Nazir Prezidentə hesabat verdi

Nazir Prezidentə hesabat verdi"Operativ məlumatlara əsasən, 2018-ci ilin icmal büdcəsinin gəlirləri 31 milyard 35 milyon manat, xərcləri 26 milyard 334 milyon manat icra olunub".

Sonxeber.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Onun sözlərinə görə, ötən il ölkə iqtisadiyyatının dinamik inkişafı dövlət və icmal büdcələrinin icrasına da öz müsbət təsirini göstərib. S.Şərifov qeyd edib ki, icmal büdcədə 4 milyard 700 milyon manat büdcə artıqlığı və ya ümumi daxili məhsula nisbətdə 5,9%-lik profisit əldə edilib. Maliyyə naziri əlavə edib ki, 2017-ci illə müqayisədə gəlirlər müvafiq olaraq 6 milyard 750 milyon manat və ya 28,9 faiz, xərclər isə 1 milyard 151 milyon manat və ya 4,6 faiz çox icra olunub.

"2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22 milyard 411 milyon manat və yaxud təsdiq olunmuş proqnoza nisbətən 262 milyon manat çox icra edilib. Dövlət büdcəsinin kəsiri 951 milyon manat proqnoza qarşı faktiki olaraq 644 milyon manat az olub və ya 307 milyon manatadək daralıb.

Qeyri-neft sektoru üzrə büdcə daxilolmalarının artımla icra edilməsi xüsusilə qeyd olunmalıdır. Bu daxilolmalar 9 milyard 10 milyon manat və yaxud 102,4 faiz icra edilməklə proqnozda nəzərdə tutulduğundan 207 milyon manat, 2017-ci illə müqayisədə isə 378 milyon manat və ya 4,4 faiz çox təşkil edib", - deyə S.Şərifov vurğulayıb.

Maliyyə naziri qeyd edib ki, 2018-ci ildə Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 418 milyon manat və yaxud 100,5 faiz, 2017-ci ilə nisbətən 444 milyon manat və ya 6,4 faiz çox icra edilib: "Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 3 milyard 434 milyon manat və ya proqnoza nisbətən 244 milyon manat çox vəsait daxil olub. Bu 2017-ci illə müqayisədə 825 milyon manat və ya 31,6 faiz çoxdur. Dövlət əmlakının özəlləşdirilməsi üzrə proqnoz 1,2 faiz artımla yerinə yetirilərək büdcəyə 101,2 milyon manat vəsait təmin edilib. 2018-ci ilin dövlət büdcəsinin xərcləri 22 milyard 719 milyon manat və yaxud 98,4 faiz icra edilib ki, bu da 2017-ci ilin icra göstəricisindən 0,3 faiz-bənd çoxdur".

S.Şərifov bildirib ki, ötən il dövlət və icmal büdcələrdə nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları və prioritet kəsb edən layihələr tam həcmdə maliyyələşdirilib. Onun sözlərinə görə, hesabat ilində dövlət büdcəsi xərclərinin 31,7 faizi və ya 7 milyard 197 milyon manatı sosialyönlü xərclərin payına düşür ki, bu da 2017-ci illə müqayisədə 506 milyon manat və ya 7,6 faiz çoxdur.

"Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq ötən ilin mart ayından əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ölkədə sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin orta hesabla 10 faiz artırılması təmin olunub, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları da 10 faiz artırılıb. Bu tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsində əlavə olaraq 446 milyon manat təminat yaradılıb.

Sosialyönlü siyasətin digər vacib istiqamətləri kimi qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2018-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 436 milyon manat, sosial mənzillərin tikintisi və güzəştli ipoteka proqramının davamı üçün müvafiq olaraq 100 və 50 milyon manat vəsait ayrılıb.

Eyni zamanda, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri 626 mənzillə təmin edilib, ordumuzda uzun müddət qüsursuz xidmət etmiş hərbi qulluqçuların mülkiyyətinə ötən il 394 mənzil verilərək, ümumilikdə hərbi qulluqçulara verilmiş mənzillərin sayı 1 284-ə çatdırılıb", - deyə S.Şərifov vurğulayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4067   Tarix: 12 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021