Stalinin sevdiyi, Kaqanoviçin nifrət etdiyi, Xruşovun həsəd apardığı katib

Stalinin sevdiyi, Kaqanoviçin nifrət etdiyi, Xruşovun həsəd apardığı katibO, həmişə fərqlənib, populyarlığı, bir az da ərköyünlüyü ilə seçilib. Əslində onun nüfuzu, siyasi çəkisi bir çox hallarda süni şəkildə şişirdilib. Sözsüz ki, bu da səbəbsiz olmayıb. Çünki İosif Stalinin Andrey Jdanova tam fərqli münasibəti olub.

1896-cı ildə Donetskdə anadan olan Jdanov Moskvada ruhani akademiyasında təhsil alıb. 1916-cı ildə 20 yaşında könüllü olaraq hərbi xidmətə yollanıb. Elə bu ərəfədə də Tiflisdə gizir hərbi məktəbinin müdavimi olub.

Andrey Jdanov 1918-ci ildən partiya sıralarına daxil olub və fəaliyyətini partiya orqanlarına bağlayıb. Gənc olmasına baxmayaraq siyasi çevikliyi ilə diqqət çəkib. O cümlədən Stalinin də diqqətindən yayınmayıb. Müxtəlif əyalətlərdə yerli partiya təşkilatlarına rəhbərlik edən Jdanov ideoloji sahədə apardığı işlərlə daha çox yadda qalıb.

Bir müddət sonra Jdanov bacarıqlı kadr kimi Moskvaya dəvət alıb və bu Stalinin təşəbbüsü ilə olub. Ona Mərkəzi Komitənin katibi vəzifəsi etibar edilib.

Hansı sahəyə cavabdeh olmasından asılı olmayaraq Jdanov birbaşa Stalinin məxfi tapşırıqlarını icra edib. Aralarında gizli sövdələşmələr də olub və Jdanovun bu işlərdə mükəmməlliyi Stalini tam qane edib.

Sergey Kirovun ölümündən sonra Leninqrad kimi strateji və siyasi əhəmiyyətli bir vilayətə etibarlı şəxsin rəhbərliyi məsələsi ortaya çıxanda Stalin bu vəzifəyə Jdanovu təyin edib.

Müharibə illərində Leninqradın mühasirəsi dövrü Jdanovun siyasi populyarlığını bir az da artırıb. Hətta onun bu mühasirə zamanı fəaliyyəti şişirdilərək qəhrəmanlıq səviyyəsinə çatdırılıb. Ancaq tarixçilər bu məsələdə olan yanlışlıqları kifayət qədər sübut və dəlillərlə üzə çıxara biliblər. Belə ki, tarixçilərin qənaətinə görə, həmin ağır dövrdə Leninqrada vilayət Partiya Komitəsinin ikinci katibi Kuznetsov başçılıq edib. Şahidlərin və araşdırmaçıların fikrinə görə, Leninqradda açlıq hökm sürəndə Jdanov şəhər əhalisi ilə o ağır günləri bölüşməkdən kənar durub. Ona xüsusi olaraq böyük torpaqdan bütün ərzaq məhsulları çatdırılıb. Məhz bu ərəfədə Jdanov aclıqdan əziyyət çəkən insanların arasında görünməyib, hətta bir dəfə də olsun yerli radio ilə çıxış da etməyib. Sözsüz ki, bunlardan Stalin də xabərdar olub. Amma rəhbər heç bir tədbir görməyib, çünki o, şimal paytaxtındakı "sağ əli"ni itirmək istəməyib.

1945-ci ildə Andrey Jdanov səhhətində yaranmış problemlərlə bağlı Moskvaya qayıdıb. Kreml xəstəxanasında qısa müddətli müalicədən sonra o, Mərkəzi Komitədə ideologiya və mədəniyyət sahəsinə nəzarət edib. Bu dövr SSRİ-də ölkə mədəniyyətinin və incəsənətinin baltalandığı dövr kimi də qiymətləndirilib.

Jdanov həmin ərəfədə mətbuat sahəsində yeniliklərə imza atıb. Məhz onun təşəbbüsü ilə partiya ideologiyasını təbliğ edən qəzet və jurnalların sayı artıb.

Andrey Jdanov repressiya maşınına təkan verənlərin siyahısında öncüllərdən biri sayılıb. Onun bölgələrə səfəri kütləvi həbslər, repressiyalarla müşayiət olunub. Təkcə müharibəyə qədər güllələnməyə məhkum olunan insanların adları yazılan 176 siyahıda Jdanovun da imzası yer alıb.

Andrey Jdanov şən, ünsiyyətcil, mükəmməl nitq qabiliyyətinə malik olması ilə digər Kreml məmurlarından fərqlənib. Qarmon və royalı peşəkar musiqiçilər qədər məharətlə ifa etməyi bacaran Jdanov Stalinin təşəbbüsü ilə keçirilən ziyafətlərdə məclisi şənləndirmək, rəhbərin könlünü xoş etmək kimi missiyasını da daşıyıb.

Andrey Jdanovla eyni tarixdə, 22 mart 1939-cu ildə Siyasi Büroya üzv seçilən Nikita Xruşov öz xatirələrində həmkarı haqqında yazıb:

"Jdanov şən adam idi. O, Stalinin təşkil etdiyi məclislərdə möhkəm içirdi və sonra sevimli qarmonunu götürürdü. Həm qarmonda, həm də royalda gözəl ifa edirdi və yaxşı oxuyurdu. Bu hamımızın xoşuna gəlirdi. Kaqonoviç ona ad da qoymuşdu, "qarmonçalan". Mən Jdanovun bu talantında heç bir qəbahət görmürdüm. Çünki mən özüm də gəncliyimdə qarmon çalmağı öyrənməyə cəhd göstərmişəm. Ancaq təəssüf ki, bu məndə alınmayıb. Biz eyni gündə Siyasi Büroya üzv seçilmişik. Jdanov büro üzvlərinin arasında peyda olan gündən hamı hiss edirdi ki, Stalin ona qarşı çox diqqətlidir. Jdanovla münasibətləri çox da isti olmayan Kaqanoviç isə dilini sakit saxlamırdı, "burada iş qabiliyyəti tələb olunmur, şirin dilli olmaq, yaxşı lətifə danışmaq, çastuşka oxumaqla da yaxşı yaşamaq, yaxşı işçi olmaq olar" deyirdi. Mən Jdanovun gördüyü işlərlə daha yaxından tanış olduqca Kaqanoviçin fikirləri ilə razılaşırdım..."

Beləliklə, Jdanov "sahibi"nə hərtərəfli xidmət etməklə 1946-cı ilin martın 12-də SSRİ-də ən yüksək vəzifəyə SSRİ Ali Soveti Rəyasət heyətinin sədri kürsüsünə sahib olub.

Səhhətində ciddi problemlər olan Andrey Jdanov mütəmadi olaraq müalicələr alsa da həkimlər onu xilas edə bilməyiblər. Valda ətrafında məxsusi olaraq Stalin üçün tikilmiş istirahət evində müalicə alan Jdanov 1948-ci ilin avqustun 28-də elə həmin istirahət evində də vəfat edib.

Jdanovun vəfatı Stalinə olduqca pis təsir edib. Stalinin bağ evinin komendantı Orlov öz xatirələrində həmin günü belə əks etdirib:
"Jdanovun ölümü Stalinə çox pis təsir etmişdi. O, hönkürərək ağlayırdı və az qala qışqırıqla "mən qoca, xəstə sağ qalmışam o isə ölüb, gərək mən öləydim" deyirdi..."

Qeyd edək ki, Jdanovun ölümündən bir il sonra, 1949-cu ildə Stalinin təşəbbüsü ilə Jdanovun oğlu Yuri Jdanov Stalinin qızı Svetlana ilə ailə həyatı qurublar. Ailə quran cütlüyün nikahı 1952-ci ildə pozulub.

52 yaşında vəfat edən Andrey Jdanov Moskvada, Qırmızı meydanda Kreml divarları qarşısında dəfn olunub. (Yeni Müsavat)


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3180   Tarix: 13 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Günü gündən inkişaf edən Azərbaycan və Gürcüstan münasibətləri

Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi region dövlətləri ilə də yüksəksəviyyəli münasibətləri inkişaf etdirməkdədir. Gürcüstan da rəsmi Bakının regionun təhlükəsizliyi və inkişafı ilə bağlı mövqeyini hər zaman dəstəkləyir. Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan

7 aprel
.

"Bu forum klassik sammitlərdən fərqli olaraq daha çevik müzakirə mühiti yaradır" - AÇIQLAMA

"Antalya Diplomacy Forum" son illərdə qlobal diplomatiyanın qeyri-formal, amma təsirli platformalarından birinə çevrilib. Bu forum klassik sammitlərdən fərqli olaraq daha çevik müzakirə mühiti yaradır: burada dövlət başçıları, nazirlər, ekspertlər və beyin mərkəzləri sərt protokol çərçivəsində

17 aprel
.

Prezident Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxsləri təltif edib - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərin

7 aprel
.

"Zərifə xanım Əliyeva - zərifliyin, insanlara qayğı və diqqətin parlaq nümunəsi" - DEPUTAT

"Tarixi zənginləşdirən ən böyük faktorlardan biri də tarixi şəxsiyyətlərin yadda qalan fəaliyyətidir. Bu mənada akademik Zərifə xanım Əliyeva Azərbaycan tarixində xüsusi yer tutan, fəaliyyəti ilə bu gün də cəmiyyətə yol göstərən görkəmli simalardandır.1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxt

15 aprel
.

"Azərbaycan-Gürcüstan münasibətləri region üçün bir model rolunu oynayır" - DEPUTAT

"2026-cı ilin aprel ayında baş tutan yüksək səviyyəli səfər çərçivəsində Prezident İlham Əliyevin verdiyi bəyanat Cənubi Qafqaz regionunda formalaşmaqda olan yeni geosiyasi reallıqları aydın şəkildə ortaya qoydu. Bu bəyanat həm regional təhlükəsizlik, həm də iqtisadi əməkdaşlıq baxımından mühü

8 aprel
.

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf v

8 aprel
.

"Prezident İlham Əliyevin səfəri Gürcüstan-Azərbaycan əlaqələrinin bundan sonra da inamla inkişaf edəcəyinin göstəricisidir" - DEPUTAT

"Prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasındakı dostluq münasibətlərin bundan sonra daha da möhkəmləndiriləcəyinin sübutudur" - bunu Sonxeberə.az-a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, cəna

7 aprel
.

Bu ölkə heç bir güllə atmadan müharibəni qazanır - Analitikin ŞƏRHİ

Analitik Anselm Perera iddia edir ki, Səudiyyə Ərəbistanı İsrail ilə İran arasındakı münaqişədən formal olaraq döyüşlərdə iştirak etmədən maksimum fayda əldə edir. -ın xarici mediaya istinadla məlumatına görə, o, 24 mart tarixli "The New York Times" nəşrindəki məqaləsində yazıb ki, vəliəh

7 aprel
.

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək - RƏSMİ

Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyət

15 aprel