Vitse-prezident təyin olundu
Tanınmış idmançı, MMA döyüşçüsü Heydər Məmmədəliyev AZMMAF-ə vitse-prezident təyin olunub.
MMA (FILA) və pankration üzrə dünya, Avropa çempionu Heydər Məmmədəliyev Azərbaycan MMA Federasiyasına vitse-prezident təyin olunub.
Sonxeber.az bildirir ki, bu haqda AZXEBER.COM-a məlumat verən H.Məmmədəliyev ona göstərilən etimada görə təşəkkür edib: "İlk olaraq AZMMAF rəhbərliyinə təşəkkür edirəm. İdmançı kimi uğurlar qazanmışam. İndi göstərilən yüksək etimadı doğrultmalıyam. Vitse-prezident kimi federasiyamızın, eləcə də milli komandalarımızın inkişafı üçün əlimdən gələni edəcəm. Hazırda iki güclü təşkilat İMMAF-WMMAA birgə fəaliyyət göstərirlər. Sevindirici haldır ki, beynəlxalq təşkilat kimi onlar ölkəmizdə Azərbaycan MMA Federasiyasını tanıyır.
Məmmədəliyev hazırda beynəlxalq yarışda olduqlarını deyib: "Hazırda Azərbaycan millisi Bəhreyndə keçirilən dünya çempionatında iştirak edir, komandamız yarışa yüksək səviyyədə hazırlaşıb. Ona görə idmançılarımızın uğurlu çıxış edəcəyini gözləyirik. Federasiya rəhbəri kimi beynəlxalq təşkilatlarla işimizi daha da yaxşılaşdıracayıq. MMA ölkəmizdə yeni inkişaf mərhələsinə qədəm qoyacaq".


Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 5277 Tarix: 12 noyabr 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qarabağ" "Ayaks"a məğlub oldu - Yenilənib
UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda "Qarabağ" bu gün növbəti oyununa çıxacaq. "Qafqazinfo" xəbər verir ki, təmsilçimiz Niderlandın "Ayaks" klubu ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 21:45-d
10 dekabrAzərbaycan idmanında ağır itki
Azərbaycan həndbol ictimaiyyətinə ağır itki üz verib. Qaynarinfo xəbər verir ki, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ idman ustası İqor Leksutov bu gün 82 yaşında vəfat edib. O, 1967-ci ildən məşqçi və baş məşqçi vəzifələrində çalışıb. İqor Leksutov 40 ilə yaxın məşqçilik fəaliyyət
19 dekabrİspaniya klubu baş məşqçisini istefaya göndərib
İspaniyanın "Real Sosyedad" klubu baş məşqçi Serxio Fransiskonu istefaya göndərib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirir. 46 yaşlı mütəxəssislə birlikdə San-Sebastyan komandasını onun köməkçisi Yosu Rivas da tərk edib. İlin sonuna qədər san-sebastyanlılar
14 dekabrMəşhur amerikalı güləşçi peşəkar karyerasını başa vurub
Məşhur amerikalı güləşçi Con Sina peşəkar karyerasını başa vurub. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı idmançı dekabrın 14-nə keçən gecə "World Wrestling Entertainment" (WWE) promouşenində son görüşünü keçirib. ABŞ-nin paytaxtı Vaşinqtonda "Kepital Uan-Arena"d
14 dekabr"Beşiktaş" dopinqə görə cəza alan futbolçunu transfer etmək istəyir
"Çelsi"nin ukraynalı vingeri Mixail Mudrik qış transfer pəncərəsində klubunu dəyişə bilər. "Eagle Media"ya istinadən xəbər verir ki, "Beşiktaş" futbolçuya ciddi maraq göstərir və onunla bağlı vəziyyəti diqqətlə izləyir. İstanbul klubunun rəhbərliyi yanvarda danışıqları aktivləşdirməy
13 dekabrYağışa baxmayaraq, stadionda anşlaq yaşanır - Video
Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda "Qarabağ" Niderlandın "Ayaks" komandasını qəbul edəcək. "Qafqazinfo" xəbər verir ki, paytaxtda soyuq və yağışlı hava şəraitinə baxmayaraq, azarkeşlər "köhlən atlar"a dəstə
10 dekabr