Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA
2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb.
Artıq bu bahalaşmanı özümüz də müşahidə etməyə başlamışıq. Satışda olan əksər məhsulların qiymətində nəzərə çarpacaq dərəcədə fərq var. Bəs görəsən bu qiymt artımının səbəbi nədir?
Mövzu ilə bağlı Sonxeber.az-ın suallarını iqtisadçı Ramin Rəhimov cavablayıb.
O bildirib ki, ötən ilin sonlarından başlayarq müxtəlif ərzaqların qiyməti artmağa başlayıb ki, bu da gözənilən idi: " Suyun və benzinin qiymətindəki artımlar ərzaq qiymətlərinə də təsir edib. Burada süni qiymət artımından da söhbət gedir. Həmçinin, pandemiya dövründə tətbiq edilən məhdudiyyətlər sərbəst idxalı məhdudlaşdırdıqca qiymətlərdə artmağa başladı. Xarici bazarlara ixracı planlaşdırılan yerli ərzaq və tərəvəz məhsullarının qiymətində isə stabilləşmə qeydə alınır. Qiyməti ən çox bahalaşan ərzaq məhsulları idxal edilən məhsullardır".
Ekspert qeyd edib ki, qarşıdakı aylarda qiymət artımı yenidən olacaq: "Qiymətlərin bahalaşması qaçılmazdı. Növbəti aylarda bəzi məhsulların qiyməti yenidən bahalaşa bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk lirəsi tarixi minimuma düşdü
Qlobal iqtisadi vəziyyət və Türkiyənin daxili maliyyə bazarında baş verən sarsıntılar türk lirəsinin növbəti dəfə dəyər itirməsinə səbəb olub. xəbər verir ki, Türkiyədə 1 dollar 50 lirəni, yəni bütün zamanların ən yüksək nöqtəsini keçib
2 noyabrQızıl bazarında son vəziyyət
5 noyabr 2026-cı il tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, hazırda qızılın 1 unsiyasının dəyəri 6 720.5420 manat, 1 qramının rəsmi qiyməti isə 216.07 manat təşkil edib. Müvafiq olaraq, 99 əyyarlı təmiz qızılın 1 qramı 216.07 manat, 750 əyyarlı İtalyan qızılını
5 noyabr"ChatGPT" Azərbaycandakı bazar payının 29 %-ni itirib
Oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 66,51 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu
2 noyabrQızıl bazarında son vəziyyət
2026-cı il noyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 670,1795 manat, 1 qramı isə 214,45 manat təşkil edir. Əyyarlara və mənşəyinə görə 1 qram qızılın qiyməti isə 99 əyyar (təmiz qızıl) - 214,45 manat, 750 əyyar (İtalyan qızılı) - 161,0
4 noyabrAzərbaycanın bank sektorunun xalis mənfəəti 19 %-ə yaxın artıb
Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 1 milyard 81,8 milyon manat xalis mənfəət əldə edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 % çoxdur. 9 ay ərzində bankların əməliyyat gəlirləri 5 milyard 734,3 milyon manat (1 il əvvəl
27 oktyabrAzərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Taksi sürücülərinin gəlirlərindən sifariş operatorları vasitəsilə 1 % sadələşdirilmiş vergi tutulması təklif olunur. "Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Qüvvədə olan qanun
5 noyabrAzərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK
"2027-ci il yanvarın 1-dən balıqçılıq və akvakultura sahəsinə də subsidiyaların və güzəştlərin verilməsinə başlanılacaq". -a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, akvakultura və balıqçılıqda istifadə oluna
5 noyabr