Məşhur alimdən çörək, şəkər, duz və kəllə-paça ilə bağlı DƏHŞƏTLİ XƏBƏRDARLIQ

Məşhur alimdən çörək, şəkər, duz və kəllə-paça ilə bağlı DƏHŞƏTLİ XƏBƏRDARLIQ"Bir meyvə yedikdən sonra 5 kilometr qaçmalısan ki, toksik təsirini orqanizmdən çıxarasan. Kənd təsərrüfatı zəhəriylə yetişdirilən meyvələri yeməyin. Almalarda mineral qalmayıb. Uşaq başı boyda alma olmaz. Onları almayın. Ən sağlam meyvə zeytundur".

Bu sözləri məşhur kardioloq və professor Canan Karatay iştirak etdiyi bir konfransda deyib. Karatay bildirib ki, şəkər hüceyrələrə zərər verir, şəkər xəstəliyi, köklük, altsheymer, depressiya, parkinson və xərçəng xəstəliklərinə səbəb olur. Hamilə xanımlarda şəkər xəstəliyinin müayinəsi üçün edilən şəkər yükləməsi üsulunu tənqid edən Karatay sözlərinə belə davam edib:

"İndi hamilələrə şəkər yükləməsi edirlər. Şəkər yüksəlməsi qaraciyər yağlanması, altsheymer və köklüyə səbəb olur. Bu, qadağan olunmalıdır. Zavallı qadınlara bu yüklənərmi? Şəkər xəstəliyi müayinəsinin başqa yolları var".

obezite

Çörəyin də ən şirin zəhər olduğunu, beyni keyləşdirdiyini, bədəndəki triqliseridi qaldırdığını, aclıq hissi yaratdığını bildirən Karatay rəfinə edilmiş unlarda aminopeptin şəkəri olduğunu və insan metobolizmasında bunu həzm edəcək ferment olmadığını ifadə edib:

"Çörək müqəddəs deyil, onu yemək olmaz?" sualı tez-tez mənə müraciət edirlər. Əgər sağlam olmaq istəyirsinizsə, yeməyəcəksiniz".

Karatay 2 ağ məhsulun (un və şəkər) səbəb olduğu problemlərin genetik deyil, tamamilə qarşısı alınan xəstəliklər olduğunu vurğulayıb. Bu növ xəstəliklər son 20-30 il ərzində göbələk kimi artıb. Gənclərin əzələ yığmaq üçün istifadə etdikləri proteinlərin də zərərli olduğunu dilə gətirən Karatay dərmanlı meyvələr orqanizmdə triqliseridi yüksəltdiyini etiraf edib:

"Mən tacir və istehsalçı deyiləm. Lakin həkim və feldşer kimi deməliyəm ki, meyvə şəkəri də uşaqlarda qaraciyəri yağlandırır. Uşaqlar indi kökdür. Onlar ki, alkoqollu içki qəbul etmir. Çörək, dondurma, tost, cipsi, makaron, vafli yeyib üstündən də kola, buzlu çay içirlər.

meyve suyu

Podaqra xəstəliyi şəkər zəhərlənməsinin əlamətidir, səbəbi qırmızı ət deyil. Meyvə suyu və fruktoza da podaqra xəstəliyinə gətirib çıxarır. Təzə sıxılmış olsa da, meyvə suyu zərərlidir. Altsheymer, autizmin, parkinsonun, iflicinin, oynaq ağrılarının təməlinin qoyulmasına səbəb olur.

Rəfinə edilmiş duzlardan da uzaq durmalıyıq. Süfrə duzlarının rənginin açılması və axıcı olması üçün ona kimyəvi maddələr və alüminium əlavə edilir. Kristal qaya duzu rəfinə edilməyib. Onlar sağlamlıq mənbəyidir, safdır, mineral birliyidir. Kristal qaya duzu ömrü uzadır. Bu duzu suya qatıb səhər-axşam qarqara edin, xəstələnməyəcəksiniz".

