Sərxan Kərəmoğlu: "Muradın imkanı olsaydı, birinci mənim arxamdan dəyərdi" - VİDEO

Sərxan Kərəmoğlu: "Muradın imkanı olsaydı, birinci mənim arxamdan dəyərdi" - VİDEOBAKU.WS aktyor və rejissor, eləcə də aparıcı kimi tanınan Sərxan Kərəmoğlu ilə müsahibəni təqdim edir:

- Xoş gördük, Sərxan.

- Xoş gördük hamınızı. "Maşın" realiti şoudan sonra ilk müsahibəmdir. Müsahibə istəyənlər çox idi, sadəcə o ruhda deyildim.

- Sərxan, budəfəki şounun ən çox müzakirə olunan iştirakçısı sən oldun. Ümumiyyətlə, Sərxan harada olursa olsun, danışılır. Sizi başqa iştirakçılardan fərqləndirən nə idi?

- Mən ilk dəfə "Maşın- 14"də iştirak etmişəm. O vaxt da önə çıxanlardan biri mən oldum. Sözlərim böyük səs-küyə səbəb olurdu. O zaman ən böyük səhvim əlimi maşından götürüb getməyim idi. Səbəbini belə deyərdim, harada olursan ol, gərək insan özü olsun. İnsanı öz beyni, zehni idarə etməlidir. Əgər insanı kənardan idarə edirlərsə, özü olmur. İnsan özü olmayanda sözləri də tutarlı olmur.

- Küçədə "Wi-Fi" axtaranlarla bağlı fikrinizə görə sosial şəbəkələrdə hücumlara məruz qaldız, təhqir edənlər də az olmadı.

- Mənim tənqid etdiyim insanlar küçə mədəniyyəti ilə məşğul olanlardır. Əgər buna mədəniyyət demək olarsa. Savadlı, mədəniyyətli insan tənqid edər, söyməz. Sərxanı nə qədər söyürsüzsə, söyün, nə olacaq mənə? Heç nə olmayacaq! Çünki nə toyum sizdən gəlir, nə də konsert dəvətlərim sizdən gəlmir. O insanlara səslənirəm, siz xalqın düşüncəsini, fikrini formalaşdıracaq durumda deyilsiz. Siz sadəcə olaraq pulsuz "Wi-Fi" axtarıb, internetə girib gündəmdə kim varsa onu söyməyi düşünürsüz. Yalnız söyməyi düşünürsüz. Bu insanlar üçün müqəddəs heç nə yoxdur, çünki müqəddəslik ailədən gəlir. Bu insanlar ailədə travma almışlardır. Onların üzərinə çox getmək lazım deyil. Onlarla mübarizə aparmaqdansa öz işimizlə məşğul olmalıyıq. Qoy söysünlər, sən də vaxtın olanda gir yaz ki, mənə dediyinin 100 qatı özünə getsin.

- Meyxanaçı Oqtay Kamili oyundan kənarlaşdıranda işlətdiyin cümlə də birmənalı qarşılanmadı. Kişilik sözünü deyirəm.

- Ondan soruşdum ki, Oqtay, kişi kimi de, mənim şəklimi sən atmısan? Dedi, yox. Mən də qayıdıb ona dedim ki, mən də kişi kimi deyirəm, sən mənim hədəfim deyilsən. Bu sözü eşidəndə ayıldı. Dedi ki, gəl kişilikdən danışmayaq, bu oyundur, oyunda kişiliyin nə dəxli var? Sənin şəklini mən atmışam, oynayırsan, gəl oynayaq. Dedim, buralarda ol. Ürəyimdə dedim ki, hələ sənin səviyyən o deyil ki, mənimlə oynayasan. Səs topladım və dedim ki, əgər kişiliyin bu oyunla əlaqəsi yoxdursa, gəl çıx get. Bu sözümdən sonra bəzi "İnstagram" səhifələrin adminləri mənim şəklimi qoyub yazdılar: "Oqtay, kişi kimi söz verirəm, səni çıxarmayacam" və "Kişiliyin nə dəxli var, gəl". Həmin adam tip olaraq, sənətçi olaraq cəmiyyətə maraqsızdır. Maraqlı olan Sərxandır. O adminlər Sərxanı vurmaq üçün deyil, sadəcə müzakirə üçün məni seçdilər. Çünki maraqlı obyekt idim. Amma dolayısı ilə məni söydürürdülər.

- Xose ilə probleminiz nə idi?

