Prezidentin işdən çıxardığı icra başçısı Razim Məmmədov kimdir? - FOTO
Prezident İlham Əliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib.
Bununla bağlı imzalanan sərəncamda deyilir:
"Razim İsa oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".
Sonxeber.az-ın məlumatına görə, Razim İsa oğlu Məmmədov 21 iyun 1966-cı ildə Ermənistan SSR Sisiyan rayonunun Ağudi kəndində anadan olub. İlk əmək fəaliyyətinə 1983-cü ildə "Azərittifaq"ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1984-1986-cı illərdə hərbi xidmətdə olub.
1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1999-cu ildə yaradılmış "Real-İnşaat" firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış "Real Tibb Mərkəzi" MMC-nin təsisçisi və direktoru olub.
Prezident İlham Əliyevin 26 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir. Üç övladı var.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 10941 Tarix: 13 dekabr 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib. O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:. "Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki
19 dekabrNazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye
20 dekabrDirektoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib
19 dekabr"Ford"la "KAMAZ" toqquşdu - Xəsarət alan var - Video
Goranboy rayonu, Goran qəsəbəsi ərazisində, Bakı-Qazax avtomobil yolunun 318-ci kilometrliyində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Hadisə yerinə dərhal nazirliyin Aran Regional Mərkəzini
19 dekabr"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI
Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl
19 dekabr