Ölkəyə AĞIR İTKİ : Bu tanınmış ağır xəstəlikdən dünyasını dəyişdi - FOTO

Ölkəyə AĞIR İTKİ : Bu tanınmış ağır xəstəlikdən dünyasını dəyişdi - FOTODünyanın ən məşhur kinorejissorlarından biri, 78 yaşlı Bernardo Bertoluççi vəfat edib.

Sonxeber.az Milli.Az-a istinadən bildirir ki, sənətçi ağır xəstə idi.

Bernardo Bertoluççi... İtalyan kinorejissor, dramaturq və şair. 1960-cı illərdə Jan-Lyuk Qodarın və Pyer Paolo Pazolininin davamçısı idi Kommunizm və freydizmlə maraqlanmışdır. Öz filmlərində sosial olanla intim olanları incə bir şəkildə əlaqələndirib. Filmlərinin bir çoxunda insan seksuallığının tabu sayılan formalarına - insestə, triolizmə, homoseksuallığa müraciət etib. Bir qayda olaraq bütün filmlərinin operatoru italyan kino tənqidçilərinin "işıq-kölgə tanrısı" adlandırdığı Vittorio Storarodur.

"Konformist" (1970) və "Parisdə sonuncu tanqo" (1972) filmlərinin triumfal uğurundan sonra İtaliya sərhədlərindən kənarda, o cümlədən buddist Şərqdə işləib və özünü "skeptik həvəskar-buddist" adlandırıb.

Bernardo Bertaluççi İtalyanın Parma şəhərində, Attilio Bertoluççinin ailəsində dünyaya gəlib. Bertoluççi incəsənətlə sıx əlaqələri olan ailədə doğulub. Atası şair, kinotənqidçi, incəsənət tarixi professoru Attilio Bertoluççi tənqidi məqalələr yazırdı. Anası Ninetta məktəb müəlliməsi idi. Bernardonun kiçik qardaşı Çuzeppe teatr rejissoru və ssenaristdir. Əmisioğlu Çovanni Bertoluççi ilə birlikdə bir necə kinolayihənin üzərində birlikdə işləyiblər.

Bernardonun kinoya olan marağını görən atası onu həvəsləndirir özü ilə çəkilişlərə aparırdı. Onun kinoda ilk işləri 16 mm-lik lentə çəkdiyi həvəskar filmləri "Kanat yolu" (1957) və "Donuzun ölümü" (1958) olmuşdu.

Şeir yazmağa Bernardo 15 yaşında başlamışdır. Məktəbi bitirdikdən sonra Roma Universitetinin Müasir ədəbiyyat fakültəsinə qəbul olub və artıq 20 yaşında poeziyası ilə şöhrət əldə edə bilmişdi. Bernardonun atası məhşur rejissor Pyer Paolo Pazoliniyə ilk kitabını nəşr etməyə kömək etmiş nəticədə isə Pazolini Bernardonu 1961-ci ildə "Akkatone" filminə birinci assitent vəzifəsinə dəvət etmişdi. Universitetdə təhsil aldığı zaman Bertoluççi sol ideyalarla maraqlanır və İtaliya kommunist partiyasına üzv olur. 1962-ci ildə Bernardo "Sümüklü kirvə" (La Commare Secca) ilk tammetrajlı filmini çəkir. Bu filmdə detektiv süjet Bertoluççiyə sosial ədalətsizlik, insanın cinsiyyəti və taleyin dönüklüyü mövzularına toxunmaq üçün xidmət edir. Film üzərində işləmək üçün 22 yaşlı rejissor universitet təhsilini yarımçıq qoyur. Məhz bu ildə onun nüfuzlu ədəbiyyat mükafatı Viaredjoya layiq görülən "Sirrin axtarışında" adlı şeir kitabı çapdan çıxıb.

İki ildən sonra 1964-cü ildə Bertoluççi "İnqilab öncəsi" (Prima Della Rivoluzione) filmini çəkir. Konformist "atalara" qarşı gəncliyin inqilabı mövzusu 1968-ci il hadisələrinin öncəgörməsi kimi qəbul edilir. Filmin adı Taleyranın məhşur "İnqilab öncəsi illərdə yaşamayan insan həyatın şirinliklərini anlaya bilməz" ifadəsinə işarədir. Film 1971-ci ildə mavi ekrana çıxıb.

