Mətbuat konfransına cəmi 3 jurnalist gəldi - FOTO

İngiltərədə "Arsenal"la Avropa Liqasının qrup mərhələsinin VI tur matçından əvvəl "Qarabağ" klubunun təşkil etdiyi mətbuat konfransına yerli jurnalistlər biganə münasibət göstəriblər.

Sonxeber.az-ın report-a istinadən verdiyi məlumata görə, baş məşqçi Qurban Qurbanov və futbolçu Maksim Medvedevlə görüşə cəmi 3 media nümayəndəsi qatılıb.

Əməkdaşımızdan əlavə, zalda "BBC Azərbaycanca"nın redaktoru Toğrul Bağırov və özünü "Press Association" nəşrinin əməkdaşı kimi təqdim edən ingiltərəli həmkarımız olub. Halbuki, gündüz saatlarında "Arsenal"ın baş məşqçisi Unay Emerinin mətbuat konfransına xeyli jurnalist qatılıb.

Q.Qurbanov bununla bağlı suala cavab olaraq bildirib ki, ingiltərəli jurnalistlərin "Qarabağ"ın mətbuat konfransına istəksiz yanaşmalarına inanmır. Onun fikrincə, yerli medianın diqqəti bugünkü Çempionlar Liqası qarşılaşmalarına yönəlib. Baş məşqçi zarafatından da qalmayıb:

"Ola bilsin, Çempionlar Liqasının bugünkü oyunları daha çox maraq doğurub və hazırda stadionlardadırlar. Burada təkcə mətbuat işçiləri yox, başqa simalar da var. Onların da şəklini vermək olar".

Dekabrın 13-də Londondakı "Emirates" stadionunda keçiriləcək "Arsenal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.
Mətbuat konfransına cəmi 3 jurnalist gəldi - FOTOMətbuat konfransına cəmi 3 jurnalist gəldi - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 4908   Tarix: 13 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB

Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 12:39. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu

16 sentyabr 2021
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18 sentyabr 2021
.

DÇ-2022-nin seçmə mərhələsi: İtaliya və Almaniyadan darmadağın, İngiltərə qələbəni əldən verdi

Futbol üzrə 2022-ci il Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti turun oyunları baş tutub. Bugün daha 5 qrupda 12 qarşılaşma keçirilib. İtaliya millisi Litva üzərində 5:0 hesablı qələbə qazanaraq ardıcıl məğlubiyyətsiz oyunların sayı üzrə dünya rekordunu yeniləyib. İrlandiyan

9 sentyabr 2021
.

"Qarabağ" qrupun favoriti ilə heç-heçə etdi - YENİLƏNİB

"Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununda qolsuz heç-heçə qeydə alındı - 0:0. 21:50. "Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunund

16 sentyabr 2021
.

Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı - FOTO

Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı. Azərbaycan Milli Paralimpiya Komandası möhtəşəm nəticə göstərərək, yarışı 163 ölkə arasından 10-cu pillədə tamamlayıb. İdmançılarımız 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümümilikdə 19 medal qazanıblar. Bu Azərbaycan Paralimpiya tarixində rekord nəticədir

5 sentyabr 2021
.

Pelenin əməliyyatdan sonra ilk görüntüsü yayıldı - FOTO

Futbol üzrə üçqat dünya çempionu Pele bir-iki gün ərzində xəstəxanadan evə buraxılacaq. Bu barədə braziliyalı futbol əfsanəsinin qızı Keli Nasimenta özünün "Instagram" səhifəsində bildirib. Onun sözlərinə görə, əməliyyatdan sonra Pele yaxşı vəziyyətdədir, ağrısı yoxdur və əhvali-ruhiyyəsi yaxşıdır

14 sentyabr 2021
.

MDB Oyunları: Azərbaycan 22-ci medalını qazandı

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yazılıb. verir ki. kəmər güləşində 66 kq çəki dərəcəsində çıxış edən Sənubər Nəbiyeva bürünc medala sahib olub. Bununla da Azərbaycanın I MDB Oyunlarında əldə etdiyi medalların sayı 22-yə yüksəlib. Medallarda

5 sentyabr 2021
.

MDB Oyunları: Badmintonçumuz qızıl medal qazandı - YENİLƏNİB + FOTO

Yeniyetmə və gənc badmintonçularımız Rusiyanın Kazan şəhərində keçirilən MDB Oyunlarında ümumilikdə 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazanıb. xəbər verir ki, oğlan badmintonçuların şəxsi yarışında Diki Panqestu finalda Qazaxıstan idmançısı Dmitri Panarini 2:0 hesabı ilə məğlub edərək MDB Oyunlarını

11 sentyabr 2021
.

Messinin fotoqraf forması geyinməsinə Dibalanın reaksiyası - VİDEO

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin təxirə salınan Braziliya – Argentina oyunundan sonra maraqlı hadisələr yaşanıb. -a istinadən xəbər verir ki, 3-cü dəqiqədən etibarən Braziliya səhiyyə nümayəndələrinin və təhlükəsizlik işçilərinin meydana daxil olmasından sonra argentinal

6 sentyabr 2021