Əhmədin "davamçıları": Övladlar niyə valideynlərinə qənim kəsilir?
Son günlər ölkədə "Əhməd sendromu" hökm sürür.
Bu dəfə 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası və anasına bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bəs görəsən, gənclərin bu cür aqressiv olmasına səbəb nədir? Bu mövzuda günahkar valideyn özüdür, yoxsa cəmiyyət və ya sosial şəbəkələr?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan həkim-psixoterapevt Azad İsazadə bildirib ki, hazırda hər kəs aqressiv və dözümsüzdür, bu kimi halların artmasının səbəbi də məhz budur:
"Ümumiyyətlə, bütün dünya hazırda aqressiv bir dövrə keçid edib. Demək olar ki, hər gün aqressiya, ölümlə bağlı haradansa məlumatlar oxuyuruq. Bu isə istər-istəməz insanlara şüuraltı təsir edir.
O ki qaldı, yeniyetmələrə, gərək valideynlər bu məsələdə diqqətli olsunlar. Yeniyetməlik yaşında insan maksimalist olur, onlar üçün bütün rənglər ya ağ, ya da qara olur. Yeniyetmə həmin dövrdə kimisə "qaralayıbsa", artıq həmin şəxs onun üçün düşməndir.
Yeniyetməlikdə empatiya hissi zəif olur. Həmin dövrdə yaxınlarına acı çəkdirmək uşaq üçün o qədər də böyük problem sayılmır. Bəzən onlar heç hərəkətlərini dərk etmirlər, nəticələrini düşünmürlər.
Təkcə yeniyetmələr deyil, bu gün hamımız aqressiv olmuşuq, ətrafımızdakılara qarşı dözümsüzük. Havadakı aqressiya hamımıza təsir edir, o cümlədən də "Əhmədlərə".
Psixoloq Samirə Bağırova isə bu tip qətllərin sayının artmasının şüuraltı ilə əlaqəli olduğunu bildirib:
"Bu və bir çox hadisələrə səbəbkar birbaşa sosial xəbər saytlarıdır ki, bu kimi xəbərləri reytinq naminə durmadan paylaşırlar və təbii ki, neqativ və həyəcan yaradan xəbər başlıqları daha çox baxış sayı yığır.
Ümumiyyətlə, düşünürəm ki, xəbər saytlarına xəbərdarlıq olunmalı və cərimə yaxud cəza tədbiri görülməlidir, çünki bu tip xəbərlər kütləyə mənfi təsir göstərə bilir.
"Pis oğlanlar" həmişə diqqət mərkəzində olub və natamam, yaxud sağlam ailədə yetişməyən yeniyetmə və gənclərin marağına səbəb olduğundan, bu kimi xəbərlər də onların şüuraltısından yan keçmir. Bununla bağlı düşünürəm ki, xəbər saytlarına ciddi xəbərdarlıqlar olunmalıdır. Bu gün bir fərdin formalaşmasında sosial şəbəkə ön sırada yer tutur. Və özümüz özümüzə düşmən kəsilib sonra özümüz özümüzdən şikayət edirik".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1720 Tarix: 21 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabrMəktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video
Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb
13 oktyabrOtağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 1
11 oktyabrBeyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay
9 oktyabrAbşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
4 oktyabrBaşı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
4 oktyabrLənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş
Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. -ın məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir - red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən ev
14 oktyabr