"Qarabağda müharibə olacaq" – Rusiyalı politoloq

"Qarabağda müharibə olacaq" – Rusiyalı politoloqTanınmış rusiyalı politoloq, Rusiya Prezident Administrasiyası rəhbərinin sabiq müşaviri Qleb Pavlovski son dövrdə Ermənistanda baş verən hadisələr və Nikol Paşinyan hakimiyyətinin gələcəyilə bağlı maraqlı açıqlamalar verib.

"Exo Moskvı" radiostansiyasına müsahibə verən Pavlovski Ermənistandakı inqilabın Qarabağda müharibəyə səbəb olacağını bildirib.

Politoloq Qafqazın çox həssas bölgə olduğunu xatırladaraq, Ermənistanda postsovet dövründə artıq bir neçə dəfə inqilabın baş verdiyini və hər dəfə də bunun hərbi münaqişənin alovlanması ilə nəticələndiyini deyib:

"Kiçik bir ərazidə son 20-30 ildə bu qədər müharibə olub. Yalnız Yuqoslaviyada buna bənzər nəsə baş verib. Bəs inqilablar? Ermənistanda onların sayı az olmayıb. Ermənistan 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində inqilablar yaşayıb. Həmin vaxt küçələrdə indiki inqilabla müqayisədə daha çox insan vardı. Adamlar küçələrdə yaşayırdılar, hər tərəfdən İrəvana axışırdılar. Sonra müharibə-inqilab, inqilab-müharibə. İndi də inqilab oldu – görünür ardınca müharibə olacaq…".

Politoloq bildirib ki, bir müddət sonra insanlar Paşinyandan nəticə istəyəcəklər, onunsa ortaya hansısa ciddi yenilik qoymaq imkanı yoxdur:

"İndi düşünürəm ki, insanlar nəticə istəyəcəklər. O, nəticəni haradan alacaq? Hansı xüsusi nəticələr əldə etmək olar ki? Hətta Saakaşvili də bunu bacarmadı. Deməli, müharibə olmalıdır".(AzPolitika)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3223   Tarix: 09 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26 aprel
.

Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başlayıb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə "Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir. *. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliye

26 aprel
.

Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri

25 aprel
.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını

25 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel