"İlqarın bir gözü məndədir, birdən nəsə olar" - xərçəngdən əziyyət çəkən Zülfiyyə

"İlqarın bir gözü məndədir, birdən nəsə olar" - xərçəngdən əziyyət çəkən Zülfiyyə"Əslində biz üzdə olan insanlar digərlərindən seçilirik. Əgər biz doğru nümunə olmuruqsa, bu bizim zəifliyimiz, günahımız və səhv mövqeyimizdir. Doğru istiqamətə yön tutmaq missiyamızdır. Bu Allahın bir imtahanı idi, mənim qarşıma çıxdı. Bəlkə də onun vasitəsilə Allah mənə bir şans verdi ki, insanlardan qorxunu, ölüm xofunu götürüm".

Bu sözləri axşam.az-a açıqlamasında aparıcı Zülfiyyə Bayramova deyib. Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı keçirdiyi ağır günlərdən danışıb:

"Doğulduğumuz gündən hər birimiz ölümün növbəsinə dayanmışıq. Kimin növbəsi harda çatsa, orda öləcək. İstəyirsən xərçəng ol, istəyirsən olma. Mən bunu insanlara çatdırmaq istədim ki, hər halımızda şükür etməyi bacarmalıyıq. Allahın vediyi hər bir sınaqdan üzüağ çıxamağı bacarmağa layiq olmalıyıq. Şükür ki, istəyimə az da olsa çatıram. Çünki bir çox xəstələr məndən pozitiv enerji alır, məni görüşə dəvət edir. Onlarla görüşə gedirəm. Artıq onkoloji xəstəxanada başıaçıq gəzirlər.

Bilirlər ki, xəstəlik dövründə kimyaterapiyadan sonra saç tökülür. Onu biz bağlayanda əzab çəkirik. Çünki ağrılar olur, istəyirsən rahat olasan. Bir tərəfdən də başı bağlayıb insanlardan gizlənməklə artıq depressiyaya düşürsən. Elə bil ki, xəstəliyin üzərinə birini də sən əlavə etmiş olursan. Mən onları bu depressiyadan qurtardım.

Xərçəng ölüm deyil. Amma adını eşidəndə ağlayırıq ki, öləcəyik. Vaxtı çatanda hamı öləcək. O vaxt çatana qədər şükür etməyi, pozitiv olmağı bacarmalıyıq".
Zülfiyyə həyat yoldaşı İlqar Mikayıloğludan da söz açıb:

"İlqarı sevirdim, amma onu bu yolda daha çox sevdim. İkinci dəfə aşiq oldum. İnsan öz körpə balasına necə baxırsa, o da elədir. O, mənə yoldaşı kimi yox, övladı kimi baxır. Hərdən otururuq evdə bir gözü məndədir ki, birdən nəsə olar. Maşında oturanda deyirəm ki, qabağa bax. Deyir baxıram da, arabir sənə də baxım. Bütün qadınlara belə həyat yoldaşı arzulayıram və kişilərə səslənirəm. Əgər yoldaşınız xəstə olanda buraxıb gedəcəksinizsə, onun ömrü Allahın əlindədir. Elə olar ki, bir gün siz elə hal yaşayarsınız və ona möhtac olarsınız. Bir-birinizdən möhkəm tutun".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1760   Tarix: 21 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"

"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə

9 sentyabr 2021
.

Azərbaycanlı musiqiçi dənizdə boğuldu

Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb

2 sentyabr 2021
.

Jan-Pol Belmondo vəfat etdi

Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib. Bu barədə onun vəkili məlumat yayıb. Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib. Belmondo "Qızıl palm

6 sentyabr 2021
.

Müğənnilikdən əvvəl qabyuyan, fəhlə, satıcı işləyən MƏŞHURLAR - FOTO

Bu gün tanınmış şou-biznes nümayəndələri vaxtilə başqa peşə ilə məşğul olublar. Onlar arasında qabyuyan, tibb bacısı, idmançı, satıcı, fəhlə, mühafizəçi kimi çalışanlar da var. xəbər verir ki, "Mtv" kanalı bu haqda araşdırma apararaq tanınmışların keçmiş sənətini öyrənib. Vaxt var idi, onla

8 sentyabr 2021
.

Əməkdar artist AzTV-də aparıcılıq edir

Əməkdar artist Elnur Kərimov aparıcılığa başlayıb. xəbər verir ki, aktyor AzTV-də çalışır. O, Xədicə Sənanqızı lə birlikdə "Gün başladı" proqramına aparıcılıq edir. Veriliş həftəiçi beş gün səhər saatlarından yayımlanır. Qeyd edək ki, XəSənanqəzə ötən mövsüm proqramı tək aparırdı

4 sentyabr 2021
.

Məşhur müğənni xərçəngdən vəfat etdi

Tanınmış müğənni və aktrisa, "Girls Aloud" qrupunun solisti Sarah Hardinq 39 yaşında vəfat edib. xəbər verir ki, bu barədə ifaçının anası Meri Hardman sosial şəbəkədə yazıb. Sarah bir neçə ildir xərçəngdən müalicə alırdı. Qeyd edək ki, müğənniyə xərçəng diaqnozu ötən ilin yazında qoyulub

6 sentyabr 2021
.

Meyxanaçılar arasında qalmaqal - "Tək onu bilirəm ki, biri vurub, digəri də ölüb"

Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın mətbuata son müsahibəsi gündəmə bomba kimi düşüb. O, atasının həmkarı Elçini öldürməsi ilə bağlı bir sıra faktları açıqlayıb. -a istinadən xəbər verir ki, Mircəlal deyib ki, atası Elçini öldürmək üçün deyil, qorxutmaq məqsədilə vurub. Hətta türməd

11 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021