Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
Xaçmazda erkən nikah qeydə alınıb. Hadisə Qusarçay kəndində qeydə alınıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, 17 yaşlı qızın 37 yaşlı oğlanla toyu olub.
Bizim.Media məsələni Xaçmaz rayonunun Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin direktor əvəzi Rauf Məmmədovla dəqiqləşdirib.
Direktor əvəzi həmin məktəblinin altıncı sinifdən məktəbə gəlmədiyi üçün məktəbdən çıxarıldığını deyib.
Onun sözlərinə görə, həmin qız 2007-ci il təvəllüdlüdür. Onun toyu yox, nişan mərasimi olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov mövzuya münasibət bildirib.
O qeyd edib ki, sosial şəbəkədə Xaçmaz rayon sakini, azyaşlı qızın zorla ərə verilməsi barədə məlumat yerləşdirilib.
Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü M.S 1987-ci il təvəllüdlü, rayonun Qaraqurtlu kənd sakini T. F ilə könüllü razılaşma yolu ilə nişanlanıb.
Onlar ailə həyatı qurmayıblar.
Faktla bağlı hazırda Xaçmaz Rayon Polis Şöbəsində zəruri araşdırmalar aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2813 Tarix: 05 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Niderlandda yaşayan türk qadının başına gələnlər şok etdi! - VİDEO
Niderlandda yaşayan türk qadın iş yerində ukraynalı həmkarı tərəfindən irqçi ifadələrə məruz qaldığını və şirkət rəhbərliyinin hadisəyə laqeyd yanaşdığını sosial media hesabında paylaşıb. Zərərçəkən əməkdaş İnsan Resursları (HR) departamentinin səhlənkarlığı səbəbindən sübutların yoxa çıxdığını və hadisəni
28 avqustAzərbaycanda 17 yaşlı qız toyuna günlər qalmış sığınacağa müraciət etdi
Azərbaycanda 17 yaşlı qızın məcburi şəkildə evləndirilməsinə cəhd edildiyi bildirilir. xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib. Bildirilib ki, gənc qızın sentyabrın 20-də toyunun keçirilməsi planlaşdırılıb. Lakin o bu evliliy
30 avqust"Müştəridən pis qoxu gəlirdi" - Bakıda gəlinlik salonunda dava
Bakının Nizami rayonundakı ticarət mərkəzində dava olub. Hadisə "Laçın" Ticarət Mərkəzindəki "Nur" gəlinlik salonunda baş verib. Bakı şəhər sakini Afət Babayeva gəlini Aydan (ad-soyad şərti verilib - red.) ilə birlikdə nişan geyimi seçmək üçün həmin salona gəlib. Bu zaman orada satıc
30 avqustGöygöldə ölümlə nəticələnən AĞIR QƏZA: Yaralananların vəziyyəti açıqlandı
Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində xəsarət alan dörd nəfər (bir kişi, üç qadın) avqustun 25-də saat 20:50-də Gəncə Şəhə
26 avqustTövlədə heyvanları yemləyərkən öldü
Bərdə sakini bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 10 radələrində 1972-ci il təvəllüdlü Həsənov Mahir Həsən oğlu Mollalı kəndində yerləşən özünə məxsus fermada elektrik cərəyanının vurması nəticəsində ölüb. Belə ki, o, hadisə vaxtı iribuynuzlu heyvanlar saxlanıla
21 avqustİdman zalında qadına şiddət göstərən şəxs sərbəst buraxıldı - VİDEO
Mersin’in Yenişehir ilçəsində idman zalında baş verən şiddət hadisəsi təhlükəsizlik kameralarına əks olunub. Mübahisə etdiyi qadının boğazını sıxan şəxs, zaldakı başqa bir qadının müdaxiləsi nəticəsində uzaqlaşdırılıb. Hadisədən sonra saxlanılan şübhəli məhkəmə tərəfindən məhkəmə nəzarəti şərti ilə sərbəs
27 avqustBakıda fərdi yaşayış evi yandı
Bakıda fərdi yaşayış evində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğında
29 avqust