"Akkord" Xırdalanda yeni zavod açdı

Şirkət gördüyü işləri və planlarını da açıqladı

Dekabrın 19-da İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Xırdalan Metal Konstruksiyalar Zavodunda müəssisənin daxil olduğu "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın nümayəndələri ilə görüşmüşdür.

Görüşdə sənayenin ayrı-ayrı sahələrinin inkişafı barədə danışan nazir Şahin Mustafayev qeyri-neft sektorunun inkişafında "Akkord" şirkətinin uğurlu fəaliyyətini qeyd etmiş, şirkətin tikinti-quraşdırma işləri ilə yanaşı, inşaat sektorunun tikinti materiallarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsində əhəmiyyətli rolunu vurğulamışdır. Yeni fəaliyyətə başlamış Xırdalan Metal Konstruksiyalar Zavodu da qeyri-neft sektorunun inkişafına və ölkəmizin sənaye potensialının güclənməsinə öz töhfəsini verəcəkdir.

GƏLƏN İL YENİ MÜƏSSİSƏLƏR İSTİFADƏYƏ VERƏCƏK

Bildirilmişdir ki, 10 ildir sənaye və tikinti sahəsində fəaliyyət göstərən "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"na sənayenin müxtəlif sahələrində, o cümlədən mərmər-qranit emalı, sement, beton, asfalt, kərpic, metal-konstruksiya və yüngül sənaye sahələri üzrə 39 müəssisəni əhatə edən 15 şirkət daxildir. Korporasiyanın fasad texnologiyaları və plastik qapı-pəncərə istehsalı müəsisələrinin gələn il istifadəyə verilməsi nəzərdə tutulur.

1,5 MİLYARD DOLLARLIQ İNVESTİSİYA TƏKLİFİ

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nda 3700-dən çox işçi çalışır. Hazırda Korporasiyanın bir sıra xarici ölkələrdə, o cümlədən Çin, Rusiya, İran, Oman və Küveytdə nümayəndəlikləri yaradılır. Korporasiya xarici ölkələrdə reallaşdırılan və dəyəri 1,5 mlrd. dollar olan layihələrdə iştirak etmək üçün investisiya təklifi ilə çıxış edib. "Akkord"un cari tikinti layihələrinin ümumi dəyəri 901 mln. manatdır.

QƏTƏR BAZARINA DAXİL OLA BİLƏR

Şirkət Türkiyədə hər birinin gücü 150 mvt/saat olan 3 elektrik stansiyasının tikintisi ilə bağlı müraciət edib. Bundan başqa, Cənubi Koreyanın "Hyundai" şirkəti ilə birgə İranda elektrik stansiyasının tikintisi, Qətər Əmirliyində sənaye sahəsində həyata keçiriləcək layihələrdə iştirakla bağlı danışıqlar aparılır.

GÜRCÜSTANA SEMENT İXRACINA BAŞLAYACAQ

Rəqabət qabiliyyətli məhsul istehsal edən "Akkord" 2016-cı ildə Gürcüstana sement istehsalının əsas komponenti olan 200 min ton klinker ixrac etməyi planlaşdırır.

DİRƏKDƏN TUTMUŞ DAM ÖRTÜLƏRİNƏ QƏDƏR İSTEHSAL EDİR

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın yeni yaradılan Xırdalan Metal Konstruksiyalar Zavodu 5,5 hektar ərazidə inşa edilib. Zavod ABŞ, Türkiyə, Almaniya və Finlandiyanın istehsalı olan ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Zavod 3 əsas istehsal sexindən - Metal konstruksiya, Metal əritmə və Fasad üzlük istehsalı sexlərindən ibarətdir. Bununla yanaşı, zavodun ərazisində sahəsi 2600 m2 -ə yaxın inzibati bina, laboratoriya, qazanxana, su anbarı, nasosxana və transformator yarımstansiyası inşa edilmişdir.

BİR NÖVBƏDƏ 450 İŞÇİ ÇALIŞACAQ

Müəssisədə müxtəlif növ metal konstruksiyalar, sement zavodları üçün qurğular, dam örtükləri, işıq dirəkləri və s. istehsal edilir. Müəssisə ildə 10 min ton məhsul istehsal etmək gücünə malikdir. Bununla yanaşı, müəssisə layihələndirmə və montaj işlərini də həyata keçirir. Hazırda zavodda 100-ə yaxın şəxs işlə təmin olunmuşdur. Gələcəkdə işçilərin sayının bir növbədə 450 nəfərə çatdırılması nəzərdə tutulur.

Zavodda işçilər üçün hər cür şərait yaradılmışdır. Zavodda işləyənlər üçün tibb məntəqəsi və digər sosial obyektlər istifadəyə verilmişdir. Zavodun müasir tələblərə cavab verən yeməkxanasında işçilər pulsuz yeməklə təmin olunur. Bundan başqa, işçilərin rahat gəliş-gedişi üçün xüsusi nəqliyyat vasitələri ayrılmışdır.

Müəssisənin müasir və geniş Sərgi-Konfrans salonunda"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın istehsal etdiyi məhsullar nümayış olunur. Burada Korporasiyanın ən qabaqcıl texnologiyalara əsaslanan məhsulları ilə tanış olmaq imkanı yaradılmışdır.
"Akkord" Xırdalanda yeni zavod açdı"Akkord" Xırdalanda yeni zavod açdı"Akkord" Xırdalanda yeni zavod açdı"Akkord" Xırdalanda yeni zavod açdı"Akkord" Xırdalanda yeni zavod açdı"Akkord" Xırdalanda yeni zavod açdı"Akkord" Xırdalanda yeni zavod açdı"Akkord" Xırdalanda yeni zavod açdı"Akkord" Xırdalanda yeni zavod açdı"Akkord" Xırdalanda yeni zavod açdı"Akkord" Xırdalanda yeni zavod açdı"Akkord" Xırdalanda yeni zavod açdı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2688   Tarix: 20 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi - Foto

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o, instaqram səhifəsində paylaşıb. "Dəyərli xalq şairimiz Ramiz Rövşəni ad günü münasibətilə şəxsən təbrik etmək, mədəniyyətimizin bir hissəsinə çevrilmi

15 dekabr
.

Qış Azərbaycana bu tarixdə daxil olacaq

Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsi məlumat yayıb. Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti il

15 dekabr
.

Masazırın bəzi ərazilərində işıq olmayacaq

Bu gün Masazır qəsəbəsiniin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq. "Azərişıq"dan -a verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında 10 kV-luq bölmədə təmi

16 dekabr
.

Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı şərtlər dəyişdi

Əmək müqaviləsinə xitam verilməsi üçün əlavə şərtlər müəyyənləşir. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq qanunvericilikl

16 dekabr
.

Nazirin həmin videosu ilə bağlı - Rəsmi açıqlama

Maliyyə naziri Sahil Babayevin dekabrın 12-si Fəxri xiyabanı ziyarəti zamanı yayılan görüntüləri müzakirələrə səbəb olub. Videoda nazirin avtomobilinə doğru hərəkət edərkən vətəndaşlardan birinin ona yaxınlaşdığı və Sahil Babayevin probleminin həll olunmasını istəyən şəxsi yanındakı əməkdaşlara yönləndirməs

15 dekabr
.

Sabah yağış yağacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şər

16 dekabr
.

Bu dəfə tikinti şirkətlərindən şikayət etdi

"Bazarda meyvə-tərəvəz satanlar endirim etmirlər, məhsul xarab olur, zibilə atırlar. Niyə? Öz çıxarışlı (kupçalı) evini satmaq istəyəndə sata bilmirsən, amma yeni tikililərdə müqavilə ilə satılan, hər gün qiyməti artan 100 kv/m-lik evi 130 kv adı ilə gedib alırsınız. 1-2 ildən sonra da çıxarış aland

16 dekabr
.

Gizir Xanıya şəhidlik statusu verildi

Ağdamda minaya düşərək həlak olan Gizir Xanıya şəhidlik statusu verilib. Teleqraf-ın xəbərinə görə, 23 sentyabr tarixində rayonun Mirəşelli kənd ərazisində minaya düşərək həlak olan Gizir Xanı kimi tanınan Səyyaf Əhmədova mülki şəhid statusu verilib. Bu barədə məlumatı S.Əhmədovun yaxınları təsdiqləyib

15 dekabr
.

Velosipeddən yıxılan 9 yaşlı oğlan öldü

Ağdamda velosipeddən yıxılan 9 yaşlı uşaq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Alıbəyli kəndində baş verib. 2016-cı il təvəllüdlü Hüseyn Rüfət oğlu Baxşəliyev velosipedlə hərəkətdə olarkən idarəetməni itirərək yıxılıb. Nəticədə H.Baxşəliyevin başı daşa dəyib və o, hadisə yerind

15 dekabr