1965-1966-sı illərdə tammetrajlı "Neft kəməri" sənədli filmini çəkir, tamamlanmamış "Kanal" (1966) filmi üzərində işləyir, "Sevgi və qəzəb" (Amore e rabbia, 1967) almanaxı üçün "Sanvermə" qısametrajlı filmini çəkir.

1968-ci ildə üçüncü tammetrajlı "Partnor" (Partner) filmi ilə böyük ekrana Dostoyevskinin "Oxşar" (Dvoynik) pyesinin hadisələrini gətirir. Bu filmi Bertoluççinin "Şizofreniya barədə şizofrenik filmi" adlandırırlar. Bertoluççi oğul italyan kinomatoqrafiyasının digər nümayəndələrinin də diqqətini cəlb etmişdi. O, bu ildə Serjeo Leone və Dario Arjento ilə birlikdə "Bir dəfə vəhşi qərbdə" filminin ssenarisi üzərində işləmişdi.

1969-cu ildə ekranlara Bertoluççinin Borxesin "Xəyanətkar və qəhrəman mövzusu" hekayəsi əsasında çəkdiyi "Hörümçək strategiyası" (La Strategia Del Ragno) televiziya filmi çıxır. Rejissorun sözlərinə görə faşizmin psixoloji səbəbləri, keçmişin bu günə müdaxiləsi, ata və oğlun oxşarlığı, xəyanətin qəhrəmanlaşdırılması filmin əsas mövzularıdır. 1970-ci ildə ekrana rejissora dünya şöhrəti gətirən "Konformist" (Il Conformista) filmi çıxır. Film Alberto Moravianın eyniadlı romanı əsasında çəkilmişdi. 29 yaşlı rejissorun bu işi bütün peşəkar kinotənqidçilərdən yüksək qiymət almışdır. Film 1971-ci ildə Ən yaxşı film nominasiyasında milli İtalyan kinomükafatı "David di Donatelloya" layiq görülmüşdü. Film Bertoluççiyə Ən yaxşı ssenari nominasiyasında ilk Oskar namizədliyini gətirib. Təhkiyə strukturunun mürəkkəbliyi və kinomatoqrafda novatorluğuna görə bu film dünya kinomatoqrafının inkişafına əhəmiyyətli təsir göstərmiş, "Xaç atası" (1972), "Apokalipsis bu gün" (1979) kimi yeni nəsl psixoloji dramların yaranmasına yol açmışdı.

70-ci illərdə bir çox italyan rejissorları Amerika, İsveçrə, Fransa kinomotoqrafları ilə əməkdaşlıq etməyə başladılar. 1972-ci ildə sıra Bertoluççiyə çatdı. O, baş rollarını hollivudun əsas kişi ulduzu Marlon Brando və avropalı aktrisa Mariya Şnayderin bölüşdüyü "Parisdə son tanqo" (Dernier Tango A Paris) filmini çəkir. Açıq-saçıq səhnələrlə dolu olan film İtaliyada böyük qalmaqala səbəb olmuşdu. Özündə erotik və fəlsəfi melodramanın elementlərini birləşdirən film Bertoluççinin rejisorluğu və Marlon Brandonun ifasına görə iki nominasiyada Oskara namizəd göstərilmişdi. Film əsasən Bertoluççinin seksual fanatziyaları əsasında çəkliib. Filmin mövzusuna həmçinin ingilis rəssam Frensis Bekonun rəsmlərinin də təsiri olub. Rejissor bu filmində insan həyatında bir çox şeyin həssaslıq və ehtiras əsasında qurulduğu ideyasını tam açıqlayır.

Film senzuraya məruz qalmış, bütün surətləri məhv edilmişdi. İtaliya məhkəməsi Bertoluççini vətəndaş hüququndandan məhrum edərək dörd ay şərti cəza kəsmişdi. 1976-ci ildə Bertoluççi yenidən tarixi mövzuya qayıdır və baş rollarını Jerar de Pardiye və Robert de Nironun bölüşdüyü "İyirminci əsr" (Novecento) epopeyasını çəkir. Epik, beş saatdan artıq filmdə tarixi hadisələr və XX əsrin birinci yarısında İtaliyada ictimai əhval-ruhiyyənin dəyişikliyi fonunda qəhrəmanların həyat yolu nümayiş etdirilib. Filmin əsas motivi italiyan kəndlisini ənənəvi və yarımfeodal torpaq sahiblərinin hakimiyyəti altından azad etməkdir.

1979-cu ildə ekranlaşdığı "Ay"(La Luna) və 1981-ci ildə çəkdiyi "Gülünc insanın faciəsi" (La Tragedia Di Un Uomo Ridicolo) filmlərindən sonra rejissorun uzun müddətli - altı illik susqunluq dövrü gəlir.

İngiltərəyə köçdükdən sonra rejissorun yaradıcılığında "kosmopolit" dövr başlayır.

1987-ci ildə Bernardo Bertoluççi "Sonuncu imperator (ing. The Last Emperor) Çinin sonuncu imperatoru Pu İnin həyatından bəhs edən bioqrafik, tarixi, dram filmini çəkir. Filmdə Pu İnin kiçik yaşlarında taxta çıxmasından, Çin kommunistləri tərəfindən həbs edilməsi və siyasi reabilitasiyasına qədər həyatı əks olunub. Bu film Bertoluççiyə dünyəvi uğur qazandırır. Film Çin hökumətinin icazəsi ilə Pekindəki Yasaq şəhərdə çəkilən ilk bədii filmdir. 1949-cu ildən sonra "Sonuncu imperator" Çin haqqında, Çin ərazisində, dövlətin tam dəstəyi ilə çəkilən ilk qərb filmi olmuşdu. Film üç ilə çəkilib. Film ən yaxşı film və ən yaxşı rejissor nominasiyaları da daxil olmaqla doqquz Oskar mükafatı almışdı.

Uğurdan ilhamlanan Bertoluççi yenidən nəzərini sirli və əsrarəngiz şərqə çevirir və 1990-cı ildə Pol Boulzun eyniadlı romanı əsasında, Afrika mövzusunda psixoloji dram "Göylərin pərdəsi altında" filmini ( The Sheltering Sky) çəkir. Dünya kino mətbuatı tərəfindən bir tərəfli qəbul edilməyən filmdən Pol Boulz da razı qalmamışdı. Bertoluççi üçün ənənəvi olan qadın və kişi, sevgi və ehtiras, tale və ölüm, zorakılıq və mazoxizm arasında mürəkkəb münasibətlərin analizindən əlavə bu film avropa və şərq sivilzasiyanın toqquşmasına həsr olunmuşdu.

1993-cü ildə Bertoluççi buddizmin əsasını qoyan, şahzadə Qautama Buddanın həyat hekayəsini ekranlaşdıraraq şərq mövzusunu davam etdirir və "Balaca Budda" (Little Buddha) filmini çəkir. Əvvəlki filminin Amerikada soyuq qəbul edildiyi üçün zərbə alan Bertoluççi "Şərq trilogiyasının" sonuncu filmi olan "Balaca Buddada" təsvirin baxımlılığını mürəkkəb, xüsusi effektlər vasitəsi ilə kəskin artırır və fəlsəfənin geniş auditoriya üçün daha anlaşılan olmasına çalışır.

1995-ci ildə 15 il aradan sonra Bertoluççi baş rolunu Liv Taylerin oynadığı hadisələri İtaliyada baş verən "Qaçan gözəllik" filmini çəkir. Film əsrarəngiz İtaliya peyzajları fonunda atasını axtaran gənc amerikalı xanımın tarixçəsi barədədir. Liv Tayler üçün bu film böyük kinomatoqrafiyaya giriş bileti rolunu oynayıb.

2003-cü ildə ekranlara Bertoluççinin erotik dram filmi olan "Xəyalpərəstlər" (The Dreamers) çıxır. Hadisələrin mərkəzində kinomatoqrafik allüziyalarla zəngin, ətrafdan təcrid olunmıuş Paris mənzilində 1968-ci ilin tələbə qiyamı fonunda baş verən seksual inqilabdır. Filmin seksual səhnələrlə zəngin olması və üç gənc arasında olan qeyri-adi münasibətdən bəhs etməsi bir çox kinotənqidçidən mənfi rəy almasına səbəb olmuşdu.

