Bakıda yolları çökdürən "kabus" - yeraltı çay, yoxsa dağılmış kanalizasiya...

Bakıda yolları çökdürən "kabus" - yeraltı çay, yoxsa dağılmış kanalizasiya..."Yeraltı çaylarla bağlı elmi cəhətdən sübut olunmuş hər hansı mülahizə yoxdur".

Bakının Nobel prospektindəki çökmənin səbəbləri günlərdir ki, müzakirə olunur və müxtəlif versiyalar irəli sürülür. Ən çox diqqət cəlb edən versiya isə su və kanalizasiya xətlərindəki sızmalardır. "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə məsələ ilə bağlı mətbuata açıqlama verərkən bildirib ki, yoldakı çökmə qurumun su və kanalizasiya xətlərindəki sızmalarla bağlı deyil: "Hazırda ərazidə iki qrupumuz işləyir. Biri georadar qrupudur ki, onlar torpağın altında qrunt sularının səviyyəsini, eləcə də qruntun tərkibini öyrənməklə məşğuldur. Torpağın 24 metr dərinliyindən bizim xətlərimiz, Sahil kollektorumuz keçir. İkinci qrupumuz hazırda oradadır. Məhz həmin kollektor Bakının əsas tullantı sularını daşıyıb Hövsana yönəldir. Əməkdaşlarımız 24 metr dərinlikdəki quyuya daxil olub, kənardan qrunt sularının ora daxil olmaması üçün qabaqlayıcı tədbirlər görürlər. Bildiyiniz kimi, qrunt suyu kənardan suya daxil olanda özü ilə torpaq yuyub gətirir. Torpağın da yuyulması hesabına yolda çökmə yarana bilər. Bunlar ehtimallardır".

A.Cəbrayıllı onu da vurğulayıb ki, "Azərsu" ASC-nin Nobel prospektindən keçən su xətlərində, eləcə də kanalizasiya xətlərində heç bir axıntı yoxdur.

Qeyd edək ki, Bakıda yeraltı çayların olması və bunun torpağın alt qatlarını yuması nəticəsində sürüşmənin meydana gəlməsi ilə bağlı iddialar da var.

Mövzu ilə bağlı "Yeni Müsavat"a açıqlama verən AMEA-nın Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov bildirdi ki, paytaxt Bakıda yeraltı çayların olması ilə bağlı elmi baxımdan əsaslandırılmış bir fakt yoxdur: "Mehdi Hüseynin "Yeraltı çaylar dənizə axır" adlı bir əsəri var idi . O roman əslində bu məsələləri izah edirdi. Güman edilirdi ki, Yasamal rayonundakı "Qanlı göl"dən dənizə doğru belə bir çay axır. O zaman "Elmlər Akademiyası" metro stansiyası da uzun müddət hazır vəziyyətdə olmasına baxmayaraq, istifadəyə verilmirdi. Ancaq elmi baxımdan sübut olunmuş hər hansı bir fakt yoxdur ki, Bakıda yeraltı çay axsın. Bakının coğrafi quruluşu də amfiteatrı xatırladır. Bu səbəbdən yeraltı sızıntılar hər zaman ola bilər. Lakin yolların çökməsi daha çox insan amili ilə bağlıdır. Kanalizasiya suları, yararsız vəziyyətə düşmüş borulardan sızan suları çökmənin və sürüşmənin əsas səbəbləridir. Yeraltı çaylarla bağlı elmi cəhətdən sübut olunmuş hər hansı mülahizə yoxdur".

Yaşıllıqların məhv edilməsindən sonra sürüşmə hallarının artması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən Məhərrəm Həsənov bildirdi ki, bu mülahizədə həqiqət payının olduğunu vurğuladı: "Ağaclar ilk növbədə torpaqdakı suyu sorur və buxarlandırır. Digər tərəfdən ağacın kökləri torpağı möhkəmləndirir. Bu iki proses sözsüz ki, sürüşmənin qarşısını alır. Bakının iqlim şəraiti elədir ki, burada təbii olaraq ağacların bitməsi çətin məsələdir. Ona görə də, yaşıllıqları qırmaq olmaz. Əskinə çoxlu ağac əkmək, yaşıllıq əraziləri artırmaq lazımdır. Bu həm yeraltı suların buxarlanmasına, həm də torpağın möhkəmlənməsinə səbəb olur. Xatırlayırsınızsa, Bakıda Alov qüllələri yaxınlığında sürüşmə baş verərkən, orada görülən tədbirlərdən biri də evkalipt ağaclarının əkilməsi oldu. Bu ağaclara nasos ağac deyirlər, onun suyu buxarlandırma effekti daha böyükdür".

