"EGE Hospital"dan ŞOK şikayət: "20 min pul verdik, amma atamın sol gözü kor oldu" - FOTO

"EGE Hospital"dan ŞOK şikayət: "20 min pul verdik, amma atamın sol gözü kor oldu" - FOTOSon dövrlər özəl klinikalardan narazılıq artıb. Həkim səhlənkərlaığı, yanlış diaqnoz nəticəsində ciddi problemlər, hətta ölüm halları belə baş verən klinikalardan şikayətlərin ardı-arası kəsilmir. Ege Hospitaldan narazılıq edən Məcid Qurbanov da atasının sağlamlığına ciddi zərər dəydiyini iddia edir.

Sonxeber.az mia.az-a istinadən şikayətçinin müraciətini təqdim edir:

"Atam Qurbanov Həsən Tapdıq oğlu (65 yaş) 8 iyun tarixində beyin qanaması keçirib.1 ay Gömrük Hospitalında qaldıqdan sonra reabilitasiya üçün evə buraxıldı və ev şəraitində müalicəsi davam etdirildi. Sonradan facebookda Türkiyədən məşhur neyrocərrahın ( Özkan Tehli ) Ege hospitala dəvət olunduğunu gördük. Reklamlara inanıb Özkan Tehlinin yanına getdik. Atamı apara bilmədiyimizə görə tomoqrafiya nəticələrini, analizləri və s. aparıb ona göstərdik. Bizə dedi ki, hər an təkrar qanaxma ola bilər, atanızı gətirin, tam müalicə edək.

21 avqust tarixində atamı Ege hospitala apardıq. Özkan Tehli hər şeyin yaxşı olacağını, gələcəkdə bəlkə iş qabiliyyətini də bərpa edə biləcəyini dedi. Atam ilk insult vaxtlarda gözündə mikrob vardı. Ege hospitala aparanda gözü evdə tam müalicə olundu. Şəkilləri də var, eyni zamanda Dünyagöz Klinikasının rəyi var. Özkan Tehli dedi ki, gözünü mənim doktorum müayinə etməlidir,biz dedik ki gözə müalicəyə ehtiyac yoxdur,yaxşıdır. Özkan Tehli cavabında bizə dedi ki, siz bilmirsiniz, mənim doktorum Türkiyədə 43-cü yerə çıxıb, mənim ekibimdə pis həkim ola bilməz. Siz müalicə işlərinə qarışmayın, bayram münasibətilə mənim xanım qonağım gəlib infeksiya həkimidir, ciyərini də ona həvalə edirəm. Nəysə, atam Ege hospitalda 20 sentyabrda qədər qaldı.

Bu müddətdə biz Özkan doktordan hər gün xəstəylə bağlı gözəl sözlər eşidirdik. Son günlərdə xəstədə hərəkətsizlik oldu. Nəhayət evə çıxacağmız gün Özkan doktor yoxa çıxdı. Yüksəl adlı şəxs bizə yaxınlaşdı və Özkan doktorun adından danışmağa başladı. Dedi ki, Özkan doktor televiziyadadır sizlə əlaqə saxlaya bilməz, sizə mən məlumat verəcəm. Xəstənin qanında infeksiya 2 qat artıb, amma başqa hər şey normaldır.

Buna qədər Ege hospitala artıq 20 min manatdan artıq pul ödəmişdik. Atamı evə çıxardıq, lakin vəziyyəti çox ağır görünürdü. Başqa həkimlərlə məsləhətləşib sabahısı beynini tomoqrafiyaya saldırdıq. Məlum oldu ki, atam Ege hospitalda yatdığı vaxt təkrar beyin qanaması keçiribmiş. Bir neçə gün sonra "Ege"dəki göz doktorunun müalicəsinin nəticəsi olaraq, atamın sol gözü kor oldu".