- Xose dünənin gənc və istedadlı uşağıdır. Bu sənət camiəsində gözümüzün qarşısında böyüyüb. Çox ədəb-ərkanlı uşaqdır. Gündəm yaratmaqdan ötri digər üç nəfərlə görüşdü, mənimlə görüşmədi. Nə var, nə var, bir az bundan danışsınlar. İçəri keçən kimi qucaqlayıb dedi ki, efirdə əsəbi idim. Dedim ki, Xose, sən gedən yolları 10 dəfə getmişəm, qayıtmışam. O yollar artıq dağılıb. Bilməyənlər yazır ki, Sərxan kimdir ee. Sərxan 10 il sənətdə olanda Xose hələ doğulmamışdır.

- "Sərxan kimdir?" deyənlərə necə cavab verərdiz?

- Sərxan 2000-ci ildə rəsmi olaraq Moskvada Rusiya-Azərbaycan teatrını yaradıb. Ümumiyyətlə, xaricdə ilk Azərbaycan teatrının yaradıcısı mən olmuşam. Rusiya prezidenti prezident seçiləndən sonra Azərbaycana səfərində ulu öndərimizlə görüşdə mənim yaratdığım teatr haqqında məlumat verdi. Dedi ki, sizin hansısa sənətkarın adına bizdə ilk Azərbaycan teatrı açılıb. Açan gənc bir oğlandır. Digər layihələrimi, çəkdiyim filmləri sadalamağa ehtiyac görmürəm.

İnanırsız, "Sərxan kimdir?", "Sərxan haradan çıxdı?", "Sərxan nə vaxtdan aparıcı oldu?" yazanlar bizim öz camiəmizdən olan insanların 5-ci 6-cı "İnstagram" profilləridir. Onları da tapıb üzə çıxarmışam. O şərhlərin çoxusunun altına yazıram, "ey filankəs, ağıllı ol"! Anında profilinin adını dəyişir.

- Dediyiniz insanların sizinlə nə problemi var? Belə yazmalarının səbəbi nədir?

- Sadəcə gözləri götürmür. Çünki Sərxanın verilişi baxılmayan bir telekanalda, heç bir reytinq cədvəlində adı olmayan bir televiziya 3 gün efirdə oldu, reytinqləri dağıtdı. Həm də günorta saatlarında. Bu mənim alnıma yazılıb. Gecə saat 1-də veriliş aparırdım, Ona da paxıllıq edirdilər. Bir-birlərinə yazırdılar ki, niyə yatmırsız, niyə bu verilişə baxırsız? Bu mənim alnıma yazılıb. Uşaqlıqdan bu sənətə gəldiyim gündən qarşllaşdığım haldır. Mən bununla barışmışam. Bu mənim həyatımdır.

- Sonuncu verilişinizin bağlanma səbəbi də az müzakirə olunmadı. Əsl səbəb nə idi?

- Hamı elə bildi ki, Mətanət Əsədova ilə dava ilə bağlıdır. Xeyr! Veriliş sadəcə olaraq pulgir insanların acgözlüyünə görə bağlandı. Burada nə Mətanətin rolu vardı, nə də özünə əl qatan bir çoxlarının. Onlar bir az sevindilər, özlərini göstərdilər, ilhaməlik etdilər. Misal üçün deyirəm, nə təhər ki, biri tutulanda, kəsiləndə-asılanda, başına bir iş gələndə, qəza keçirəndə İlhamə Quliyeva çıxıb deyirdi ki, mən etmişəm, bax, elə insanlar indi də var. Həmin insanlar genəldilər.

- Şayiələr gəzirdi ki, Murad Dadaşov "Maşın" şouda sizə himayədarlıq edir. Bu nə dərəcədə düzgündür?

- Çox yerlərdə özüm də görmüşəm ki, yazırdılar ki, Sərxanı Murad Dadaşov özü saxlayır. Muradın imkanı olsaydı, birinci mənim arxamdan dəyərdi. Şouda ona ən böyük xərc, sərf etməyən iştirakçı mən idim. Mənə deyirdi ki, reklamları, səsverməni çıxsaq, sən məndən çox danışırsan. Yəni, mənim orada qalmağım Murad Dadaşova xeyir vermirdi.

- İştirakçlılar şouda belə bir ifadə işlədirdilər; səs deposu. Sizin səs deponuz var idimi?

- Mənim səs depom olsaydı, "Maşın" şouya niyə gəlirdim? Mənə səs göndərənləri tanısaydım, deyərdim, elə hərəniz o pulun 1000 manatını özümə verin, gedim bir maşın alım.

