"Bostandan çıxıb, toya qaçırdım" — Elnarə Abdullayevadan ETİRAF
Əməkdar artist Elnarə Abdullayevanın milli.az-a müsahibəsini təqdim edir:
- Elnarə xanım, kənd qızı şəhər həyatına necə alışdı?
- Kənd qızı şəhər həyatına alışmayıb ki (gülür). Necə var idi, elə də qalıb. Yaşadığım həyətdə kənd ab-havası yaratmışam.
- Məşhurların əksəriyyəti hündürmərtəbəli binalarda yaşayır. Həyət evində yaşamaq öz istəyiniz idi, yoxsa buna məcbur oldunuz?
- Mən bina evində yaşaya bilmərəm. Bir dəfə getdik bina evi almağa, yarıyoldan qayıtdıq. Mərtəbələri çıxanda başım gicəlləndi.
- Keçmişi tez-tez düşünürsünüz?
- Hər insan keçmişinə rahat baxa bilmir. Oğul axtarıram ki, keçmişinə baxıb, səhvlərini görməsin. Mən keçmişə rahat baxıram.
- Heç səhviniz olmayıb?
- Xeyr, heç vaxt!
- Axı səhvsiz insan olmur...
- Həyatımda məni utandıran səhvlər olmayıb. Mən doğulandan elə qoca olmuşam, cavan olmamışam.
- Bəzən deyirlər ki, Elnarə xanım kişi kimi qadındır. Bu söz sizə pis təsir etmir ki?
- Hər bir qadın kişi kimi görünə bilər, amma o hər şeydən öncə zərif qadındır, anadır. Mən kişi işini də görərəm, qadın işini də. O vaxt olsaydı, yəqin ki, Həcər kimi at belində olardım.
- Müsahibələrinizin birində demisiniz ki, bir geyimi dəfələrlə geyinirəm.
- Bəli, yeri gələndə 50 dəfə geyinirəm. Niyə də geyinməyim ki? Gedim kimdən alım paltar? Mən geyimdən utanan insan deyiləm.
- Hansı illəriniz üçün daha çox darıxırsınız?
- Məktəb illərim, müəllimlərim üçün çox darıxıram. 9-cu sinifdə oxuyanda artıq tədbirlərdə, musiqi dərsində oxuyurdum. Kənd qızı idim, bostana da gedirdim, mal-qaraya da. Bəzən elə olurdu ki, bostandan çıxıb toya gedirdim. Bəziləri bunu deməyə utanır, amma mən keçmişimə görə heç vaxt utanmamışam. O günlər üçün çox darıxıram.
- Əksər müğənnilərin toydan əlavə biznesləri də olur. Bəs sizin necə, biznesiniz var?
- İstəyərdim, amma buna vaxtım yoxdur. Biznesim olsaydı, yaxşı təsərrüfatçı olardım. Əlimə götürdüyüm hər bir işi yarıdıram. Əgər sənətim olmasaydı, mən ticarətlə də məşğul ola bilərdim.
- Ailədə sizdən başqa kimin yanıqlı səsi var?
- Bizdə bütün ailənin yanıqlı səsi var. Həm atamın, həm anamın, bacılarımın, qardaşlarımın. İndi də bir-birimizin evinə yığışanda bacılarımla səs-səsə verib oxuyuruq. Görünür, müğənni olmaq mənim qismətimdə var imiş. Allah məni çox istədi ki, sənətimlə onların üzünü ağ etdim.
- Məşhurlaşmağınızda bəstəkar Asif Kərimovun də rolu olub. Neçə ildir ki, birgə çalışırsınız?
- Biz 15 ildir ki, birgə çalışırıq. İlk konsertimiz də 2015-ci ildə olub. Daha sonra 3 il ard-arda böyük saraylarda konsertlər verdik. 1995-1996-cı illərdə mən artıq məşhur idim. Sadəcə olaraq, ailə həyatımla bağlı sənətimə fasilə verdim, bir az unuduldum. Sənətə qayıdandan sonra yenidən Asif Kərimovla çalışdım və məşhurlaşdım.
- Çox əsəbi xanımsınız. Daha çox nəyə əsəbləşirsiniz?
- Mən, ümumiyyətlə, heç kimin qəlbinə dəyən insan deyiləm. Əsəbləşəndə hisslərimi cilovlaya bilirəm. Elə vaxt olur ki, çılğınlaşıram. Baxır da nəyə əsəbləşirəm. Haqsızlığa, saymamazlıqa, sözünün üstündə durmayan insanlara əsəbləşirəm.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...
Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb
2 sentyabr 2021Onlar artıq bu kanalda olacaq
"Space" telekanalı bu mövsüm bir çox yeniliklər etməyi planlaşdırır. Axşam.az-a istinadən xəbər verir ki, bir çox yeni simalarla anlaşan kanal əvvəlki əməkdaşları ilə sağollaşıb. ATV-nin simaları olan İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli bundan sonra "Space"də çalışacaq
7 sentyabr 2021Yaqub Zurufçunun SON DURUMU - Həyat yoldaşı DANIŞDI
"Yaqub Zurufçunun vəziyyəti stabil ağırdır". xəbər verir ki, bu sözləri Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib. O, Yaqub Zurufçunun səhhətində hələ ki, bir dəyişikliyin olmadığını bildirib:. "Daim həkim nəzarətindədir, səhhəti stabil ağır olaraq qalsa da, həkimlər tərəfində
12 sentyabr 2021Könül Xasıyeva bundan sonra bu işlə məşğul olacaq
Xalq artisti Könül Xasıyeva bundan sonra pedaqoq kimi fəaliyyət göstərəcək. xəbər verir ki, xanəndə olmaq istəyənlər Xasıyevanın onlayn dərslərinə qoşulacaq:. "Oktyabrın 1-dən onlayn muğam dərslərinə başlayıram. Yaş fərqi olmadan, tələbəm olmaq istəyənlərə dərs açıqdır. Dərslərin həftədə neçə dəfə
10 sentyabr 2021"Canımı yandırdın" məşhur xanəndə ölən atası haqqında - FOTO
Xəbər verdiyimiz kimi tanınmış xanəndə Tahir Nəbiyev dünyasını dəyişib. -a istinadən xəbər verir ki, xanəndənin qızı Kamilə Nəbiyeva sosial media hesabında atası haqqında paylaşım eib. O, "İnstagram" hesabında atasının fotosunu paylaşaraq: "Canımın içi, canımı yandırdın.Sənsiz mən bu dünyan
3 sentyabr 2021Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi
Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb. -a istinadən xəbər verir ki, Xalq artisti təqaüdünü 2 qaziyə verib. Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlə
6 sentyabr 2021Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?
Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur
16 sentyabr 2021"Zita və Gita"nın aktrisası 72 yaşında - FOTO
Sosial şəbəkələrdə məşhur "Zita və Gita" filminin aktrisası Hema Malinin fotoları yayılıb. xəbər verir ki, hazırda 72 yaşı olan Hemanın son halı müzakirələrə səbəb olub. İstifadəçilər, illər keçsə də Zitanın çox yaşlı görünmdəyini bildiriblər. Aktrisa 1972-ci ildə Rameş Sippinin ekranlaşdırdığ
17 sentyabr 2021Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16 sentyabr 2021