Azərbaycan ordusu Naxçıvan istiqamətində yenə irəliləyib, bütün strateji yüksəklikləri tutub

Azərbaycan ordusu Naxçıvan istiqamətində yenə irəliləyib, bütün strateji yüksəklikləri tutubAzərbaycan ordusu bütün yay və payız ayları ərzində Naxçıvan istiqamətində neytral ərazilər boyu irəliləyib və demək olar əksər strateji yüksəklikləri nəzarətə götürüb.Sonxeber.az Virtulaz.org-a istinadən xəbər verir ki, bu sensasion məlumatı həvəskar peyk çəkilişlərinə istinadla "Bellingcat" saytı yayıb. Azərbaycan ordusunun necə irəlilədiyi və Ermənistan ordusunun cəbhənin bu istiqamətində tamamilə əlverişsiz mövqelərdə qaldığı barədə məqalənin müəllifi isə Avstraliyadakı "Holokost və Soyqırım Araşdırmaları İnstitutu"nun analitiki Masis İngilisyandır.

Müəllif "Planet Labs" tərəfindən çəkilmiş yeni həvəskar peyk fotolarına istinadən göstərir ki, Azərbaycan ordusunun mühəndis-istehkam işlərini davam etdirməsi nəticəsində Naxçıvan istiqamətində daha bir strateji post Azərbaycanın nəzarətinə keçib. Peyk fotolarında Azərbaycan silahlı qüvvələrinin Naxçıvan istiqamətində bir vaxtlar neytral ərazi hesab edilən ərazilərdə apardığı hazırkı mühəndis işləri əks olunur.

Masis İngilisyan

Qeyd olunur ki, Azərbaycan ordusunun təmas xəttində neytral ərazilər boyu irəliləməsi 1994-cü ildə atəşkəsin əldə olunmasından bəri əsasən Dağlıq Qarabağda davam edirdi. Nəticədə bir çox rayonlarda tərəflərin mövqeləri arasında məsafə bir neçə yüz metrə qədər azalıb.

Lakin Naxçıvan sərhədləri boyu irəliləmə atəşkəsin əldə olunmasından bəri Azərbaycan ordusunun ən irimiqyaslı irəliləyişdidir. Bunun nəticəsində hərbi əməliyyatların dayanmasından bəri Azərbaycan tərəfi ən böyük ərazini öz nəzarətinə alıb. Müəllif qeyd edir ki, Ermənistan ordusu da 2012 və 2014-2015-ci illərdə Naxçıvan istiqamətində yeni yüksəkliklər tutmaq üçün bu cür taktikadan istifadə edib. Lakin "Planet Labs" tərəfindən təqdim edilən son fotolara əsasən Azərbaycan ordusu regionda mövqelər uğrunda son 10 ildə davam edən mübarizədən sonra hazırda sərhədin bu istiqamətində Ermənistan ordusuna nisbətən daha əlverişli mövqelərdədir.

Bildirilir ki, Azərbaycan ordusunun Naxçıvan regionunda mövqelərini yaxşılaşdırması, o cümlədən yolların çəkilməsi və səngərlərin erməni səngərlərinə yaxınlaşdırılması Qarabağda mümkün münaqişə zamanı ikinci cəbhənin açılmasına gətirib çıxara bilər. Hansı ki, Azərbaycan son illər Naxçıvanda hərbi iştirakını durmadan artırıb.

Sayt xatırladır ki, Azərbaycan ordusunun Naxçıvan istiqamətində neytral ərazilər boyu irəliləyərək böyük əraziləri nəzarətinə götürməsi ilk dəfə bu ilin yazında "Razm.info" saytının analitiki Ayk Xaçikyanın "Naxçıvanda nə baş verir?" məqaləsindən sonra ictimailəşib. Həmin vaxt Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu 90-cı illərin əvvəllərində tərk edilmiş və Ermənistan ordusunun atəşi altında olan Günnüt kəndi (Şərur rayonu) də daxil olmaqla 11 min hektardan çox ərazini nəzarətinə götürüb. Qızılqaya yüksəkliyini tutub və nəticədə Ermənistan ərazisindən Qarabağa gələn strateji əhəmiyyətli Yerevan-Gorus-Laçın avtomobil yoluna nəzarət etmək imkanı qazanıb.

Lakin yeni peyk fotoları təsdiq edir ki, Azərbaycan silahlı qüvvələri Naxçıvan istiqamətində irəliləməni bununla dayandırmayıb. Bütün yay və payız ayları ərzində mühəndis işlərini davam etdirib və yeni əlverişli mövqelər tutub.

Belə ki, peyk fotlolarına əsasən Azərbaycan silahlı qüvvələri bu ilin may ayında çəkilən yeni yollarla irəliləyərək təmas xəttinə mövqelərini daha da yaxınlaşdırıb. Arpa çayından şimal-qərbdə yerləşən yüksəklik və dağ massivi bu ilin may ayında Azərbaycan qoşunları tərəfindən hələ tam tutulmamışdı. Amma yeni peyk fotolarına əsasən həmin dağ massivi tamamilə Azərbaycanın nəzarəti altındadır və ora yeni yollar çəkilib.

