Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu.

Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvənd olunub-olunmaması sualı maraq doğurur. Axşam.az bununla bağlı bəzi məşhur müğənnilər və onların yaxınları arasında sorğu keçirib.

Xalq artisti Aygün Kazımovanın köməkçisi Ruslan Ağayev Axşam.az-a bildirib ki, müğənni vaksin olunmayıb. O, vaksin vurdurmağa hazırlaşdığı ərəfədə koronavirusa yoluxub. Hazırda xəstəlikdən sağalan Xalq artistinin vaksin üçün bir müddət gözləməsi lazımdır.

Xalq artisti Brilliant Dadaşova da bugünlərdə koronavirusa yoluxduğunu açıqlayıb. Müğənni peyvənd olunub-olunmaması haqda sualımızı isə cavabsız qoyub.

Əməkdar artist Könul Kərimova birinci dozanı vurdurduqdan sonra virusa yoluxduğunu deyib:

"Bakıda yox idim. Qayıdanda isə vaksinin ilk dozasını vurdurdum. Qısa vaxt keçdikdən sonra məclislərdən birində çox ağır formada yoluxdum. Artıq bir ay keçib, hələ də özümə gəlməmişəm. Evdəkilər də küçəyə çıxmağa qoymurlar. Həkimə yoxlanışa getdim, dedilər ki, səndə antitel yaranmayıb. Müalicələrim davam edir. Bir müddət sonra yenə antitelin yaranıb-yaranmadığını yoxlamağa gedəcəm. Hər kəsin orqanizmi fərqlidir. Hamı xəstəliyi bir cür keçirir".

Virusa yoluxduqdan sonra vəziyyəti ağırlaşan və xəstəxanaya yerləşdirilən Səyyad Əlizadənin kürəkəni Razim Qarayev deyib ki, müğənni birinci dozanı vurdurub.

Sentyabrın 14-də müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Yaqub Zurufçunun həyat yoldaşı Aynurə Zurufçu Axşam.az-a açıqlamasında deyib ki, ifaçı peyvənd olunub:

"Yaqub bəy mart və apreldə hər iki dozanı vurdurmuşdu".

İyulda 74 yaşında xəstəlikdən dünyasını dəyişən Xalq artisti Səməd Səmədova isə peyvəndin yalnız birinci dozası vurulubmuş. Bu haqda saytımıza onun yaxını, "Qismət" qrupunun solisti Tural Məmmədov məlumat verib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Azərbaycanda iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan və ad günü) keçirilməsinə icazə verilib. Amma bu zaman toy edəcək və məclisə qatılacaq şəxslər bəzi qaydalara əməl etməlidirlər. Bunlardan biri də peyvənd olunmaqdır. Belə ki, toya gedən şəxsin vaksin pasportu olmalıdır. Daxili İşlər Nazirliyinin (DIN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Axşam.az-ın sorğusunu cavablandırarkən həmçinin bildirmişdi ki, Covid-19 pasportu olmayan müğənninin toy aparmasına icazə yoxdur.

Ümumiyyətlə isə həm rəsmi orqanların, həm tibb mütəxəssislərinin yaydığı məlumatlarda qeyd olunur ki, peyvəndlər son dərəcədə təhlükəsizdir. Nadir hallarda əks təsirləri müşahidə oluna bilər. Covid-19 peyvəndi həm bizi, həm də başqalarını xəstəliklərdən qoruya və bir çox insanın həyatını xilas edə bilər. Peyvəndlər xəstəliklərin qarşısını almaq və ya daha yüngül gedişatına şərait yaradır. Peyvəndlərin verdiyi immunitetin faydaları və Covid-19 infeksiyasının ciddi riskləri qiymətləndirildikdə, qısa müddətdə peyvənd olunmaq ən düzgün qərardır.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 5368   Tarix: 16 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zeynəb Xanlarova əməliyyat olundu

Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova əməliyyat olunub. -a istinadən xəbər verir ki, 89 yaşlı sənətçi Türkiyədə implant əməliyyatı keçirib. Prosedur uğurlu alınıb. Z.Xanlarovanın qısa zamanda sağaldığı bildirilib

23 sentyabr
.

"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti

Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını, universitetə qəbul olduğu il isə atasının vəfat etdiyini bildirib:. "10 yaşımda anam dünyasını dəyişmişdi

25 sentyabr
.

Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində haqqında saxlanılma qərarı verildiyi bildirilən aktrisa Afra Saraçoğlu barəsində yayılan xəbərlərə münasibət bildirib. xarici mediaya istinadla xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun cəmiyyətin sağlamlığı və təhlükəsizliyin

18 sentyabr
.

Alimlər yeni həşərat cinsinə Teylor Sviftin adını verdi

ABŞ-ın Kaliforniya Universitetinin Riversayd kampusunun alimləri yeni həşərat cinsini amerikalı müğənni Teylor Sviftin şərəfinə adlandırıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat yayıb. Taxtabitilər cinsinə Swiftiephylus adı verilib. Cinsə dörd növ daxildir. Onların latınc

10 sentyabr
.

9 illik evlilikləri bitir

Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb

13 sentyabr
.

Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular

Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin dueti birmənalı qarşılanmayıb. Axşam.az-ın məlumatına görə, bir çoxları dueti tənqid ediblər. Sosial şəbəkədə xanəndə ilə ifaçının duetini müzakirə edənlərə şərh yazanlar arasında Xalq artisti Röya Ayxan və Əməkdar artis

21 sentyabr
.

Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO

Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib

19 sentyabr
.

Əməkdar artist Aygün Bəylərlə küsülülüyünün səbəbini açıqladı: "Xətrini çox istəyirdim, amma..."

Əməkdar artist Münəvvər Əliyeva mərhum Xalq artisti Aygün Bəylərlə illər əvvəl yaşadığı küsülülüyün səbəbini açıqlayıb. Qaynarinfo xəbər verir ki, aktrisa Aygün Bəylərlə Elçinin "Qatil" tamaşasında yaratdığı müəllimə obrazına görə incik düşdüklərini bildirib. Münəvvər Əliyevanın sözlərinə görə

23 sentyabr
.

Elnarə Xəlilova da iynə ilə arıqlayır

Müğənni Elnarə Xəlilova da artıq çəkidən xilas olmağa çalışır. Axşam.az xəbər verir ki, sənətçi iynə vasitəsilə çəki atmağa hazırlaşdığını bildirib. E.Xəlilova bununla bağlı sosial şəbəkədə paylaşım edib

12 sentyabr