Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib.
"Qaynarinfo"nun məlumatına görə, general xidmət rəisi işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə 52 nəfərdən külli miqdarda rüşvət almaqda ittiham edilib.
Məhkəmədə məlum olub ki, general xidmət katibliyinin rəisi vasitəsilə 2016-2017-ci illər ərzində Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinə 52 nəfəri zabit və gizir kimi rüşvət almaqla işə götürüb. Təqsirləndirilən şəxs müəyyən etdiyi qaydada nəzarətçi vəzifəsinə hər bir şəxsdən 7-12 min manat, zabit vəzifəsinə isə 15-20 min manat qarşılığında işə götürülüb. Ümumilikdə işə götürülən vətəndaşlardan təxminən 630-640 min manat pul alınıb. Katibliyin rəisi aldığı pulları T.Həsənovun xidməti otağında ona verib.
General ilkin ifadəsində danışmasa da, sonradan Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun sürücüsünün və Muxtar Respublikanın əvvəlki ədliyyə nazirinin adını çəkib. Deyib ki, ittihamda rüşvət kimi qeyd olunan pulların bir qismini - 350 min manatını Talıbovun sürücüsü Həsən Əhmədova və 300 min manatını isə sabiq nazir Daşqın Rəhimova verib.
Amma Tofiq Həsənov məhkəmədə ziddiyyətli ifadə verməsi ilə bağlı elan olunmuş ifadəsinə münasibət bildirərək Seymur Talıbov tərəfindən ona tapşırıq verilmədiyini və ona pul göndərmədiyini, o cümlədən şəxsən pul vermədiyini bildirib.
Qeyd edək ki, Tofiq Həsənov ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. O, ümumilikdə yarım milyona yaxın məbləği rüşvət qismində almaqda ittiham edilib.
Tofiq Həsənov məhkəmənin qərarı ilə 10 il həbs cəzası alsa da, ona əlavə cəza olaraq Prezidentin 29 noyabr 2017-ci il tarixli, 3421 nömrəli sərəncamı ilə verilmiş "ədliyyə general-mayoru" ali xüsusi rütbəsindən, 1 iyul 2011-ci il tarixli sərəncamı ilə verilmiş "Vətən uğrunda" medalından məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1252 Tarix: 26 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO
Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind
2 sentyabr 2021DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib
2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə
17 sentyabr 2021Azərbaycanda ailə qətliamı: Nə baş verib? - TƏFƏRRÜAT
Azərbaycanda həyat yoldaşını və qayınatasını qətlə yetirən kişi sonda özünü də öldürüb. "Xəzər TV"yə istinadən xəbər verir ki, dəhşətli hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində baş verib. Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov ov tüfəngi ilə həya
22 avqust 2021Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ
Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini
25 avqust 2021Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü
Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo
30 avqust 2021Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO
Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov
22 avqust 2021Daşkəsəndə 72 yaşlı kişi güllələnib
Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə
31 avqust 2021