Yayda və payızın əvvəllərində Azərbaycan həmin dağ massivi boyu yeni mövqelərdə öz qoşunlarını yerləşdirib. Beləliklə, Ermənistan ordusunun birinci müdafiə xətti və ermənilərin hərbi təyinatlı avtomobil yolu bütünlüklə Azərbaycan ordusunun nəzarəti altına düşüb. Habelə Azərbaycan erməni mövqelərinə doğru yeni səngərlər qazıb.

Digər fotolarda Azərbaycanın Ermənistanla sərhəddə daha bir adsız yüksəkliyə tərəf yeni yol çəkdiyi görünür. Sayt bildirir ki, erməni mövqeləri ilə üzbəüz ərazinin dağlıq relyefi nəzərə alınmaqla Azərbaycan silahlı qüvvələrinin yeni səngərlər qazmağı və yollar çəkməyi davam etdirəcəyini göstərir. Bu da təmas xəttinin həmin istiqamətində erməni mövqelərini tamamilə əlverişsiz vəziyyətdə qoyacaq və istisna deyil ki, Ermənistan ordusu həmin müdafiə xəttini məcburi tərk edəcək.

"Bellingcat" bildirir ki, Azərbaycan silahlı qüvvələrinin yeni manevrləri nətiicəsində Ermənistan ordusu faktiki olaraq postlarından birini tərk edib. Sayt peykdən çəkilmiş fotoda ermənilərin tərk etdiyi postu nişan verir. Masis İngilisyan qeyd edir ki, hadisələrin bu cür inkişafı Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçən ərazilərin erməni infrastrukturu və yaşayış məntəqələri üçün təhdid yaradacağını göstərir. Habelə Azərbaycanın bu əraziləri hərbiləşdirməyə dair gələcək planları barədə suallar meydana çıxarır.

Peyk fotoları əsasənda təhlil aparan müəllif göstərir ki, Azərbaycan ordusunun son aylarda gördüyü mühəndis işləri nəticəsində erməni səngərləri bütünlüklə əlçatandır və yaxın gələcəkdə ermənilərin həmin səngərləri tərk etməsi qaçılmaz görünür.

Virtualaz.org "Bellingcat" saytının bu məqaləsi ilə bağlı Azərbaycan Müdafiə Nazirliyindən soruşub, nazirlik bu mövzu ilə bağlı şərh verməyib. Xatırladaq ki, bu ilin mayında Müdafiə Nazirliyi Günnüt kəndinin azad edilməsi də daxil olmaqla Naxçıvan istiqamətində ordumuzun keçirdiyi uğurlu əməliyyat barədə geniş məlumat və videoxülasə yaymışdı.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 9003   Tarix: 09 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ümummilli lider Heydər Əliyevin anım günüdür

Bu gün bütün türk dünyasının fəxri, dünyaşöhrətli müdrik şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anım günüdür. xatırladır ki, Heydər Əliyevin vəfat etməsindən 22 il ötür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-d

12 dekabr
.

"Ümummilli Lider Heydər Əliyevin mübarizliyi bir çox siyasətçilərdən fərqli olaraq, onun sözündə yox, əməlində idi" - DEPUTAT

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Heydər Əliyevin anım günüdür. Bu gün müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın əvəzsiz lideri, ölkəmizin aydın sabahı naminə həyatını belə əsirgəməyən Ümummilli Lide

12 dekabr
.

"Bu şəxslərin nə o dövrdə, nə də indiki mərhələdə real siyasi çəkisi olmayıb və yoxdur" - DEPUTAT

"Son dövrdə baş verən hadisələr göstərir ki, əslində Ramiz Mehdiyev, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi milli xəyanətkarların arxasında maraqlı mərkəzlər - bu məsələdə konkret olaraq Rusiya - dayanır". Bunu -a Milli Məclisin deputatı Aydın Hüseynov danışıb. O, açıqlamasınd

16 dekabr
.

Prezidentdən 1,4 milyonluq - Sərəncam

Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,4 milyon manatı ayrılıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Maliyyə Nazirliyin

19 dekabr
.

Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif ediliblər. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. "Şərəf" ordeni ilə. Məmmədova Gülçöhrə Hüseyn qızı. 3-cü dərəcəli "Əmək" ordeni ilə

18 dekabr
.

Gültəkin Hacıbəyli Türkiyədən 5 illik deport olunur

Bir neçə gün öncə Türkiyədə saxlanılan sabiq deputat Gültəkin Hacıbəyli deportasiya olunacaq. "Qafqazinfo" xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edib ki, onun 5 il müddətinə deportasiya edilməsi ilə bağlı qərar artıq qəbul edilib. G.Hacıbəyli isə bu qərarl

15 dekabr
.

Prezident rektorla bağlı sərəncam imzaladı

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova "Şərəf" ordeni ilə təltif edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, Sərəncam Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubileyi ilə əlaqəda

18 dekabr
.

Ramaldanova ağır itki

Qusarda baş verən ağır qəzada həyatını itirən və xəsarət alan şəxslər tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləridir. "Qafqazinfo" xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanov

15 dekabr
.

FHN əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verildi - SİYAHI

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və al

15 dekabr