Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib
Fransa Respublikasının Prezidenti Emmanuel Makron martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Fransa Prezidenti İranın Azərbaycana hava hücumu ilə əlaqədar ölkəsinin Azərbaycanla həmrəyliyini və dəstəyini ifadə edib.
Emmanuel Makron, həmçinin İrandakı Fransa vətəndaşlarının Azərbaycan vasitəsilə təxliyyəsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev telefon zənginə və nümayiş olunan həmrəyliyə görə təşəkkür edib.
Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda sülhün möhkəmləndirilməsi və Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin yenidən canlandırılması ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1392 Tarix: 08 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTəhsildə süni intellektdən istifadə şagirdlərə necə təsir edəcək? - AÇIQLAMA
Süni intellekt təhsil prosesində həm şagirdlər, həm də müəllimlər üçün yeni imkanlar yaradır. Azərbaycanda da süni intellekt əsaslı adaptiv öyrənmə sistemlərinin tətbiqi ilə şagirdlərə fərdiləşdirilmiş tədris imkanlarının yaradılması nəzərdə tutulur. Bəs, süni intellekt şagirdlərin və müəllimlərin tədri
10 sentyabrBakıda yağış, bölgələrdə leysan yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
9 sentyabrBu məlumatları süni intellektlə paylaşmaq TƏHLÜKƏLİDİR - AÇIQLAMA
Şəxsi məlumatların, şəxsiyyət vəsiqəsi, pasport, bank sənədləri, tibbi məlumatlar və digər məxfi informasiyaların süni intellekt platformalarına daxil edilməsi məlumatların qorunması baxımından müəyyən risklər yarada bilər. Mütəxəssislər belə məlumatlarla işləyərkən onların hansı məqsədlə toplandığına
9 sentyabrHəmin "zipline"da avqustda da ciddi problem olubmuş - Video
Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub. "Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib. Bel
10 sentyabrZərdabda beş nəfərin öldüyü qəzada həlak olan sürücü müəllim imiş - FOTO
Zərdabda beş nəfərin həyatını itirdiyi ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan sürücünün müəllim işlədiyi üzə çıxıb. Bu barədə məlumat əldə edib. Məlumata görə, qəza zamanı KIA markalı minik avtomobilinin yanması nəticəsində həyatını itirən Elyar Qalib oğlu Məhəmmədov Zərdab rayonunun Məmmədqasıml
9 sentyabr