Mediada azyaşlıların üzünün açıq şəkildə göstərilməsi nə dərəcədə düzgündür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Mediada azyaşlıların üzünün açıq şəkildə göstərilməsi nə dərəcədə düzgündür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMASon günlər mediada uşaqların üzlərinin açıq şəkildə yayımlandığı hallara tez-tez rast gəlmək olur. Bu, sadəcə görüntü paylaşımı deyil - uşaqların təhlükəsizliyinə birbaşa təsir edir və psixoloji, sosial problemlərə səbəb ola bilər. Media qurumları uşaqların hüquqlarını və təhlükəsizliyini ön planda saxlamalı, yayılan hər bir görüntünün onların gələcəkdə özünü qoruma imkanlarını məhdudlaşdıra biləcəyini nəzərə almalıdır.
Mediada azyaşlıların üzünün açıq şəkildə göstərilməsi nə dərəcədə düzgündür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı Azvision saytının rəhbəri, media eksperti Vüsal Məmmədov BiG.AZ-a açıqlamasında bildirdi ki, mənim dostumun oğlu baxçada tərbiyəçinin təzyiqinə məruz qalmışdı. Onun sözlərinə görə, bu haqda saytlar yazdı. Yəni uşağın adı, şəkili hamısı xəbərdə getmişdi: "Sonra həmin uşaq böyüdü və məktəbə getdi. Bir neçə ildən sonra bu ailəyə və uşağın özünədə problem yaratmağa başladı. Çünki məktəb yoldaşları uşağın adını internetdə yazırdılar və həmin yazı və şəkil çıxırdı. Eyni zamanda ailənin qohumları internetdə uşağın adını yazanda həmin xəbər çıxırdı və bu narahatlıq yaradırdı. Həmin yoldaş xəbəri saytlardan çıxartdırmaq istəyirdi.

Buna görə 2 ilə yaxın əziyyət çəkdi. Bir neçə üzdəniraq redaktor xəbəri saytdan çıxartmaq üçün ondan pul tələb etmişdi. Məndə ona əlimdən gələn köməyi etdim. Nəhayət 2 ildən sonra böyük çətinliklə biz buna nail olduq. Mən düşünürəm ki, ümumiyyətlə özünün adının mediada hallanmasını istəməyən istənilən bir şəxslə bu məsələdə anlayışlı davranmaq lazımdır. Məsələn, ola bilər ki, bir xanım əri tərəfindən zorakılığa məruz qalıb, boşanıb və yenidən ailə qurub.

Onun adının internetdə köhnə konteksdə hallandırılması, yeni ailəsində həyat yoldaşı ilə münasibətdə problem yaradır. Biz anlayışla qarşılamalıyıq. Ola bilər ki, insan nəsə bir xırda dələduzluq törədib, amma yeni həyata başlayıb və yeni həyatda bu xəbərlər ona mane olursa, anlayışla qarşılamalıyıq. İnsanın bir unudulma haqqı olmalıdır və biz bu haqqı tanımalıyıq. Uşaqlar isə bunu dərk eləmirlər və böyüyəndə xəbərlər onlara problem yarada bilər.

Onların əvəzinə jurnalist bunu nəzərə almalıdır, düşünməlidir ki, bizim yazdığımız xəbər kiminsə həyatında çətinliyə, xoşagəlməz hallara səbəb olmamalıdır. Bu bizim missiyamıza ziddir. Biz insanın həyatını daha yaxşı eləmək üçün, yüngülləşdirmək üçün bunu yazırıq. Yox o məqsədlə material hazırlayıb, əksinə insanın gələcəyində ona mane olacaq hallara səbəb oluruqsa, deməli düz iş görmürük. Meyar bu olmalıdır və təssüfki çoxları bu meyarı nəzərə almırlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 552   Tarix: 19 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr
.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

1 noyabr
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu

1 noyabr
.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

1 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

Gələn il maaşlar BU QƏDƏR ARTACAQ

2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını

1 noyabr
.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

1 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr