Oteldə zəhərlənən 4 dost barədə ilginc faktlar - Prezident ona ev vermişdi… - FOTO
Bakıda "My Music" hotelində zəhərlənən 4 dostla bağlı ilginc faktlar üzə çıxıb.
Bakupost.az xəbər verir ki, zərərçəkənlərin ailə üzvləri rəsmi qurumların yaydığı məlumatları təkzib edir. Onlar iddia edirlər ki, faciə qida zəhərlənməsindən baş verib. Bildirirlər ki, oteldə verilən göbələk onları zəhərləyib.
İçkidən zəhərlənmələri barədə yayılan məlumatları da təkzib edirlər: "Nicat Cabbarlı və Xəzər Cabbarlı ümumiyyətlə spirtli içki qəbul etmirlər".
Bakupost.az hadisə nəticəsində həyatını itirmiş iki şəxs və sağ qalanların şəxsi həyatları ilə bağlı yeni məlumatlar əldə edib.
Fotoda: Kənan Mustafayev
Məlum olub ki, hadisə nəticəsində vəfat etmiş1998-ci il təvəllüdlü Kənan Mustafayev kiçik yaşlarından ata-anasını itirib. Ona görə də həmişə dostlarının xüsusi qayğısı, diqqətində olub.
Fotoda: Orxan Əmirov
1993-cü il təvəllüdlü Orxan Əmirov kiçik bizneslə məşğul olub, Qaradağ rayonu, Lökbatan qəsəbəsində mağaza işlədirmiş.
Fotoda: Xəzər Cabbarlı

1998-ci il təvəllüdlü Xəzər Cabbarlı Aprel döyüşlərinin və Vətən müharibəsi iştirakçısıdır. Zabitdir. İndi ehtiyata çıxıb. İdmançıdır.
Fotoda: Nicat Cabbarlı
1991-ci il təvəllüdlü Nicat Cabbarlı isə şəhid övladıdır. Şuşalıdır. Prezidentin şəxsən tapşırığı ilə onlara ev verilib.
Onun Astara Gömrük İdarəsinə müavin təyin olunması da bundan sonra baş verib.
Faciə baş verən məclisi də Nicat təşkil edib. Hər dəfə Astaradan Bakıya gələndə dostlarını bir yerə yığırmış.
Qeyd edək ki, Səbail rayonunda yerləşən "My Music" hotelində 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı TƏBİB məlumat yayıb. Bildirilir ki, mərkəzə 06.05.2024-cü il tarixində saat 04:50 radələrində Səbail rayonu, Bayıl dairəsi, Salyan şosesi yaxınlığından müraciət daxil olub, çağırış üzrə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlər gələnə kimi Kənan və Orxanın vəfat etməsi məlum olub. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıb.
Onların qidadan zəhərləndiyi düşünülürdü. Lakin Qida Təhlükəsizliyi Agentliyi məlumatı təkzib edib.
"Hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsi yoxdur".
Hazırda araşdırmalar davam etdirilir
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3032 Tarix: 08 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabr3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrUşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə
4 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabr