Ermənilərin Azərbaycana qarşı növbəti təxribatının qarşısı alındı

Serbiyada ermənilərin Azərbaycana qarşı təxribatının qarşısı alınıb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Azərbaycanın Serbiyadakı səfirliyi son günlər Nikola Tesla adına Belqrad Hava Limanındakı "Duty Free" mağazasında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş tarixi ərazilərində yaradılan qondarma rejim tərəfindən istehsal olunan və bu rejimin adına uyğun olaraq "Artsakh" brendi ilə şərab, konyak, araq və digər spirtli içki məhsullarının "Armenian Flavours" adlı ayrıca guşədə satışa çıxarıldığı faktını aşkar edib.

Məsələ ilə bağlı Azərbaycan səfirliyi tərəfindən operativ qaydada Serbiyanın dövlət və hökumətinənotalar ünvanlanıb, müvafiq görüşlər keçirilib. Azərbaycan dövlətinin işğal altında qalan tarixi ərazilərinə Ermənistan tərəfindən qondarma adlar verilərək həmin ərazilərdə istehsal olunan məhsulların xarici ölkələrdə təqdim edilməsinə, onların satışa çıxarılmasına qəti etiraz edilib və bu kimi faktların Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik kimi qiymətləndirildiyi bildirilib. Həmçinin "Azərbaycan Respublikası və Serbiya Respublikası Arasında Dostluq Münasibətləri və Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" və 21 may 2018-ci il tarixində imzalanan "Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı"nın müvafiq müddəlarına istinad edərək Nikola Tesla adına Belqrad Hava Limanındakı "Duty Free" mağazasında "Artsakh" brendi adı ilə müxtəlif spirtli içki məhsullarının satışının aradan qaldırılması xahiş edilib.

Səfirlik tərəfindən görülən çevik, təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən məhsulların Belqrad Hava Limanındakı "Duty Free" mağazasında satışı qadağan edilib, məhsullar satış rəflərindən yığışdırılıb, Azərbaycan və Serbiya arasında qarşılıqlı etimad və etibara, beynəlxalq səviyyədə mövcud olan davamlı dəstəyə söykənən strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olaraq, iki ölkənin milli maraqlarına zidd olan hər hansı bir addımın qarşısının alınacağı vurğulanıb.
Ermənilərin Azərbaycana qarşı növbəti təxribatının qarşısı alındıErmənilərin Azərbaycana qarşı növbəti təxribatının qarşısı alındı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1703   Tarix: 04 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021