"Müharibəyə hazırlaşın!" XƏBƏRDARLIĞI EDİLDİ: Azərbaycan sərhədlərində DƏHŞƏTLİ SSENARİ

"Müharibəyə hazırlaşın!" XƏBƏRDARLIĞI EDİLDİ: Azərbaycan sərhədlərində DƏHŞƏTLİ SSENARİABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun Pentaqona İrana zərbə endirilməsi variantlarının gözdən keçirməsini təklif etməsi haqqında məlumat yayılmasından sonra ortaya daha bir iddia atıldı.

Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, "Əl-Cəzirə" telekanalının aparıcısı və ABŞ-ın "The Intercept" portalının yazarı Mehdi Həsən Boltonun Vaşinqtonun xarici siyasətində artan təsirinə diqqət çəkərək "indi o, İranla müharibə istəyir" deyib.

Müəllif "Con Bolton İranı bombalamaq istəyir" başlıqlı yazısında Boltonun ABŞ administrasiyasında ciddi bir güc əldə etdiyini, ölkə rəhbərliyini İranla müharibəyə məcbur etdiyini qeyd edib. O, ABŞ-ın keçmiş müdafiə naziri Ceyms Mettisin Boltonu "şeytanın insan halı" adlandırmasını xatırladıb. ABŞ adminsitrasiyasında bir çox insanın Boltonla fikir ayrılıqlarına görə işindən ayrıldığını yazan Mehdi Həsən iddia edir ki, bütün bunlara rəğmən, milli təhlükəsizlik üzrə məsləhətçi fikirlərində dəyişiklik etməyib və boş qalan yerlərə İrana qarşı savaşı dəstəkləyən şəxslərin gətirilməsini təmin edib.

Yazar prezidenti Donald Trampın Suriyadakı Amerika qoşununun tezliklə çəkiləcəyi barədə açıqlamasına baxmayaraq, Boltonın bunun əksi olan şərh verdiyini xatırladıb.

Həsən Mehdiyə görə, Con Bolton 2002-ci ildə əsassız kimyəvi silah iddiaları ilə İraqın işğal edilməsinin əsas aktyorlardan biri olmuşdu.

Boltonun ötən il İranı vurmaq üçün Pentaqondan hərbi variantlar tələb etdiyini vurğulayan Həsən onun bu tələbində qaldığını vurğulayıb. Qeyd edilir ki, Pentaqon rəsmiləri Boltonun İran ilə hərbi qarşıdurmanı sürətləndirə biləcəyindən qorxurlar. Bildirilir ki, Boltonun ABŞ administrasiyasında anti-İran mövqeyi ilə tanınan çoxlu sayda müttəfiqin olması da onun əlini gücləndirir.

Boltonın İran əleyhinə şərhləri ilə tanınan şəxslərlə çalışdığını yazan Həsənin sözlərinə görə, o, müharibənin əleyhinə olan adları zərərsizləşdirərək yaxın bir zaman içində İrana qarşı müharibəni başlada bilər.

Daha əvvəl "The New York Times" qəzetinin yazdığına görə, Boltonun yürütdüyü hərbi siyasət prezidentin amerikalı hərbçiləri çıxarmaqla Yaxın Şərqdə təsir vasitələrini itirdiyi bir məqamda İranla münaqişəni sürətləndirə bilər. Nəşrə görə, belə bir narahatlığı Pentaqonun aparıcı rəsmiləri səsləndirirlər.

Boltonun göstərişilə Milli Təhlükəsizlik Şurası ötən il Pentaqondan xahiş edib ki, İranı vurmaq üçün Ağ Evə hərbi variantlar təklif etsin. Müdafiə Departamenti və aparıcı rəsmilərin sözlərinə görə, bu xahiş o dövrün müdafiə naziri Mettisi və digər rəsmiləri narahat edib. Bu xahiş "İranın dəstəklədiyi döyüşçülər"in ABŞ səfirliyinin Bağdaddakı səfirliyinin ərazisi sayılan boş yerə raket atmasından sonra səsləndirilib.

"Boltonun ötən ilin aprel ayında bu vəzifədə Herbert Raymond Makmasteri əvəz etməsindən sonra Ağ Ev administrasiyasının İrana qarşı təcrid və təzyiq siyasətini gücləndirib. Bu siyasət İran liderlərinə düşmənçiliyi sərgiləyir, onun Corc Buş administrasiyasında çalışdığı günləri yada salır. Bolton vəzifədə olmadığı müddətdə İrana hərbi hücumlara, rejim dəyişikliyinə çağırmışdı", – "The Wall Street Journal" ötən günlərdə yazmışdı.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Garet Marquis isə deyib ki, Bolton siyasəti koordinasiya edir, bir sıra təhdidləri cavablandırmaq üçün prezidenti variantlarla təmin edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2467   Tarix: 16 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Laçın rayonunun Əhmədli kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Laçın rayonunun Əhmədli kəndinin görüntülərini yayıb. Həmin görüntüləri təqdim edirik:

13 iyun 2021
.

Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. erməni KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla d

11 sentyabr 2021
.

XTD komandiri Şuşa döyüşlərindən danışır - VİDEO

Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub. Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərind

4 iyul 2021
.

Azərbaycan MN ermənilərin iddialarını təkzib etdi

"Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır". Bu barədə -a Müdafiə Nazirliyindən bildirilib. "Bi

5 sentyabr 2021
.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyini

25 iyul 2021
.

Azad olunan ərazilərdə aşkarlanan minaların SAYI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan -a verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirlər

17 iyul 2021
.

Müdafiə Nazirliyi: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəş

1 avqust 2021
.

İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq

İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin

28 avqust 2021
.

Üzeyir Cəfərov: "Hərbçilərin statusu barədə yeni qanun qəbul olunacaq"

"Hərbi qulluqçuların statusu barədə yeni qanun qəbul olunacaq". Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, yeni qanun layihəsində bir çox yeniliklər var:. "Bir sıra sənədlərin və məsələlərin təkmilləşməsinə ehtiya

27 iyun 2021