Lotu Bəxtiyar, Quli, Rövşən, Hikmət, Mamed - Onlar ilk dəfə neçə yaşında və niyə həbsə düşüb? - ARAŞDIRMA

Lotu Bəxtiyar, Quli, Rövşən, Hikmət, Mamed - Onlar ilk dəfə neçə yaşında və niyə həbsə düşüb? - ARAŞDIRMAQanuni oğru və ya qanunda oğru fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya tituludur. Sovetlər dövründə daha çox populyarlıq qazanan bu "dünya"nın sakinləri həbsxanalarda "qayda-qanun" yaratmağa "məsuldurlar".

Sonxeber.az-ın məlumatına görə, "Azxeber.com" Azərbaycanın tanınmış "vorlar"ının ilk dəfə hansı səbəbdən həbs olunması ilə bağlı araşdırma aparıb.

Lotu Bəxtiyar ləqəbli Bəxtiyar Kərimov 1959-cu il martın 21-də Novxanıda anadan olub. O ilk dəfə 17 yaşında 1976-ci il iyul ayının 22-də məhkəməsinin qərarı ilə 5 il həbs cəzası alıb. Sonradan Maykopdakı uşaq koloniyasına köçürülüb. Bununla da "oğru dünyası"na ilk addımlarını atıb.

1982-ci ildə "Vladimirski Tsentral" türməsinin lazaretində bütün ittifaq üzrə qanuni oğruların patriarxı sayılan Vasya Brilyant ləqəbli Vasili Babuşkin və digər qanuni oğru Nikolay Yakutenko tərəfindən qanuni oğru adını alıb, bu sınaqdan çox asanlıqla keçib.

Cəmiyyətdə kifayət qədər məşhurluq qazanan Bəxtiyar 1998-ci il aprelin 6-da həbsxana şəraitində qara ciyər serrozundan vəfat edib.

Lotu Hikmət ləqəbli Hikmət Muxtarov 1956-cı il noyabrın 3-də Sabirabad rayonunun Kürkəndi kəndində anadan olub. 18 yaşı olarkən - 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutunda təhsil alarkən müstəntiq oğlu ilə dalaşıb və ilk məhkumluğu yaşayıb. 3 il azadlıqdan məhrum edilib. Cəzasını Bakıda 5 saylı İslah Əmək Koloniyasında və Xələc düşərgəsində çəkib.

2006-cı il aprel ayının 7-də Moskvadakı Leninqrad prospektinə qətlə yetirilən Lotu Hikmət öz xatirələrində yazır: "Hərənin öz həyatı var. Mənim də bəxtimə belə bir tale düşüb. Bilirəm ki, bu yolun axırı yoxdur, amma mənim geriyə də yolum qalmayıb".

Masallı Mamed ləqəbli Məmməd Hüseynov 4 noyabr 1961-ci ildə Masallıda anadan olub. İlk dəfə 17 yaşında atası İsgəndər Hüseynovun təəssübünü çəkdiyinə görə, həbs olunub və 3 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını Bakıda 5 saylı İslah Əmək Koloniyasında çəkib.

1993-cü ilin dekabrında Bakıda "qanuni oğru"lar "Lotu Bəxtiyar", "Sabirabadlı Hikmət", "Dağlı Cavanşir", "Yetim Hüseyn", "Ənvər Sovetski" və "İrəvanlı Faiq"in iştirakı ilə Mamedə "qanuni oğru" titulu verilir. 2011-ci il martın 21-də həbsxana şəraitində xəstəlik səbəbindən dünyasını dəyişib.

Rövşən Lənkəranski ləqəbli Rövşən Canıyev 27 yanvar 1975-ci ildə Lənkəranda polis ailəsində anadan olub. İlk dəfə 1996-ci ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib.

2002-ci ildə Rövşən barəsində cinayət işi təzələnir. Lakin Rövşən istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 1 iyul 2002-ci ildə axtarış elan olunub. Lənkəranski 18 avqust 2016-cı ildə gecə Türkiyədə qətlə yetirilib.

Lotu Quli ləqəbli Nadir Səlifov 1972-ci il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. Qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən "Quli" hazırda "oğru aləmi"ndə nüfuzlu simalardan biridir. Bir müddət öncə azadlığa çıxan Lotu Quli xaricdədir. Onuna Gürcüstan və Türkiyədə olduğu iddia olunur.

Rafiq Masallinski ləqəbli Rafiq Eyvazov 21 yanvar 1982-ci ildə Masallıda anadan olub. Orta məktəbin sonuncu siniflərində həbs olunan Rafiq Masallinskinin hazırda Türkiyədə yaşadığı deyilir. Onu kriminal aləmdə Masallı Mamedin varisi hesab edənlər də var. İki dəfə həbs həyatı yaşayan Rafiq Masallinskinin hazırda Türkiyədə yaşadığı söylənilir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4759   Tarix: 01 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ayaqqabını paltaryuyanda yumaq olarmı?

