Dövlət çevrilişi hazırlayan dəstə həbs edildi

Dövlət çevrilişi hazırlayan dəstə həbs edildiMTN-nin İctimai Əlaqələr İdarəsindən verilən məlumata görə, Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi anti-terror əməliyyatı nəticəsində Azərbaycan Respublikasında terrorçuluğa hazırlıq və digər ağır cinayətlərin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Xəlilov Niyaməddin İltifat oğlu, Bəyimov Rufis Əhməd oğlu, Həşimli Rəşad Şövkət oğlu, Musayev İlqar Fikrət oğlu, Rzayev Anar Rza oğlu və Abdullayev Ceyhun Fazil oğlu saxlanılıblar.
Əməliyyat zamanı onların üzərindən və yaşadıqları mənzillərdən 4 ədəd "Makarov" tipli tapança, 1 ədəd "TT" tipli tapança, 5 ədəd tapança darağı, 35 ədəd patron, 1 kiloqrama yaxın trotil şaşkası, 2 ədəd "RQD-5" tipli əl qumbarası aşkar edilərək götürülmüşdür.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1-ci, 28,214.2.3-cü (mütəşəkkil dəstə tərəfindən silah və silah qismində istifadə olunan predmetlərdən isitifadə etməklə terrorçuluğa hazırlıq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə) və 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılmışdır.

Xəlilov Niyaməddin İltifat oğlu, Bəyimov Rufis Əhməd oğlu, Həşimli Rəşad Şövkət oğlu, Musayev İlqar Fikrət oğlu, Rzayev Anar Rza oğlu və Abdullayev Ceyhun Fazil oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında şəriət qaydaları ilə idarə olunan dövlət qurmaq məqsədilə ölkə ərazisində ictimai-siyasi sabitliyi pozmaq, təxribat-pozuculuq və terrorçuluq aksiyalarını törətmək və "cihad etmək" üçün 2014-cü ilin noyabr ayında adları çəkilən şəxslər və qeyriləri mütəşəkkil dəstə yaradaraq, özlərinə "əmir" təyin ediblər.

Dəstə üzvləri "cihad" üçün əvvəlcə pul vəsaiti əldə etmək məqsədilə Azərbaycan Respublikasında yaşayan, "kafir" hesab etdikləri, "qanını və malını" özlərinə "halal" bildikləri müxtəlif zəngin şəxsləri qarət etməyi və əldə olunacaq vəsait hesabına hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı sui-qəsdlərin və ölkə ərazisində müxtəlif yerlərdə terrorçuluq aksiyalarının həyata keçirilməsini planlaşdırmışlar. Onlar odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə edərək terrorçuluq aksiyalarının törədilməsi üçün hazırda istintaqla araşdırılan mənbədən xeyli sayda silah-sursat əldə etmiş və mütəşkkil dəstənin tərkibində vəzifə bölgüsü aparmışlar.

Məlum olmuşdur ki, dəstə üzvləri tez bir zamanda külli miqdarda pul vəsaiti əldə etmək üçün Mərdəkan qəsəbəsindəki bağ evlərindən birini qarət etdikdən sonra, 2014-cü ilin noyabr ayında quldurluq məqsədilə Qəbələ rayonundakı "Soyuq bulaq" restoranının sahibinin evinə daxil olaraq sonuncunu qətlə yetirmişlər.

Bundan sonra daha bir neçə hüquqa zidd əməllər törədən dəstə üzvləri noyabr ayının sonunda gecə saatlarında Bakı şəhərinin Əhmədli qəsəbəsində və Binəqədi rayonu ərazisində yerləşən ticarət obyektlərinə qanunsuz daxil olaraq oradan xeyli miqdarda müxtəlif ləvazimat, ərzaq məhsulları, eləcə də çoxlu sayda sim-kart oğurlamışlar.

2015-ci ilin fevral ayında isə dəstə üzvləri Sumqayıt şəhərində "VAZ 2106" markalı avtomobili oğurlayaraq, həmin avtomaşınla əvvəlcədən planlaşdırdıqları quldurluq əməlini törətmək məqsədilə Göyçay rayonuna getsələr də, planlaşdırdıqları həmin cinayəti həyata keçirə bilməmiş, qaçırdıqları avtomaşını isə ehtiyat hissələrinə ayıraraq sonradan satıb pulunun onlara çatdırılması üçün Ağdaş rayonundakı tanışlarından birinin həyətində saxlamış və taksi ilə Bakı şəhərinə qayıtmışlar. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində mütəşəkkil dəstə zərərsizləşdirilmişdir. Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 778   Tarix: 04 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

26 aprel
.

Bakıda kişi qardaşını qətlə yetirib: "Hamımızın başına oyun açırdı"

Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan Bayram Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Reyhan Fətəliyeva ifadə verib. O bildirib ki, təqsirləndirilə

25 aprel
.

14 yaşlı qızdan DƏHŞƏTLİ QƏTL: Narkotik aludəçisi olan atasını ÖLDÜRDÜ - VİDEO

Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. -a istinadən bildirir ki, qan donduran cinayət Qaziantepin Şahinbey rayonunda baş verib. Hadisədən sonra qız nəzarətə götürülüb

21 aprel
.

Yol pulunu verməmək üçün sürücünü döyüb öldürdülər

Rusiyanın Volqoqrad vilayətində sərnişinlər taksi sürücüsünə pul verməkdən imtina edərək onu döyərək öldürüblər. yerli mediaya istinadla xəbər verir ki, İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, hadisə şənbə günü gecə baş verib. Sərnişinlər Zina Mareseva küçəsində 1

27 aprel
.

Əhməd Əhmədov barəsində ekspertiza rəyi məlum olub

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub. APA-nın əldə etdiyi xəbərə görə, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib

8 aprel
.

Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib. "Qaynarinfo"nun məlumatına görə, general xidmət rəisi işlədiyi müddətd

26 aprel
.

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA

Aprelin 18-də Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyevin Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırması iddiası ilə bağlı bəzi detallar məlum olub. Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıye

24 aprel
.

Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlə

27 aprel
.

Məktəblilərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisind

15 aprel