Şikayətçi onu da nəzərər çatdırıb ki, təxminən 2 həftə öncə qardaşı ilə Ege hospitalın sahibi Yalçın bəyin yanına gediblər:

"Dedik, heç olmasa, bura necə gətirmişdik elə verərdiniz, beyni müalicə edə bilmirdiniz heç olmasa gözünü bugünə salmazdınız.Yalçın bəy dedi ki, məsələ araşdırılacaq və 1-2 günə ətraflı məlumat verəcəyik. 2 gün oldu 2 həftə. Nəhayət özü də cavab vermədi. Köməkçisi dediyi adam Sənan adlı şəxs zəng etdi dedi ki, biz sizə heç cür köməklik edə bilmərik".
"EGE Hospital"dan ŞOK şikayət: "20 min pul verdik, amma atamın sol gözü kor oldu" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 5010   Tarix: 06 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həmin balıqçı bir ay əvvəl evlənibmiş - VİDEO

Xəbər verdiyimiz kimi Astara rayonunun Şahağac kəndi yaxınlığında balıq tutmağa gedən iki nəfərin meyiti tapılıb. xəbər verir ki, onlardan biri 199-cu il təvəllüdlü Ağadədə Həsənov, digəri isə 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğludur. Turanın bir ay əvvəl evləndiyi bildirilir və sosial şəbəkələrd

20 dekabr
.

Sevgilisinin arvadının iş yerinə gedərək - Onu təhqir etdi

Sabirabad rayonunda qadınlar arasında xoşagəlməz hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun kəndlərindən birində 44 yaşlı qadın sevgi münasibətində yaşadığı kişinin həyat yoldaşının iş yerinə hücum edib. Belə ki, təhsil müəssisələrinin birində katibə-makinaçı işləyən S.Həsənov

17 dekabr
.

Ağzını, əlini və ayaqlarını "skoç"la bağladı - Qusarda dəhşətli qətlin TƏFƏRRÜATLARI - VİDEO

Qadın aldadılaraq başqa evə çağrılıb, orada öldürülüb. xəbər verir ki, hadisə Qusarın Hil kəndində baş verib. Kənd sakini 32 yaşlı Diana Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti evdə tapılıb. Onun qətlində ayrı yaşadığı həyat yoldaşı, 35 yaşlı Asif Təyibov şübhəli bilinir. Mərhumun qohumlarını

20 dekabr
.

Şabranda qadın evinin həyətində ölü tapıldı

Şabran şəhərində qadın yaşadığı evin həyətində ölü halda tapılıb. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. 49 yaşlı Sahibə Xankərəm qızı Əliyevanın meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkar edilib. Onun ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırm

20 dekabr
.

Avtobus sürücüsü ilə qadın sərnişin əlbəyaxa dava edib - VİDEO

Adanada xüsusi ictimai avtobusda sürücü ilə qadın sərnişin arasında yaranan mübahisə davaya çevrilib. türk mediasına istinadən xəbər verir ki, hadisə günorta saatlarında şəhər mərkəzində fəaliyyət göstərən xüsusi ictimai avtobuslardan birində baş verib. İlkin məlumata görə, sürücü ilə qadın sərnişi

19 dekabr
.

Alışqan doldurmaq istəyən qadının özü də yandı, evi də! - VİDEO

Kocaelinin Derince rayonunda alışqanını doldurmaq istəyən 77 yaşlı qadın yanğına səbəb olub. türk mediasına istinadən xəbər verir ki, hadisə Derince rayonunun Mersincik məhəlləsi, Həyat küçəsində baş verib. Oğlu Ferhat Gündağ ilə birlikdə yaşayan Hamide Gündağ (77) evdə tək olduğu vaxt alışqanı qaz

19 dekabr
.

Yolda düşürdüyü sərnişini geri qayıdanda vurub öldürdü

Bu ilin iyununda Bakı-Qazax magistralının Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınan piyada 1985-ci il təvəllüdlü Elmir Ağamalıyevin ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, ehtiyatsızlıqdan zərərçəkmişin ölmünə səbəb olan 199-cu il təvəllüdlü Nica

17 dekabr
.

Boğazında çörək qalan şagirdi belə xilas etdilər - Anbaan görüntülər

Bakıda yerləşən orta məktəblərdən birində boğulma təhlükəsi ilə üzləşən şagird vaxtında göstərilən yardım sayəsində xilas olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə paytaxtın 112 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinfində qeydə alınıb. Belə ki, şagird yemək zamanı boğazında çörə

20 dekabr
.

Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Son xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündü

20 dekabr