2012-ci ildə Kann festivalının proqramdan kənar nümayiş olunan filmlər arasında hələlik Bertoluççinin sonuncu dram filmi "Mən və sən" (Io e te) nümayiş olunmuşdu.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 6890   Tarix: 26 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Orban: "Aİ Rusiya ilə müharibə astanasındadır"

Qərbin sülhməramlı qüvvələrinin Ukraynaya göndərilməsi ideyası, eləcə də Rusiya aktivlərinin müsadirə edilməsi və Ukraynaya dəyən ziyanın ödənilməsi təklifləri Avropanı Rusiya ilə müharibə həddinə çatdırıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban danışıb. "Almanla

21 dekabr
.

Rusiyada pansionatda 40-dan çox insan zəhərlənib, ölənlər var

Rusiyanın Moskva vilayətinin Vidnoye şəhərindəki pansionatda zəhərlənmiş 40-dan çox insan xəstəxanaya yerləşdirilib. "Report" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən bildirilib. "Müəyyən edilib ki, pansionatda 73 nəfər olub. 40-dan çox insan tibb müəssisələrinə yerləşdirilib

20 dekabr
.

NATO Ermənistanla yeni çərçivə sənədini gələn il razılaşdırmaq niyyətindədir

NATO Ermənistanla tərəfdaşlıqla bağlı yeni çərçivə sənədini 2026-cı ildə razılaşdırmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə NATO-nun baş katibinin müavini Radmila Şekerinskaya Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdən sonra bəyan edib. "Nazir Suren Papikyanla Ermənistanı

20 dekabr
.

Fransada prezident sarayının əməkdaşı iqamətgahdan 100-ə yaxın əşya oğurlayıb

Yelisey Sarayının əməkdaşı iki il ərzində Fransa prezidentinin Parisdəki iqamətgahından qab-qacaq oğurlayıb. xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb. Məlumata görə, Yelisey Sarayının 40 yaşlı işçisi Tomas M. təxminən 100 əşya oğurlayıb - rəsmi şam yeməkləri və digər tədbirlə

21 dekabr
.

Türkiyə Qara dəniz üzərində PUA-ların mülki aviasiya üçün təhlükəli olması barədə xəbərdarlıq edib

Rusiya və Ukrayna pilotsuz uçuş aparatlarının Qara dəniz üzərində davam edən döyüşləri ticarət gəmiləri və sərnişin təyyarələri üçün ciddi təhlükə yaradır. "Report" TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler bəyan edib. "Rusiya və Ukrayna arasınd

20 dekabr
.

Maskın sərvəti 700 milyardı ötdü - Tarixi rekord

Amerikalı milyarder İlon Mask tarixdə sərvəti 700 milyard dolları keçən ilk şəxs olub. Axşam.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb. Bildirilib ki, Maskın sərvəti Delaver ştatının Ali Məhkəmənin aşağı instansiya məhkəməsinin qərarını ləğv etdikdən sonra artıb. Həmin qərard

21 dekabr
.

Portuqaliya Ukraynanın Enerji Fonduna dəstək üçün 600 min avro ayıracaq

Portuqaliyanın Baş naziri Luiş Montenerqu ölkəsinin Ukraynanı dəstəkləmək üçün Enerji Fonduna ilk töhfə olaraq 600 min avro ayıracağını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko "X"də paylaşım edib. Sviridenko qeyd edib ki, Portuqaliyanı

21 dekabr
.

Ukrayna prezidentinin işdən çıxarılan aparat rəhbəri Andrey Yermak haradadır?

Korrupsiya qalmaqalından sonra işdən çıxarılan Ukrayna prezidentinin aparat rəhbəri Andrey Yermak "heç yerə getməyib" və hər axşam Konça-Zaspadakı iqamətgahında Volodimir Zelenski ilə ünsiyyət qurur. xəbər verir ki, məlumatı yayıb. Mənbələrin bildirdiyinə görə, Zelenski özü ofisini birbaş

20 dekabr
.

"Türkiyə gözəli" o oldu

"Türkiyə gözəli 2025"in qalibi bəlli olub. Axşam.az xəbər verir ki, bu il müsabiqənin birincisi Sıla Saraydemir adlı xanım olub. Bununla da o, Türkiyəni beynəlxalq arenada keçiriləcək gözəllik müsabiqələrində təmsil edəcək. Qeyd edək ki, Sılanın 22 yaş var. 1,80 metr boyundadır. O, 4-cü kur

20 dekabr