nobel prospektində yol ile ilgili görsel sonucu

Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov da qəzetimizə danışarkən vurğuladı ki, suyun mənbəyinin nə olduğu araşdırılıb ona uyğun tədbirlər görülməlidir: "Bu ərazi zavodların çox olduğu yerdir, yolun hər iki tərəfində çox sayda zavodlar fəaliyyət göstərib. İndi onların bir qismi sökülüb. O zaman həmin ərazidə çoxlu borular olub, qədimdən neft boruları da ərazidə qalıb. Onların çoxu yerin altındadır, bir hissəsi çürüyüb. Ona görə də, neçə illərdir həmin yolda çökmələr baş verir. Səbəbi isə bu günə qədər tapılmayıb. Suyun mənbəyinin nə olduğu bilinmir. Hər il həmin yolun bərpasına nə qədər xərc gedir. Ərazidə araşdırmalar, qazıntılar aparılmalı və suyun haradan axması, həcmi müəyyənləşdirilməlidir. Həmçinin suda nümunələr götürülüb analizlər aparılmalıdır ki, təmiz su, yoxsa kanalizasiya suyu olduğu bilinsin. Mən 24 metr dərinlikdə kanalizasiya xətlərinin olmasına şübhə edirəm. Çünki o dərinlikdə kanalizasiya borusu qoyulmayıb. Bəlkə də, qədimdə qoyublar, daha sonra üzərində torpaq tökülüb və altda qalıb. Orada sənaye zavodları tikilərkən Bakıxanov qəsəbəsində başlayaraq, "8-ci kilometr" və Keşləyə qədər olan ərazini əhatə edən kollektor da tikilib. İndi həmin sənaye obyektləri yoxdur".

Əzim Məsimov ile ilgili görsel sonucu

Əzim Məsimov onu da vurğuladı ki, Abşeron quru zonadır və orada qrunt suları yoxdur: "Qrunt suları insanın fəaliyyəti ilə əlaqədar ortaya çıxan kanalizasiya sularıdır. Bu gün Şimali Abşeron ərazisində hər yerə su verilir, ancaq kanalizasiya sistemi çəkilməyib. İnsanlar hərə öz həyətində kanalizasiya quyusu qazıb. Həmin sular yerin altından süzülür, torpağı yuyur, ayrı-ayrı yeraltı cığırlar sonradan birləşib yeraltı çaya çevrilir, yəni güclü su axını əmələ gəlir. Kanalizasiyaya gedən sular haradansa çıxmalıdır. Ona görə də, bu ərazidəki suyun mənbəyi müəyyənləşdirilməlidir. Bundan sonra konkret qərar qəbul edilməli və iş aparılmalıdır ki, yollar vaxtaşırı çökməsin. Hələ 70-80-ci illərdə belə bir fikir var idi ki, Bakının 19-cu əsrin sonlarında tikilən su şəbəkəsi artıq sıradan çıxıb və Bakıya gələn suyun 40 faizi yerə çökür. İndi müəyyən işlər görülüb, hələ görülməyən işlər də çoxdur. İstismar olunan köhnə borular xəlbir vəziyyətinə düşüb və təzyiq artanda sızmalar da çox olur". (Musavat.com)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1909   Tarix: 05 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr
.

Elektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi

Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin

19 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

"BİG Media" MMC-nin direktoru Emil Əkbərov "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə təltif edildi

"BİG Media"MMC-nin direktoru Emil Əkbərov Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Fərmanı ilə təsis edilən "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə təltif edilib. Bununla bağlı -a danışan "BİG Media"MMC-nin direktoru Emil Əkbəro

19 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr
.

Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN

Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb. Bahalaşmanın səbəbi nədir? Ucuzlaşm

21 dekabr
.

Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı

Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə

20 dekabr
.

"3 böyük xəstəxananın əsaslı yenidən qurulması işləri davam edir" - Vüqar Qurbanov

"Tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır". Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqd

19 dekabr