"Bu şəxslərin nə o dövrdə, nə də indiki mərhələdə real siyasi çəkisi olmayıb və yoxdur" - DEPUTAT
"Son dövrdə baş verən hadisələr göstərir ki, əslində Ramiz Mehdiyev, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi milli xəyanətkarların arxasında maraqlı mərkəzlər - bu məsələdə konkret olaraq Rusiya - dayanır".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Aydın Hüseynov danışıb.
O, açıqlamasında qeyd edib ki, təbii ki, onların əsas məqsədi Azərbaycanda hakimiyyətlə cəmiyyət arasında, xalq arasında inamsızlıq yaratmaq, dövlətlə xalq arasında uçurum formalaşdırmaq, xalqın seçdiyi, legitim olan hakimiyyəti zor gücü ilə ələ keçirərək öz məqsədlərinə nail olmaq idi:
"Şübhəsiz ki, bu məqsədlər çirkin amallara qulluq edirdi. Çünki bunların heç birinin özəyində Azərbaycan xalqının və onun milli maraqlarının təmin edilməsi dayanmayıb.
Onların amalları xarici qüvvələrin, xarici dairələrin təsir imkanlarını genişləndirmək idi. Azərbaycan xalqı 2003-cü ildə cənab Prezident İlham Əliyevə səs verməklə əslində Heydər Əliyev ideyalarına səs verdi. Bir daha məlum oldu ki, Ulu Öndərimizin müəyyənləşdirdiyi ideyalardan kənar real siyasi çəkisi olan bir qüvvə yoxdur.
Azərbaycan ərazi bütövlüyü və suverenliyini məhz bu yolla davam etdirdiyi üçün təmin edə bildi. Bundan sonra keçiriləcək ilk seçki Prezident seçkiləri olmalı idi. Elə ən son 2024-cü ilin 7 fevral tarixində keçirilən seçkiləri xalqımız seçki kimi deyil, bayram kimi qəbul etdi və yekdil formada yenidən məhz cənab Prezident İlham Əliyevi, Müzəffər Ali Baş Komandanı siyasi hakimiyyətdə görmək istədi.
Bu şəxslərin nə o dövrdə, nə də indiki mərhələdə real siyasi çəkisi olmayıb və yoxdur. Buna paralel olaraq ölkədə sağlam siyasi rəqabət mövcuddur. Bu siyasi rəqabətdə həmin insanlar uduzan tərəfdir. Azərbaycan xalqı belə kəsləri əlinin tərsi ilə geri çevirir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 767 Tarix: 16 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər
Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident
14 oktyabrAzərbaycan-Laos əlaqələrində yeni əməkdaşlıq imkanları
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında əməkdaşlığın yalnız siyasi və iqtisadi münasibətlərlə məhdudlaşmadığını, eyni zamanda, humanitar
15 oktyabrAzərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı
14 oktyabrSergey Lavrov Bakıya gəldi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir
14 oktyabrAzərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir
Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind
14 oktyabrFüzuli şəhərində aparılan bərpa işləri
Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub. 17 oktyabr 2020-ci il şərəf və qürur günlərimizdəndir. Çünki bu tarixdə sadəcə tarixi yurd yerimiz olan Füzul
15 oktyabr