Bu, Qarabağın qaytarılması ilə nəticələnəcək... - Rusiyadan sensasion xəbərdarlıq

Bu, Qarabağın qaytarılması ilə nəticələnəcək... - Rusiyadan sensasion xəbərdarlıq"ABŞ və Böyük Britaniya Ermənistanda yüksək fəallıq göstərir. Bu neqativ haldır. Çünki Rusiya ilə hərbi əməkdaşlığın itirilməsi avtomatik olaraq Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə nəticələnəcək. Ermənistanın indiki hakimiyyəti bunu anlamır".

Sonxeber.az publika.az-a istinadla xəbər verir ki, bu barədə ermənipərəst mövqeyi ilə tanınan rusiyalı hərbi ekspert Vladimir Yevseyev deyib.

Yevseyev iddia edir ki, Dağlıq Qarabağda müharibənin alovlanması toqquşmaların Azərbaycan-Ermənistan sərhədinə də keçməsi ilə nəticələnə bilər.

"Həmçinin, Azərbaycan və Türkiyə ordularının birgə hərəkət edəcəyi də istisna deyil. Bu baxımdan, Ermənistan hakimiyyəti Rusiya bazalarının əhəmiyyətini anlamalıdır. Bu bazalar ilk növbədə Türkiyənin ambisiyalarının qarşısını alır. Buna görə də Rusiya və Ermənistan arasındakı hərbi əməkdaşlığın zəifləməsi İrəvanı ciddi təhlükələr altına qoyacaq. Dağlıq Qarabağ Azərbaycana qaytarılsa, bu ermənilərin qəzası olacaq. Ermənilər Ermənistanda niyə yaşadıqlarını anlamayacaqlar, hətta diasporun heç bir əhəmiyyəti qalmayacaq", - deyə o bildirib.

Yevseyev qeyd edib ki, Rusiya Ermənistanın yeganə zəmanətçisidir: "Rusiya olmasa, Ermənistanı nə ABŞ, nə Böyük Britaniya, nə də NATO qorumayacaq. Ermənistanın əhalisi faktiki olaraq cəmi 2,3 milyondur, onlar 10 milyonluq Azərbaycanın qarşısında dayana biləcəklərmi?! Bu mümkün deyil. Situasiya yetişsə, Azərbaycan təkcə yeddi rayonu yox, bütövlükdə Qarabağı qaytaracaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3811   Tarix: 10 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb

25 aprel
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23 aprel
.

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel