"Azərbaycanda blogerə ehtiyac yoxdur" — "Azərbaycanın necə inkişaf etməsini Mehman Hüseynova çatdırmaq lazımdır"

"Azərbaycanda blogerə ehtiyac yoxdur" — "Azərbaycanın necə inkişaf etməsini Mehman Hüseynova çatdırmaq lazımdır""Mehman Hüseynov gənc olduğu üçün ölkə rəhbərinin gördüyü uğurlu işləri hələ dərk etmir. Cənab Prezidentin gördüyü işləri, Azərbaycanın necə inkişaf etməsini, gənclərə olan böyük diqqət və qayğını Mehman Hüseynova çatdırmaq lazımdır".

Bu fikirləri demokrat.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov bildirib.

Deputat deyib ki, Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dövründə isə gənclərə bu qədər dəstək verilmirdi:

"1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanın bütün sahələrdə inkişafı başladı. Vaxtilə ulu öndər Heydər Əliyev Azərbaycanı necə doğru yola çıxardıbsa, bu gün ancaq ölkəmizin uğurlarından danışmaq olar".

Mirkazım Kazımov qeyd edib ki, cəmiyyətdə heç bir nüfuzu olmayan radikal müxalifət Mehman Hüseynovdan yeni "qəhrəman" yaratmaq istəyir:

"İndi də başlayıblar aləmə car çəkməyə ki, ay Mehman Hüseynov özünü öldürəcək və buna görə ölkəmizə xələl gələcək və sairə. Xaricdən maliyyələşən Orduxan Teymurxan və digər bu kimi adamlar Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkünü var. Amma dövlətimiz onların problemlərinbin həlli istiqamətində böyük işlər görür. Məgər həmin qüvvələr Azərbaycanda görülən bu qədər böyük işləri görmürlər? Yalandan şou ayaradırlar ki, Mehman Hüseynov ay belə edir və sairə".

Deputat Azərbaycanda blogerliyə ehtiyac olmadığını söyləyib:

"Ümumiyyətlə Azərbaycanda blogerə ehtiyac yoxdur. Bilirsiniz, bu yeni termindir, xaricdən daxil olub. Burada da bəzi adamlar bunu Orduxan kimilərdən öyrəniblər. Onlar az qala blogeri "milli qəhrəman"a çevirmək istəyirlər. Amma blogerlik qəhrəmanlıq deyil. Bu, Qərbin başqa ölkələrə sırıdığı bir şeydir. Otururlar Hollandiya və digər xarici ölkələrdə, insanları zəhərləyərək dövlət əleyhinə çevirirlər. Mən hələ keçmiş Sovet İttifaqı dövründə də həmin ölkələrdə olmuşam. O ölkələr öz millətlərinə yiyəlik edə bilmirlər, indi gəlib Azərbaycana nə isə öyrətmək istəyirlər. Əslində, bu əksinə olmalıdır. Avropa insanının mədəniyyəti elədirsə, biz onlara qoşulub zay olmamalıyıq! Mənim bir böyük kimi Mehman Hüseynova məsələhətim odur ki, doğru yola gəlsin. Mən YAP Siyasi Şurasının üzvüyəm, bizim partiyanın tutduğu yol gənclərə diqqət, yüksək təhsilə yiyələnmək və digər faydalı məsləhətlərdir. Yoxsa ki, aləmə car çəkiblər ay Mehman Hüseynov özünü öldürəcək və sairə. Axı buna nə gərək var? Azərbaycan Prezidenti və Birinci vitse-prezidenti gənclərimizin tərbiyyəsində böyük rola malik olan insanlardır. Hər kəs yaxşı bilir ki, xarici ölkələr insanlarımızın beynini zəhərləməyə çalışır. Digər tərəfdən isə mən Mehman Hüseynovun atasına müraciət edirəm: ağsaqqal adamsız, Azərbaycanın milli adət-ənənələri var. Övladınızı başa salın ki, belə etmək doğru yol deyil. Bu, bizim dövlətçiliyimizə ziyan olan haldır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2087   Tarix: 08 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may
.

"Bizim qarşımızda dövlət maskası geyinən terrorçu-cinayətkar qruplaşma var" - Politoloq

Xəbər verdiyimiz kimi Qazax rayonu ərazisində mina hadisəsi baş verib. Minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlam

29 aprel
.

İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirərək iqtisadi sahədə də əlaqələrimizi

29 aprel
.

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - VİDEO

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirini

29 aprel
.

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə iştirak edir - YENİLƏNİR + CANLI YAYIM

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı

1 may
.

"Almatıda keçiriləcək görüş, aparılan danışıqlar prosesinə müsbət təsir göstərəcək" - Politoloq

Xəbər verdiyimiz kimi, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyanla Ceyhun Bayramov Almatıda görüşəcəklər. Bununla bağlı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib. Bununla belə, görüşün konkret tarixi açıqlanmayıb. Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazad

1 may
.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

29 aprel
.

"Yalnız bu dəyişiklikdən sonra sülh danışıqlarına getmək olar" - Ekspert

Almatı Bəyannaməsi Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyanın əsas prinsipi kimi hər iki tərəfdən qəbul edilib. Bu, geridönüşü olmayan reallıqdır, bu, hər iki ölkə tərəfindən yüksək səviyyədə bəyan edilib. Bunu baş nazir Nikol Paşinyan mətbuat konfransında deyib. Onun sözlərinə görə

7 may
.

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Azərbaycan Prezidenti İlham Əliyevin adından mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun şərəfinə rəsmi nahar verilib. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb

7 may