Azərbaycanda şadlıq saraylarında bunu etmək QADAĞAN EDİLİR?!

Azərbaycanda şadlıq saraylarında bunu etmək QADAĞAN EDİLİR?!İnsanların şadlıq saraylarının zallarına mobil telefonsuz daxil olması təklif olunur. Bu təklifin səslənməsində də bəzi səbəblər var. Əsas səbəblərdən biri isə odur ki, günü-gündən çıxan mobil telefonlar fotoqraflara olan tələbətatı azaldıb. Yəni hər bir insan daha çox mobil telefonla şəkil çəkməyə üstünlük verir ki, belə olan halda fotoya və fotoqrafa ehtiyac qalmır.

ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Belə bir təkliflə jurnalist Aqil Ələsgər çıxış edib. Onun fikrincə insanların toylarda mobil telefondan həddən artıq istifadəsi digər qonaqların rahatlığını pozur.

Aqil Ələsgər – Jurnalist: "Onsuz da kamera görəndə toya pasport şəkili çəkdirməyə gəldiyini yadına salan millətik. Canlı yayın görəndə özlərini daha narahat hiss edirlər. Yəni, meydan qızışan kimi başlayırıq canlı yayıma və beləcə insanların istirahət hüququnu pozuruq".

Bir vaxtlar toyda insanların gözü fotoqrafı axtarardı. İndi isə zaman dəyişib. Fotoqraf bizi axtarır.

Sakin: "Əgər bununla ucuz başa gəlirsə niyə fotoqrafa pul verməliyəm".

10 ildən çoxdur toylarda foto çəkməklə məşğul olan Məhəmməd də toya gələn qonaqlardan gileylənir. Son illər fotoqraflara tələbatın azaldığını deyən müsahibimizin sözlərinə görə, nə qədər yüksək meqapikselli telefon olursa olsun, fotoaparatın yerini verməz.

Məhəmməd Vəliyev – Fotoqraf: "Hamı telefonla çəkməyə maraq göstərir. Amma fotoya gələndə hamı biganə yaraşır. Toylarda belə getsə fotonu yığışdıracaqlar. Hamı çəkə bilər amma fotoqraf kimi çəkə bilməz".

Təxminən hər birimiz bir toyda 4-5 saat iştirak edirik. Bəs bizim elə də böyük olmayan bu müddətdə telefonsuz qala bilməməyimizin səbəbi nədir?

Gülnar Orucova – Psixoloq: "İnsanlar daha çox təmtəraq, geyimləri, oldugu yeri digər insanlara göstərmək istəyir. Bu gün bizim toya telefonla getməyimiz bizim istirahətdən çox beynimizi yükləyir. Biz davamlı şəkil çəkirik, bəyənmirik yenisini çəkirik bir də görürük toy bitdi"

Əslində isə bu hal yalnız toylarda deyil, həmişə yaşanır. Artıq hər dəqiqəni, yeyib içdiyini belə çəkib paylaşmaq adi hal alıb. Ekspertlər hesab edir ki, bu gedişlə fotoqraflıq sənəti ümumiyyətlə sıradan çıxa bilər. Məsələdən birdəfəlik çıxış yolu isə, görünmür.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 9148   Tarix: 14 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021