İbn Sina gündə 2 dəfə məsləhət görürdü

Karatay bildirib ki, "Tibb Qanun"u kitabı Avropada tibb məktəblərində tədris edilən dahi Şərq alimi və həkimi İbn Sina gündə 2 dəfə yemək yeməyi məsləhət görüb:

"2 dəfə yemək sağlamlıqdır, 3 dəfə xəstəlikdir. Bu, illərlə araşdırılıb. Sizə 11 əsrlik yaşı olan araşdırmanı xatırladıram. Sənayenin oyuncağı olmayın. İdman zalları, üzgüçülük kursları yerinə küçəyə çıxıb hərəkət edin".

Bir insan vücudunun 24 saat ərzində yalnız 5 qram şəkərə ehtiyac duyduğunu söyləyən Karatay həddən artıq şəkərin xərçəng hüceyrələrini bəslədiyini qeyd edib:

"Bəs nə yeyəcəyik?" deyə soruşanlara su, təbii kənd kərə yağı, soyuq sızma zeytun yağı, kənd toyuğu, kənd yumurtası, pendir, kəllə-paça, ayaq, sümük suyu və qırmızı ətə üstünlük verməyi məsləhət görürəm. Baş-ayaq, həmçinin sümük suyu bütün bədəni gümrahlaşdırır. Sümüyü qaynadıb hər səhər içinə limonla şirəsi sıxaraq için. Bu, bir çox xəstəliklərin qarşısını alan təbii müalicə üsuldur".//BiG.AZ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5441   Tarix: 12 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

56 milyon insanın ölümünün dəhşətli sirri AÇILDI - Dondurulmuş soyqırım

Antarktidadan gələn buz nümunələrinin tədqiqi alimlərə avropalıların Amerikaya müstəmləkəçilik etməyə gəlməsi ilə bağlı dəhşətli həqiqəti üzə çıxarmağa imkan verib. -ın xarici KİV-ə istinadən xəbərinə görə, alimlərin aşkar etdiyi sübutlar 15-ci əsrdə müstəmləkəçiliyin başlanğıcının 56 milyon insanı

19 aprel
.

Alimlər Yer tarixinin ən iri ilanının qalıqlarını aşkar ediblər

Hindistanda tarixin ən böyük ilanının qalıqları tapılıb. Orada iki paleontoloq erkən Eosen dövrünə aid qədim heyvanın yaxşı qorunub saxlanmış 27 fəqərəsini aşkar ediblər. Bu barədə tədqiqatçılar "Scientific Reports" elmi jurnalında dərc olunan məqalədə yazırlar. Tədqiqatçılar hesab edirlə

20 aprel
.

Əfsanəvi basketbolçunun ayaqqabıları 819 minə satıldı

Dünya basketbolunun ulduzu Maykl Cordanın 1996-cı ildə NBA finalında geyindiyi ayaqqabılar 482 min dollara (819 min 400 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, üzərində superulduzun imzası olan ayaqqabılar "Air Jordan XI" markasındandır. Həmin mövsüm basketbolçu NBA çempion

15 aprel
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25 aprel
.

85 yaşlı amerikalını görən 65 yaşlı azərbaycanlı ŞOK YAŞADI - VİDEO

Sosial şəbəkədə yayılan video maraq yaradıb. xəbər verir ki, 85 yaşlı amerikalı ilə 65 yaşlı azərbaycanlı kişinin dialoqu gündəm olub. Xarici qonağın yaşını öyrənən kişi qulaqlarına inanmayıb. Sözügedən görüntünü təqdim edirik:

14 aprel
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinci evlilikləri

21 aprel
.

Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirilə

20 aprel
.

Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO

Bir kiloqramı üç, dörd, hətta beş manata təklif olunur. Xəzər TV-yə istinadən bildirir ki, paytaxt bazarlarında Şəmkir kartofu müxtəlif qiymətlərə təklif olunur. Elə satıcılar var ki, sözügedən kartofu üç manata, bəziləri isə beş manata satışa çıxarırlar. Alıcılar isə kartof alan zaman onun hansı bölgədə

14 aprel
.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

21 aprel