Əqli Mülkiyyət Agentliyinin sədri büdcə vəsaiti İSTƏDİ
"Əqli Mülkiyyət Agentliyi cənab prezidentin sərəncamı ilə yaradılan yeni qurumdur. Bütün beynəlxalq reytinqlərdə əqli mülkiyyətin böyük rolu qeyd edilir. Son Davos iqtisadi forumunun hesabatına görə, Azərbaycan dünyada əqli mülkiyyətin qorunması ilə bağlı 36-cı yeri tutur. Bu, çox böyük nailliyyətdir".
Sonxeber.az xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin rəhbəri Kamran İmanov parlamentdəki büdcə müzakirələrində deyib. Kamran İmanov qeyd edib ki, Əqli Mülkiyyət Agentliyi vahid struktur kimi planlaşdırılıb.
"Yəni, bir tərəfdən Müəllif Hüquqları Agentliyi, digər tərəfdən ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin patent və əmtəə nişanları mərkəzi və nəhayət 1930-cu ildən fəaliyyət göstərən Respublika Elmi-Texniki Kitabxanası birgə birləşib. Respublika Elmi-Texniki Kitabxanası istisna olmaqla, bütün bu strukturlar yeni təşkilati hüquqi forma daşıyır. Yəni, publik hüquqi şəxsdir. Bu da tərəqqi idarə formasıdır. Bu forma büdcəyə qənaət gətirir. Digər tərəfdən rəhbərlərə və bu strukturlara yeni imkanlar yaradır".
Qurum rəhbəri bildirib ki, yalnız Maliyyə Nazirliyi tərəfindən Əqli Mülkiyyət Agentliyi işçilərinin maaşları verilir.
"Bu maaşlar dövlət qulluqçularına bərabər götürülür. Digər strukturlar isə özünü maliyyələşdirən strukturlardır. Respublika Elmi-Texniki Kitabxanası 1930-cu ildən fəaliyyət göstərir. Amma oranın vəziyyəti bir o qədər də ürəyəyatan deyil. Hazırda dövlət başçısının səyləri nəticəsində kitbaxanaya böyük bir bina verilib. Köçmələrə görə məhv olmuş nüsxələr, kitablari bərpa etmək, yeni standartlara uyğunlaşdırmaq üçün müəyyən avadanlıq və vəsait lazımdır. Hesab edirəm ki, növbəti ilin büdcəsində bunları nəzərə almaq lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1361 Tarix: 06 noyabr 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...
"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə
21 dekabrİtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video
10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm
19 dekabrBakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb
Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində
19 dekabr"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI
Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl
19 dekabr"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto
Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda
20 dekabrNazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye
20 dekabr