7 nəfəri dişləyən canavar quduz çıxdı
Astara rayonunun Şüvi və Züngüləş kəndlərində 7 nəfəri yaralayan canavar quduz imiş.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli xəbəri təsdiqləyib. Onun sözlərinə görə, canavarın başında quduzluq xəstəliyinin daşıyıcısı aşkarlanıb.
Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev isə sayta açıqlamasında deyib ki, ötən gün Bakıdan mütəxəssis dəvət edilib. "Hazırda yaralanan 7 nəfərin müalicəsi davam edir, onlara protokola uyğun quduzluq əleyhinə peyvənd vurulub. Paytaxtdan gələn mütəxəssis də müalicənin gedişinə nəzarət etdi, prosesin protokola əsasən aparıldığını təsdiqlədi", - baş həkim söyləyib.
Əliyev onu da əlavə etdi ki, xəstələrin birində təzyiqin yüksəlməsi müşahidə edilib, amma bu, quduzluğun əlaməti deyil. Sadəcə olaraq, canavarın quduz olduğu müəyyənləşəndən sonra xəstələr, yaxud onların yaxınları narahat olurlar, təşviş yaranır: "Quduzluğun dünyada müalicəsi yoxdur, amma xəstələrdə hələ ki təhlükəli vəziyyət, quduzluğa yoluxma aşkarlanmayıb, bu isə müalicənin düzgün yerinə yetirildiyini söyləməyə əsas verir".
Qeyd edək ki, hadisə noyabrın 29-da səhər saatlarında baş verib. Şüvi kəndinin mərkəzi küçəsinə kimi gələn canavar yolda olan sakinlərə hücum edib, 4 nəfər yaralanıb. Sonra yaxınlıqdakı Züngüləş kəndinə üz tutub, orada da 3 nəfərə xəsarət yetirib.(virtualaz.org)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2030 Tarix: 05 dekabr 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Taliban" Qadınların İşləri üzrə Nazirliyi "əxlaq polisi"nə çevirdi
Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı daha bir nazirliyi ləğv edib. Yayılan xəbərlərə görə, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə "Xeyirli olanın əmri və zərərli olanın qadağası" adlı yeni idarə yaradılıb
18 sentyabr 2021Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17 sentyabr 2021Görün velosipedi necə sürdü - ŞOK SÜRƏT - VİDEO
Tayvanlı gənc yeni rekorda imza atıb. -a istinadən məlumat verir ki, o, velosipedə təyyarə mühərriki yerləşdirərək avtomobil sürəti ilə hərəkət etməyə nail olub. Bu işdə ona bir professor kömək edib. Nəticə uğurlu olsa da, sürəti 133 km/saat olan velosiped cəmi 30 saniyə hərəkət edib. Yanacaq çənini
17 sentyabr 2021Broyler toyuqlarında da koronavirus aşkarlandı
Rusiyada toyuq əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlanıb. xəbər verir ki, virusu Çin hökuməti aşkarlayıb. Çinin Baş Gömrük İdarəsinin rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən üç Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulda COVID-19 aşkarlanıb
16 sentyabr 2021Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı
16 sentyabr 2021Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı
İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində
15 sentyabr 2021Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı
Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb. Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib. Müstəntiqlər hadis
15 sentyabr 2021