Bakıda 3 uşaq anasına qarşı həkim amansızlığı - Aytən Səfərova xəstəni ölümlə üz-üzə qoydu

Bakıda 3 uşaq anasına qarşı həkim amansızlığı - Aytən Səfərova xəstəni ölümlə üz-üzə qoyduBakı şəhər sakini 33 yaşlı Gülçin Nəsib qızı Aslanova bu ilin mayında "Caspian İnternational Hospital"da qeysəriyyə əməliyyatı ilə 3-cü övladını dünyaya gətirib, amma ailənin sevinci uzun sürməyib, qadının qarnı sürətlə şişib, şiddətli ağrıları başlayıb.

Əməliyyatı aparan həkim-ginekoloq Aytən Səfərova Aslanovanı təkrar müayinə edib, qadına bağırsaq keçməzliyi diaqnozu qoyulub, müalicəyə başlanılıb. Ağrılar azalmadığından ailə başqa klinikaya müraciət edəndə bəlli olub ki, əməliyyat zamanı qadının sidik kisəsi deşilib, qarın boşluğuna maye yığılıb, üstəlik yanlış diaqnoz əsasında qəbul edilən dərmanlar da bir tərəfdən orqanizmə mənfi təsir göstərib.

Sonxeber.az xəbər verir ki, Gülçin Aslanova virtualaz.org-a müraciət edərək başına gələnləri danışıb. Onun sözlərinə görə, son 5 ayda daha 2 ağır əməliyyat keçirib, amma hələ də tam sağalmayıb, keçirdiyi sarsıntılar nəticəsində körpəsinə qulluq edə, ana südü ilə qidalandıra bilmir.

"Həkim mənə əməliyyatdan sonra fəsad yarandığını söyləmədi, halbuki əvvəlcədən bilsəydim dərhal əməliyyat olunardım, bu qədər əzab-əziyyət çəkməzdim. Sonradan bildim ki, səhvini gizlətmək üçün müalicə adı ilə məni yubadırmış", -Aslanova deyir.

Həkim Aytən Səfərova hər gün yerli telekanallarda reklam edilir, ekspert qismində şou-proqramlara dəvət olunur. Aslanova etiraf edir ki, məhz buna görə də Səfərovaya inanıb.

Gülçinin həyat yoldaşı Ramil Aslanov isə deyir ki, sonuncu əməliyyat 4 saat çəkib, qarın boşluğundan 10 litrdən çox maye boşaldıblar. "Sözlə ifadə olunmayacaq qədər dəhşətli ağrıları vardı, nəfəs ala bilmirdi, bütün bədəni şişmişdi. Həkimlər dedilər ki, bir qədər gec müraciət etsəydik Gülçini xilas etmək mümkün olmayacaqdı. Ən ağrılısı isə odur ki, həkim Aytən Səfərova əməliyyatdan sonra fəsad yarandığını bilib, amma gizlədib, 3 uşaq anasını amansızcasına ölümlə üz-üzə qoyub", -Aslanov deyib.

Ramil Aslanov danışır ki, həyat yoldaşı keçirdiyi uğursuz əməliyyatdan sonra mənəvi və fiziki əzablar çəkdiyindən yeni doğulan körpəyə ana qayğısı göstərə bilmir: "Həyat yoldaşım həm sağlamlığından oldu, həm də maddi ziyana düşdük. Bu müddət ərzində dəfələrlə müraciət etsək də, Aytən Səfərova reaksiya vermədi, əksinə köməkçisinin vasitəsi ilə xəbər göndərərək saymazyana bildirdi ki, hara istəsək şikayət edə bilərik, onun güvənə biləcəyi adamlar var. Yeganə istəyim odur ki, həkim cəzasız qalmasın, bizim aylarla çəkdiyimiz əzab-əziyyəti başqaları da yaşamasınlar".

Aslanovlar ailəsi 50 min manat təzminat ödənilməsi, çəkilən xərclərin geri qaytarılması tələbi ilə Səbail Rayon Məhkəməsində klinikaya qarşı iddia qaldırıb. Ayrıca Bakı Şəhər Prokurorluğuna müraciət edilərək Aytən Səfərovanın cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunub. Bakı Şəhər Prokurorluğu isə işə baxılması üçün sənədləri Səbail Rayon Prokurorluğuna göndərib.

Aslanovun sayta təqdim etdiyi ekspertiza rəyində göstərilir ki, Gülçin Aslanovada sidik kisəsinin perforasiyasının (toxuma tamlığının pozulması) olduğu müəyyən edilib. Bu zədələnmənin 18.05.2018-ci ildə hospitalda üzərində edilən keysər kəsiyi cərrahiyyə əməliyyatı zamanı baş verməsi inkar olunmur. Həm məhkəmə, həm də prokurorluq işi təkrar ekspertizaya göndərib.

"Caspian İnternational Hospital"dan bildiriblər ki, Aytən Səfərova hazırda onlarla çalışmır, ailənin iddiasına isə yalnız həkim özü cavab verə bilər.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 27626   Tarix: 14 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021