"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
Sonxeber.az-ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub.
Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:
"Gecə 12-yə işləmiş isə yenə kəsirlər, gecə də su gəlmir. Nizami Rayon Sukanal İdarəsi telefonlara cavab vermir. "Azərsu"nun qaynar xəttindən isə deyilir ki, su ehtiyat anbarlarından verildiyinə görə azaldılıb.
Bakıda bizə su ancaq ehtiyat anbarından verilir? 2 il öncə su çənimizi gəlib yığışdırdılar ki, şəhərin gözəlliyini pozur. Amma belə gözəl şəhərdəki binanın evlərinin ayaqyolusu səhərdən axşama kimi susuz qalır, iyrənclik olur. Körpə uşaqlıyam, necə yaşayaq? Biz 9-cu mərtəbədə yaşayırıq, suyun təzyiqi o qədər aşağı verilir ki, veriləndə də "pyatiminutka" açmır, isti su olmur, paltaryuyan maşın suyu götürə bilmir".
Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq.
Anar bəy problemi araşdırdıqdan sonra bildirdi ki, payıza doğru bu məsələ öz həllini tapacaq:
"Hazırda bu binanın qrafiki belədir: səhər 06:00-dan 12:00-a qədər nasoslarla su təzyiqlə vurulur. Daha sonra 12:00-dan axşam saat 18:00-a kimi su artıq öz axımı rejimində verilir. Axşam 18:00-dan, gecə 00:00-a kimi isə yenidən nasoslarla suyun vurulması təmin olunur. Gecə 00:00-dan isə yenidən öz axımı ilə verilir.
Amma payız rejiminə keçilməsi ilə əlaqədar artıq anbarlarda kifayət qədər su ehtiyatı yaranacaq, həmin ərazidəki gündüz və gecə saatlarındakı təzyiq məsələsi öz həllini tapacaq.
Yay aylarında biz anbar ehtiyatlarını toplayıb insanların daimi su tapması məqsədi ilə gündüz və gecə saatlarında bəzi ərazilərdə anbarlardan suyun verilişini azaldırıq və yaxud da tam kəsirik ki, anbar ehtiyatlarımız toplansın. Bu, ən çox iyun, iyul, avqust aylarında baş verir. Yayda tələbat kəskin artır, bu il isə, bildiyiniz kimi, çox isti keçdi. Amma artıq payıza doğru məsələ öz həllini tapacaq".
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1571 Tarix: 18 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabrTeatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabr