"Oğru aləmi" ilə bağlı bilinməyənlər: "Nakolka"lar hansı mənanı verir? - VİDEO

"Oğru aləmi" ilə bağlı bilinməyənlər: "Nakolka"lar hansı mənanı verir? - VİDEOSovetlər dönəmində türmə həyatı yaşayan dustaqlar üçün tatuirovkalar çox ciddi önəm daşımışdı. Onlar bədən üzvlərinə döydürdüyü "nakolka"lar vasitəsilə öz xarakterlərini, arzu və ideallarını ətrafındakılara simvolik və yığcam şəkildə çatdırırdılar.
"Nakolka"lı adamlar cəza çəkmə müddətində belə meylli olduğu cinayətin növünü gizlətmək istəməmiş, həmin simvolikalarla hər şeyi açıqca deməyə çalışmışlar. Dustaqlar öz daxili aləmi, psixoloji durumu haqda informasiyalarını, əsasən, məişət əşyalarının, heyvanların, dini atributların və mistik görüntülərin köməyi ilə ötürmüşlər. Həm də dustaqlar bədənində gəzdirdiyi öz "nakolka"sına uyğun həyat tərzi keçirtməli, öz "nakolka"sına hər an cavabdeh olmalı idilər.

Sonxeber.az femida.az-a istinadən ən populyar "nakolka"ların simvolik mənasını təqdim edir.

EPOLET (çiyində yüksək çinli poqon) – Çiyninə saçaqları sallanmış poqon döydürən adam oğru qanunlarına uyğun çox ciddi xidmətləri ilə başqa dustaqlardan fərqlənir. Onların göstərişləri dustaqlar üçün qanundu. Belə "nakolka"ları bir qayda olaraq qanuni oğrular gəzdirir.

ÇİYİNLƏRDƏ SƏKKİZGUŞƏLİ ULDUZ – Belə "nakolka" gəzdirənlər inkarçılardı. Onlar türmə qanunlarına riayət etməyən, öz qanunlarını əsas tutanlardı. Bu ulduzları əsasən avtoritetlər və qanuni oğrular daşıyır.

AYAQ DİZLƏRİNDƏ SƏKKİZGUŞƏLİ ULDUZ – Dizlərinə belə ulduz vurduranlar heç vaxt türmə qanunlarına boyun əyməyəcəklərini, türmə rəhbərliyinə itaət etməyəcəklərini bildirirlər. Onlar öz qanunlarını dövlət qanunlarından üstün tutan qanuni oğrulardı.

KİLSƏ ŞƏKLİ – Dustaq bu "nakolka"da təsvir olunan kilsənin günbəzlərinin sayı qədər türməyə düşüb. Belə "nakolka"nı birinci dəfə sinəsinə döydürən dustaq nəzərdə tutduğu gələcək məhkumluqlarına yer saxlamaqdan ötəri kilsə şəklini bir tərəfdən döydürür ki, sonrakı "srok"lar üçün günbəz çəkməyə yer qalsın.

ŞİR BAŞI – Bu "nakolka"nı gəzdirənlər öz əzazilliyi və dəliqanlılığı ilə fərqlənənlərdi. "Şir"lər meşələrdə olduğu kimi türmələrdə də başçı rolunu oynamağı sevirlər. Onlar dövlətə, hakimiyyətə və polisə nifrət edirlər. Heç kimin səhvini bağışlamırlar.

Pələng başı. "Qəddarlıq və Qəzəb" mənasını verir. Bu tatunu vuran şəxslər avtoritetlərin göstərişi əsasında qisas alan şəxslər vurur. Daha çox sinədə və kürəkdə rast gəlinir

CANAVAR BAŞI – Canavar başını bədəninə döydürən dustaq mütləq ötkəm xarakterə malik olmalıdı. Belə dustaqlar ruhən əyilməyən, həm də fiziki cəhətdən güclü olmalıdı. Onlar dustaqlar arasında etibarlı insan imicinə malikdirlər. Xeyirxahdırlar. Lakin xəyanəti heç vaxt bağışlamazlar. Bəzən öz həyatında xəyanət görmüş dustaqlar Aya ulayan canavar "nakolka"sı gəzdirirlər. Belələri daha qəddar olur, tənhalığı sevirlər.

ÇARMIXA ÇƏKİLMİŞ İSA – Sinəsinə belə "nakolka" döydürənlər kriminal aləmdə avtoritet kimi qəbul olunanlardı. Onlar təkcə türmələrdə yox, azad həyatda da xüsusi hörmətə malikdilər. Çarmıx qanuni oğruların sevdiyi simvolikadı. Bununla onlar özlərini arzuolunmaz qüvvələrdən hifz etmiş sanır, həm də getdikləri yolun müqəddəs olduğuna əminliklərini bildirirlər.

KİLSƏ ZƏNGLƏRİ – Öz məhkumluğunu son gününə qədər ("ot zvonka do zvonka") çəkmiş dustaq kürəyinə kilsə zəngləri döydürür. Bununla dustaq çəkdiyi ağır cinayət maddəsini də deməyə çalışır.

QUCAĞINDA KÖRPƏ TUTMUŞ MƏRYƏM ANA – Kürəyində belə şəkil gəzdirənlər, adətən, yeniyetməlik dövründən türmələrə, oğru yollarına düşənlərdi. Buna oxşar dini şəkillər dustaqlar üçün, həm də qoruyucu mələk, ümid, inam simvoludu.

KÖRPÜCÜK SÜMÜYÜNÜN ALTINDA GÖZLƏR – Belə "nakolka" ilə dustaq hər şeyə diqqət etdiyini, daima satqınları axtardığını bildirir. Onlar satqınlara qarşı çox amansız olurlar.

BUYNUZLU BUĞA BAŞI – Sinəsində buğa başı gəzdirən dustaqlar, əsasən, qanuni oğruların əmrlərini yerinə yetirənlərdi. Onlar dustaqlar arasında da "Bık" (buğa) adlanırlar.

PİŞİK ŞƏKLİ – Mənzil, ev oğruları, adətən öz bədənlərinə pişik başı döydürürlər. Pişiklər həm də ehtiyatlı oğruların simvoludu. Ev oğurluğunda satqınlıq edən dustağı işarələmək üçün onun bədəninə boynunda kəpənək qalstuku olan pişik başı çəkirlər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 5816   Tarix: 20 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evdə elə bir yer var ki... bir neçə dəqiqəyə stressi azaldır

Evdə bir neçə dəqiqə ərzində sakitləşdirən və rahatladan bir məkan mövcuddur. Bu barədə məlumat verir:. Evdə sakitlik guşəsi nədir?. Sakitlik guşəsi evdə istirahət və bərpa üçün xüsusi ayrılmış məkandır. Bu zona stress səviyyəsini azaltmağa, diqqəti toplamağa və daxili tarazlığı bərpa etməyə kömək edir

19 dekabr
.

Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha yaxşıdır?

Müasir paltaryuyan maşınlar əvvəlki kimi deyil. Xüsusilə yeni modellərin bəzilərində ondan artıq yuma rejimi mövcuddur. Bundan əlavə, yuma zamanı suyun temperaturu, sıxma sürəti, yuma müddəti və qarışdırma intensivliyi kimi bir çox amillər də nəzərə alınmalıdır. bu yuma rejimlərini təqdim edir:. Niy

21 dekabr
.

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Bazarda aşağı qiymətə yeni növ peyda olub

Qızıl bazarında bahalaşma günü-gündən artır. Bu səbəbdən yüksək qiymət nəticəsində daha yuxarı əyarlı qızıla tələbat azalır. Nəticədə, bazara daha aşağı əyarlı qızılın daxil olmasına zəmin yaranır. Xəzər TV-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, əvvəllər 750 əyarlı qızılı alan dah

21 dekabr
.

Almaniya sakinindən maraqlı rekord: 11 min qar kürəsi toplayıb

Almaniya sakini Yozef Kardinal rekord sayda qar kürəsi toplayıb. xəbər verir ki, bu barədə UPI məlumat yayıb. Son günlərdə Ginnesin Rekordlar Kitabının nümayəndəsi kolleksiyaçının Nürnberqdəki evinə baş çəkib və dünyanın ən böyük qar kürəsi kolleksiyası üçün yeni rekordu rəsmi olaraq təsdiqləyib. Kardina

18 dekabr
.

Türkiyədə məşhurları tutduran narkotacir özü sərbəst buraxıldı

Türkiyədə bir sıra məşhurlara narkotik satmaqda ittiham olunan sosial media fenomeni Sercan Yaşar azadlığa buraxılıb. yerli mediaya istinadla bildirir ki, Sercan Yaşar İstanbul prokurorluğunun apardığı istintaq çərçivəsində narkotik satmaq və saxlamaq ittihamları ilə saxlanılıb. O, prokurorluqda ifad

18 dekabr
.

Niyə ön şüşələrdə qara nöqtələr olur? - Az adamın bildiyi gizli XÜSUSİYYƏT

Bir çox sürücü yalnız son vaxtlar avtomobillərin, ilk baxışda xırda görünən bir detalına - ön şüşənin kənarları boyunca yerləşən qara nöqtələrə diqqət yetirib. Demək olar ki, hər avtomobildə mövcud olmasına baxmayaraq, onların əsl təyinatı uzun müddət diqqətdən kənarda qalıb. xəbər verir ki, söhbət ö

21 dekabr
.

Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO

Dövlət universiteti olan İstanbul Medeniyet Universitetində təqdim olunan açıq bufet yemək xidməti diqqət çəkib. türk mediasına istinadən xəbər verir ki, menyuda yeməklərin çeşidinin çoxluğu ilə yanaşı, qiymətinin cəmi 50 TL olması maraq doğurub. İstanbul Medeniyet Universitetinin tələbələrinə göstərdiy

19 dekabr
.

Binaların dağılmadan qorunması ilə bağlı yeni qayda mənzillərin qiymətinə necə təsir edəcək?

Çoxmərtəbəli yaşayış binaları bundan sonra yeni qaydalarla tikiləcək. Söhbət hündürlüyü 200 metrdən çox olan binalardan gedir. Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bina və qurğuların getdikcə artan dağılmadan mühafizəsi ilə bağlı qaydaları təsdiqləyib. Bu normala

21 dekabr
.

Tez-tez ayaqyalın gəzdikdə orqanizminizdə nələr baş verəcək?

Ayaqyalın gəzmək sağlamlığı möhkəmləndirməyin sadə, lakin effektiv üsullarından biridir. xarici KİV-ə istinadla bildirir ki, bu vərdiş qan dövranını yaxşılaşdırır, ayaqaltındakı sinir uclarını stimullaşdırır, stressi azaldır və bədənin təbii duruşunun bərpasına kömək edir. Ayaqyalın gəzməyin faydaları

19 dekabr