Müsahibənin tam olaraq aşağıdakı linkdə izləyə bilərsiz:


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1416   Tarix: 16 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Brilliant üzük yerinə, Röyanı İSTƏDİ - VİDEO

Xalq artisti Röya Ayxanın çıxış etdiyi məclisdə maraqlı anlar yaşanıb. xəbər verir ki, məlumata görə, pop ulduzu səhnədə ona göstərilən sevgi və diqqətdən qürurlanıb. Belə ki, anasının 50 illik yubileyi münasibətilə tədbir təşkil edən gənc qız müğənnini xüsusi olaraq dəvət edib. O, bildirib ki, anas

8 aprel
.

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"İndiki uşaqlar fərqlidir. Baxıram 3 aylıq nəvəm elə hərəkət edir ki, təəccüblənirəm. Doğulanda artıq çox şey bilirlər, başqa cür inkişaf edirdilər. 12 yaşında belə avam idik. Tək güc toplayıb bu sənətə gəlmişəm. Nə sponsorum olub, nə dostum. Kişilər üçün çətindir. Qadınların kişi dostu olur. Bizi

11 aprel
.

İbrahim Tatlısesdən xəstəxanada sərt açıqlama: oğluna "bağışlamayacağam" dedi

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlıses xəstəxanada müalicə aldığı dövrdə səsləndirdiyi sərt açıqlamalarla gündəmə gəlib. türk mediasına istinadən xəbər verir ki, öd kisəsi əməliyyatı öncəsi xəstəxanada müalicə olunan sənətçi aparıcı Ece Erkenə göndərdiyi səs mesajında oğlu Ahmet Tatlıses haqqınd

10 aprel
.

"Yaprak Dökümü"nün çəkildiyi evlə bağlı maraqlı MƏQAM - Son görüntülər yayıldı - VİDEO

"Yaprak Dökümü" serialının çəkildiyi məşhur köşk illər keçsə də, hələ də maraq doğurur. xəbər verir ki, azərbaycanlı bir xanım sözügedən məkana baş çəkərək ətrafı lentə alıb. O, içəri daxil ola bilməsə də, köşkün kənardan görünüşünü və diqqətçəkən detalları izləyicilərlə bölüşüb. Paylaşıla

13 aprel
.

Xalq artistinin oğlu müğənnilik edəcək

Xalq artisti Gülyanaq Məmmədovanın digər oğlu Miryaqub da müğənnilik etməyə başlayıb. İfaçı övladı ilə "Qonaqcanlı" proqramına gəlib. Miryaqub bundan sonra anası ilə eyni sənəni bölüşəcək. "Qızımın da səsi gözəldir. Oğullarım idmanla da məşğul olur. Bu, onlara atalarından keçib. Oğlu

8 aprel
.

Kafedə qətlə yetirilən Nabilin FOTOsu

Xəbər verdiyimiz kimi, ötən gün Tərtərdə kafedə ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdam rayon sakini, 199-cu il təvəllüdlü Nabil Aslanov bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb. O, dərhal Bərdə Diaqnostika Mərkəzin

12 aprel
.

Bülent Ersoyun pərəstişkarı ilə diqqətçəkən anları - VİDEO

Türk sənət musiqisinin "Diva"sı Bülent Ersoy İstanbul tıxacında avtomobildə gedərkən maraqlı və gülməli anlar yaşayıb. türk mediasına istinadən xəbər verir ki, o, taksinin ön oturacağında səfər edərkən gözlənilmədən yüksək səslə ona səslənən bir pərəstişkarın reaksiyası ilə qorxub. Hadisə zaman

14 aprel
.

Birgə yaşadıqları 60 milyonluq malikanəni CeyLo-ya verdi

Aktyor Ben Afflek eks-həyat yoldaşı, müğənni Cennifer Lopezə 60 milyon dollarlıq dəbdəbəli malikanə hədiyyə edib. Axşam.az xəbər verir ki, söhbət cütlüyün ailə qurduqdan sonra yaşadıqları Beverli-Hillzdə yerləşən mülkdən gedir. Onlar sözügedən villanı 2023-cü ilin mayında 60,85 milyon dollara almışdılar

12 aprel
.

Kosmetik vasitələrə effektiv alternativ - Qatran sabunu

Düzgün istifadə olunduqda bu məhsul bir çox kosmetik vasitələrə effektiv alternativə çevrilə bilər. qatran sabununun faydalarını təqdim edir:. Qatran sabunu zamanın sınağından çıxmış, lakin bu gün tez-tez qiymətləndirilməyən vasitələrdən biridir. Şampunlar, gellər və digər qulluq məhsulları olmadığ

14 aprel