Ayaqqabıların paltaryuyan maşında yuyulması bir çox insan üçün sürətli və rahat üsul kimi görünsə də, mütəxəssislər bu metodun hər zaman doğru seçim olmadığını bildirirlər. xəbər verir ki, bəzi idman ayaqqabıları (xüsusilə parça və kətan materialdan olanlar) aşağı temperaturda və yumşaq rejimdə paltaryuyand

23 may
.

Pul haqqında maraqlı faktlar: niyə əskinaslar yuyulduqda parçalanmır?

Heç cins şalvarınızın cibində bir neçə min unudub, yuduqdan sonra onları yaş, lakin bütöv tapmısınız? Təəccübləndinizmi? Kimyaçılar təəccüblənmirlər. -ın xarici mediaya istinadən xəbərinə görə, kağız pul qətiyyən kağız deyil. Bəli, kağız kimi hiss olunur, amma tərkibi fərqlidir. Əksər ölkələrdə əskinasla

24 may
.

Silvester Stallone məşhur treyleri seriala çevirir

Silvester Stallone yeni televiziya layihəsi - amerikalı yazıçı C. D. Barkerın "4MK" (Dörd Meymun Qatili) kimi tanınan məşhur kitab seriyasının ekranlaşdırılmasını hazırlayır. xarici mediaya istinadla xəbər verir ki, bu, seriyal qatil və tədricən təkcə cinayətlər zəncirini deyil, həm də ba

21 may
.

Dünyada sifilis xəstəliyi yayıldı - Rekord hədd

Avropada cinsi yolla keçən infeksiyalar kəskin artıb. xarici mediaya istinadla xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin qarşısının alınması və nəzarəti mərkəzi məlumat yayıb. Hesabata görə, 2015-2024-cü illər arasında Avropada qonoreya hallarının 303 faiz artdığı bildirilib. Eyni dövrdə sifilis

21 may
.

Təmirli ev almaq sərfəlidir, yoxsa təmirsiz?

Mənzil almaq istəyənlərin qarşısında duran əsas seçimlərdən biri təmirsiz ev alıb sıfırdan təmir etmək və ya hazır təmirli mənzilə üstünlük verməkdir. Son illərdə tikinti materiallarının və usta xidmətlərinin bahalaşması bu məsələni daha da aktual edib. Bəs hazırkı bazarda hansı seçim daha sərfəli sayılır?

23 may
.

Niyə səhərlər, xüsusən də bazar və birinci günlər paltar yumamalısınız? - Xalq inancları

Keçmiş dövrlərdə insanlar məişət işlərinə böyük diqqətlə yanaşır, bəzi hərəkətlərin evdəki ab-havaya, sağlamlığa və rifaha təsir etdiyinə inanırdılar. Xüsusilə paltar yumaqla bağlı çoxsaylı inanclar mövcud idi. Qədim təsəvvürlərə görə, su yalnız təmizlənmə vasitəsi deyil, həm də enerji daşıyıcısı sayılırdı

24 may
.

Sərnişin təyyarəsi sürətinə çatan ən güclü külək haradan yaranır?

Heç düşünmüsünüzmü, Yer üzündə ən güclü külək hansıdır? Cavab sizi təəccübləndirə bilər. Bu, nə qasırğa, nə də tornadodur. Bu, səmada - sərnişin təyyarələrinin uçduğu yüksəklikdə baş verən bir hadisədir. Onun sürəti o qədər yüksəkdir ki, təyyarələr arxadan əsən bu axına düşəndə bəzən mənzilə bir saa

21 may
.

Kiçik mənzil üçün ideal 5 pişik cinsi

Bir çox insan kiçik mənzildə yaşadığı üçün evdə pişik saxlamaq fikrindən vaz keçir. Halbuki əsas məsələ mənzilin ölçüsü deyil, heyvanın xarakteridir və bu da böyük ölçüdə onun cinsindən asılıdır. Bəzi pişiklər hiperaktiv olur qaçmağa, tullanmğa, hündür yerlərə dırmaşmağa ehtiyac duyur. Digərləri is

26 may
.

Yanınızdakı insanın narsist olduğunu göstərən yeddi əsas XÜSUSİYYƏT

Yüksək səviyyədə narsisizmə sahib insanlar çox vaxt oxşar davranış və xarakter xüsusiyyətləri nümayiş etdirirlər. xarici mediaya istinadən xəbər verir ki, psixoloqlar yüksək narsisizm səviyyəsinə işarə edə biləcək yeddi vərdişi sadalayıb. Birinci xüsusiyyət - insanın daim özünü haqlı hesab etməsidir

25 may