"Müdirlə yola getmirdi, onu incidirdi"- Çörək sexinin müdirini öldürənin işi

"Müdirlə yola getmirdi, onu incidirdi"- Çörək sexinin müdirini öldürənin işiİşlədiyi çörək sexinin müdirini öldürməkdə ittiham edilən gənc hakim qarşısına çıxarılıb. Onun qətli törətdikdən sonra Gəncəyə qaçdığı məlum olub.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1996-ci il təvəllüdlü Cəfərov İsmayıl Vahid oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

Şahid Mahir Kərimov taksi sürücüsü kimi fəaliyyət göstərdiyini deyib. O bildirib ki, həmin zaman çörək sexinin yaxınlığında olub.

Mahir Kərimov deyib ki, mərhum Elmar Qasımov onun maşınına əyləşib və təcili xəstəxanaya çatdırılmasını istəyib.

Şahidin dediyinə görə, əvvəlcə Elmar Qasımovun bıçaqlandığını bilməyib.

"Maşına özü əyləşdik. Normal şəkildə də yeriyə bilirdi. Dedi ki, onu xəstəxanaya aparım. Mən də sonra bildim ki, bıçaqlanıb. Qanaxma da görmürsən ki, bıçaqlandığını biləsən. Maşınıma bir damcı da qan düşməyib. Xəstəxanaya çatanda da vəziyyəti yaxşı idi. Sonradan dünyasını dəyişdiyini bildim. Polislər də məni şahid kimi çağırdı", - M.Kərimov qeyd edib.

Məhkəmədə təqsirləndirilən Ismayıl Cəfərovun dayısı Qalib Paşayev də dindirilib.

Onun sözlərinə görə, 29 yaşlı İsmayıl cinayəti törətdikdən sonra ona zəng edib.

"Mən Gəncədə idim. Zəng edib, müdirini bıçaqladığını dedi. Mən də onu yanıma çağırdım. Başqa səhv hərəkət etməsini istəmirdim. Gəncədə polisə özüm məlumat verdim. İsmayılı da aparıb polisə təhvil verdim", - şahid sərbəst ifadəsində söyləyib.

Suallara cavab verən Qalib Paşayev İsmayılla müdiri arasındakı münasibətlərdən də danışıb. O deyib ki, bacısının oğlu müdiri tərəfindən incidildiyini bir neçə dəfə deyib: "Mənimlə tez-tez əlaqə saxlayırdı. Bir neçə dəfə demişdi ki, müdiri ilə yola getmir. İşdə onu sıxışdırır, incidir. Mən də hər dəfə deyirdim ki, yanıma gəl, yola getmirsənsə, işləmə".

Qətlə yetirilən şəxsin atası, hüquqi varisi şahidin dediklərinə etiraz edib və bildirib ki, hadisədən sonra İsmayılı gizlədiblər. Hüquqi varis bu işdə əli olan digər şəxslərin də məsuliyyətə cəlb edilmələrini istəyib.

Qalib Paşayev mərhumun atasının dediklərinə belə cavab verib: "Gəncədə Nizami rayon polisinə şəxsən özüm məlumat vermişəm. Sonra da İsmayılı apardım. Bakıdan polislər zəng elədi. Mən də onlarla danışdım. Bildirdilər ki, gətirib təhvil verin. Sonra da İsmayılı Bakıya aparıb polisə təhvil verdik".

Məhkəməyə gəlməyən digər şahidlər barəsində isə məcburi gətirilmə qərarı çıxarılıb.

Növbəti məhkəmə iclası yanvarın 22-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi Bakı şəhəri, NZS qəsəbəsində baş verib. Çörək sexində çalışan İsmayıl Cəfərov sexin sahibi Elmar Qasımovu mübahisə zəminində bıçaqlayıb. Nəticədə E.Qasımov ölüb.

İsmayıl Cəfərov ifadəsində müdiri tərəfindən təzyiqlərə məruz qaldığını və işdə olarkən sıxışdırıldığını iddia edib.

O, elan olunmuş ittihamla özünü təqsirli bilib.

Qeyd edək ki, İsmayıl Cəfərov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3999   Tarix: 12 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

SON DƏQİQƏ! Əkbər Əliyev vəfat etdi

Azərbaycanın tanınmış riyaziyyatçı alimi, professor Əkbər Əliyev vəfat edib. Bu barədə mərhumun yaxınları -a məlumat verib. AMEA Riyaziyyat ve Mexanika İnstitutunun "Diferensial tənliklər" şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əkbər Bayram oğlu Əliyev uzun sürən xəstəlikdə

21 aprel
.

Taxtakörpü-Ceyranbatan su kanalında batan 27 yaşlı gəncin meyiti tapılıb

Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Xüsus

21 aprel
.

Əhmədin "davamçıları": Övladlar niyə valideynlərinə qənim kəsilir?

Son günlər ölkədə "Əhməd sendromu" hökm sürür. Bu dəfə 200-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası və anasına bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə dair əsaslı şübhələ

21 aprel
.

Şəkidə avtomobillər toqquşub: Xəsarət alan var

Şəki rayonunda minik avtomobilləri toqquşub, xəsarət alan var. APA-nın məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində baş verib. Hərəkətdə olan iki avtomobilin toqquşması zamanı bir nəfər sərnişin, 1968-ci il təvəllüdlü İpək Camal qızı Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İ. Həsənovay

21 aprel
.

Qardaşının ölümü ilə barışmayan qadın onun məzarı başında özünü bıçaqladı

Xaçmazda intihara cəhd hadisəsi olub. xəbər verir ki, hadisə Qobuqıraq kənd qəbiristanlığında qeydə alınıb. G.Zeynalova həmin qəbiristanlığa gələrək burada dəfn olunan qardaşının məzarı üstündə qarnına beş bıçaq zərbəsi vuraraq, özünə xəsarətlər yetirib. Məlumata görə, G.Zeynalovanın qardaşı bir neç

20 aprel
.

Şirvanda kardioloq ürək çatışmazlığından vəfat etdi

Bu gün Şirvan şəhərinin kardioloq-həkimi, 1959-cu il təvəllüdlü Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib. Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb. Qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya departamentini

21 aprel
.

Balakəndə toyda KÜTLƏVİ DAVA: Saxlanılanlar var

Balakəndə toyda kütləvi dava olub. -ın əldə etdiyi məlumata görə, hadisə rayon mərkəzində yerləşən şadlıq evində qeydə alınıb. Məclisə yığışan bir qrup gənc arasında söyüş üstündə mübahisə düşüb. Mübahisə sonradan davaya keçib. Toydan çıxan gənclər davanı başqa yerdə davam elətdiriblər. Nəticədə 1990-c

17 aprel
.

Ağdaşda 53 yaşlı kişi özünü yandırdı

Ağdaşda 53 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb. "Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, "Səma" şadlıq sarayının qarşısında baş verib. 1971-ci il təvəllüdlü rayon sakini Fərrux Məhəmməd oğlu Qurbanov üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdak

20 aprel
.

Ukraynada son vəziyyət: "Əhalisi 30 min nəfərə yaxın olan şəhərdə 10 faiz əhali qalıb" - VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynanın Xarkov vilayətinin Vovçanska şəhərindən son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Ukraynada ağır döyüşlər gedib. Belə ki, əhalisi 30 min nəfərə yaxın olan bu şəhərdə 10 faiz əhali qalıb

14 aprel