Öpüşmək möcüzələr yaradır!
Əgər insanlar öpüşməyin orqanizm üçün nə qədər faydalı olduğunu bilsələr, yəqin ki, bu xoş vərdişdən əl çəkmək iddiasından birdəfəlik vaz keçəcəklər.
Sonxeber.az-ın məlumatına görə, mütəxəssislər öpüşməyin faydasının aşağıdakılardan ibarət olduğunu bildirirlər.
İlk növbədə, öpüşmək insanın əhvalına müsbət təsir göstərir. Səhər-səhər cəmisi 20 saniyə öpüşmək gün ərzində insanın xoş əhvalı üçün kifayət edir.
İnsan öpüşən zaman kalori sərf edir. Odur ki, daha çox öpüşməklə insanlar pəhriz saxlamadan arıqlaya bilərlər.
Öpüşmək kariesin yaranmasına qarşı ən gözəl vasitədir. Belə ki, öpüşən zaman ağız boşluğundakı turşuluq normallaşır və tənzimlənir.
Öpüşərkən qanda adrenalinin səviyyəsi yüksəlir ki, bu da insanda zehni və fiziki fəallığı artırır.
Ürək damar sisteminin gimnastikası üçün öpüşmək ən effektli vasitələrdən biridir. Belə ki, öpüşən zaman insanın nəbzi daha sürətlə döyünür, qan dövranı yaxşılaşır.
Gərginliyə, stressə və depresiyaya qarşı mübarizədə öpüşməyin müsbət təsiri böyükdür.
Öpüşmək ağciyərlərin fəaliyyətinə müsbət təsir göstərir. Belə ki, insan adi halda bir dəqiqədə 20-25 dəfə nəfəs alıb verirsə, öpüşəndə bu rəqəm 60-a çatır.
Öpüşmək insanı üz dərisinin qırışmasından xilas edir. Öpüş üz dərisinin 30-35 əzələsinə təsir edir ki, məhz bu əzələlərə başqa vasitə ilə təsir etmək olmur.
Öpüş zamanı insan orqanizmində xəstəlik yarada biləcək bakteriya və virusları məhv edən neyropeptidlər yaranır ki, bununla da bir çox xəstəliklərə qarşı profilaktik tədbir görülmüş olur.
Baş və diş ağrısını aradan qaldırmaq üçün öpüşməkdən dərman kimi istifadə etmək olar. Çünki öpüş zamanı qana endorfin daxil olur ki, bu da ağrıların kəsilməsində böyük rol oynayır.
Öpüşən zaman orqanizmdə histaminin yaranması aşağı səviyyəyə düşür ki, bu da allergiyaya qarşı dəyərli vasitələrdən biridir.
Öpüşmək həm də insanın qəlb rahatlığı, səhvlərin bağışlanması, mehribanlığın əsasıdır.
Öpüşən insanlar uzunömürlü olurlar. Statistik göstəricilərə görə hər gün öpüşməyə vaxt ayıran insanlar öpüşməyənlərə nisbətən 5-7 il çox yaşayırlar.
Öpüşün möcüzəvi faydalarından nəticə çıxarın. Öpüşünüzü sevdiklərinizdən əsirgəməyin. Bir məsələ də var ki, bəzən sözlə ifadə edilə bilməyən mətləblər öpüşlə daha tez izah olunur.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3867 Tarix: 18 dekabr 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zidanın "Real"a qayıtmamasının səbəbi
Fransalı məşqçi Zinəddin Zidan, mümkün qayıdış şayiələrinə baxmayaraq, "Real"a qayıtmayacaq. Əvvəllər hazırkı baş məşqçi Xabi Alonsonun "Real"dan qovulmaq üzrə olduğu bildirilirdi. 2021-ci ildə "Real"dan ayrıldıqdan sonra məşqçilik etməyən Zidan, onun yerinə əsas namizə
19 dekabrSirr açılır: Alkatras qaçışı yalnız məhbusların zəkası sayəsində mümkün olmayıb
Kağız üzərində mümkünsüz görünən 1962-ci il qaçışının arxasındakı təəccüblü detal üzə çıxıb: Con və Klarens Enqlin qardaşları ilə Frenk Morrisin aylarla davam edən qazıntılarını asanlaşdıran təkcə onların zəkası və yaxşı planı deyilmiş. Qaynarinfo xəbər verir ki, ABŞ tarixinin ən məşhur həbsxana qaçışlarında
16 dekabrYeni ildə Şaxta baba QİYMƏTLƏRİ - 1 saatı 300 manat
Şaxta baba Yeni İlin əsas simvoludur. Mifiklərə əsasən, o, ağ saçlı, yaşlı, uşaqları sevən, onlara hədiyyə gətirən biri kimi təsəvvür edilir. Ölkəmizdə isə şaxta baba reallıqdan uzaqdır. Təxminən 30-35 yaşda qırmızı xalat geyinib İcra Hakimiyyətindən lisenziya alan şəxslər bu personaja çevrilə bilər
20 dekabrTez-tez ayaqyalın gəzdikdə orqanizminizdə nələr baş verəcək?
Ayaqyalın gəzmək sağlamlığı möhkəmləndirməyin sadə, lakin effektiv üsullarından biridir. xarici KİV-ə istinadla bildirir ki, bu vərdiş qan dövranını yaxşılaşdırır, ayaqaltındakı sinir uclarını stimullaşdırır, stressi azaldır və bədənin təbii duruşunun bərpasına kömək edir. Ayaqyalın gəzməyin faydaları
19 dekabrBu ətləri qətiyyən almaq olmaz - Ekspertdən XƏBƏRDARLIQ
"Hansı ölkədən idxal olunmasından asılı olmayaraq bütün ətlər sərhədi keçəndə aidiyyəti qurum tərəfindən həm qida təhlükəsizliyi qaydalarına uyğun şəkildə nəzarət, həm də risk əsaslı laborator analizlər aparılmalıdır. Bu məhsullar satış mərkəzlərinə soyuq qida zəncirində gətirilməlidir, temperatu
20 dekabrQadınlar öləndə niyə daha dərinə basdırılır? - VİDEO
Sosial şəbəkələrdə paylaşılan bir küçə müsahibəsində 20 illik qəbirqazanının qəbirlərin dərinliyi ilə bağlı səsləndirdiyi fikirlər qısa zamanda gündəm olub. türk mediasına istinadən xəbər verir ki, Türkiyədə gənc bir şəxs tərəfindən ünvanlanan "Qadınların qəbirləri kişilərə nisbətən daha dərin qazılırmı?"
17 dekabrHansı sadə vərdişlər beyni cavan saxlamağa kömək edir?
ABŞ-nin Florida Universitetinin alimləri sadə gündəlik vərdişlərin beyni təxminən on il "cavanlaşdıra" biləcəyini sübut ediblər. Bu barədə "ScienceDaily" nəşrinə istinadən məlumat verir. Məlumata görə, iki il davam edən araşdırma sübut edib ki, qoruyucu davranış faktorları beyin sağlamlığın
18 dekabr