə futbolçuları Gəncədə döyüldülər: Saxlanılanlar var - YENİLƏNİB + FOTO/VİDEO

Futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən "Kəpəz" - "Qəbələ" matçında baş verən hadisə ilə bağlı üç nəfər saxlanılıb. Bununla bağlı -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. Onun sözlərin

9 may
.

Xocalıda insana məxsus sümük fraqmentləri aşkar edilib

Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insana məxsus sümük fraqmentləri aşkar edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 8-də kənddə həyata keçirilən tikinti-qazma işləri zamanı insana məxsus olması ehtimal edilən müxtəlif sümük fraqmentlərini

9 may
.

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər

Xırdalanda sahibsiz küçə itləri qadına hücum ediblər. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, yol ilə hərəkət edən qadına altı it hücum edib və ayağından dişləyib. Qadının hazırkı vəziyyəti ilə bağlı məlumat yoxdur

8 may