20 Yanvara gedən yol - QANLI XRONOLOGİYA

20 Yanvara gedən yol - QANLI XRONOLOGİYA20 Yanvar hadisələri, əslində, Azərbaycan xalqının erməni təcavüzünə etirazından başlayıb müstəqilliyimizin tanınmasına gedən şərəfli yoldakı qan yaddaşımızdan biridir. 20 Yanvar torpaqlarımızın işğalına, böyük bir imperiyanın daxilində azərbaycanlıları əzmək məqsədinə qarşı etirazların silahla susdurulması idi, başqa sözlə, nəticə idi və səbəblər hələ çox əvvəl başlamışdı.

1990, 2 yanvar

Dağlıq Qarabağ ərazisində erməni ekstremistləri milis məktəbinin kursantlarını daşıyan avtokolonu daş-qalaq etmiş və atəşə tutmuşdular. Kursantların cavab atəşi nəticəsində bir erməni öldürülmüşdü.

4 yanvar

Erməni terrorçuları Əsgəran-Ağdam körpüsünü partlatmışdılar.

5 yanvar

Erməni terrorçuları Şuşa şəhərini su ilə təmin edən boru kəmərini partlatmışlar. Buna qarşı Naxçıvan da daxil olmaqla, Azərbaycanın bir neçə rayonunda və Bakıda əhali İttifaq rəhbərliyindən Azərbaycan xalqına qarşı ədalətsizliyə son qoyulmasını, erməni təcavüzünün qarşısının alınması üçün ciddi tədbirlər görülməsini tələb edirdi.

6 yanvar

Erməni terrorçuları Ağdam şəhərində təzə istifadəyə verilmiş avtovağzal binasını partlatmış, nəticədə, iki nəfər həlak olmuşdu.

8 yanvar

Sov.İKP MK-nın katibi A.Girenko və SSRİ Ali Soveti Millətlər Sovetinin sədri R.Nişanovun iştirakı ilə Azərbaycan KP MK-da müşavirə keçirilib.

9 yanvar

Sov.İKP MK-nın katibi A.Girenko və SSRİ Ali Soveti Millətlər Sovetinin sədri R.Nişanov Xankəndinə getmək istəmiş, lakin ermənilər aeroport yolunu blokadaya almış, daxili qoşunların əsgərlərinə atəş açmış, cavab atəşi nəticəsində üç erməni yaralanmışdı. A.Girenko və R.Nişanov aeroportdan Bakıya qayıtmağa məcbur olmuşdular. Bu hadisəni ermənilər "xalqın böyük qələbəsi" adlandırırlar.

1990-cı il üçün plan və büdcə məsələlərinə baxan Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin, Şaumyan (kənd) rayonunun və Xanlar rayonunun Çaykənd kəndinin sosial-iqtisadi inkişaf planını öz fəaliyyət dairəsinə daxil etmişdi. Qaradağlı kəndi N.Nərimanov adına kolxozun sədri S.Bayramov qətlə yetirilmişdi.

10 yanvar

SSRİ Ali Sovetinin Rəyasət Heyəti "SSRİ-nin Dövlət Sərhədi haqqında qanunun Naxçıvan MSSR ərazisində kobud surətdə pozulması barədə", "Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi aktların SSRİ Konstitusiyasına uyğun olmaması haqqında" və "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyəti normal hala salmaq tədbirləri haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 4 dekabr tarixli qərarının müddəalarının səlahiyyətsizliyi barəsində" qərarlar qəbul etmişdi.

11 yanvar

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Ermənistan SSR Ali Sovetinin sessiyasının 9 yanvar tarixli qərarını respublikanın suverenliyinin kobudcasına pozulması və yenidənqurmaya qarşı diversiya kimi qiymətləndirdi.

12 yanvar

Azərbaycan Xalq Cəbhəsinin radikallar qanadı Milli Müdafiə Şurası və özünümüdafiə dəstələri təşkil etdi. Ermənistandan 20 helikopterlə gələn 500 nəfərlik silahlı quldur dəstəsinin Xanlar rayonunun Quşçu kəndinə hücumu nəticəsində onlarla dinc sakin yaralandı və qətlə yetirildi.

13-14 yanvar

Bakıda bir erməninin iki azərbaycanlını öldürməsinə cavab olaraq ermənilərə qarşı iğtişaşlar baş verdi (eynilə 1918-ci ildə Bakıda azərbaycanlıların mart qırğınlarının başlamasında olduğu kimi - red.). Həmin vaxt Bakıda olan SSRİ Daxili İşlər Nazirliyinin 12 minlik silahlı qüvvəsi baş verən hadisələrə seyirçi münasibət göstərdi.

14 yanvar

Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirov Azərbaycan SSR Ali Soveti Sessiyası adından tərtib edilmiş, DQMV-də və zərurət olarsa, ona bitişik rayonlarda və sərhəd boyunda fövqəladə vəziyyət elan olunması və mərkəzdən lazımi kömək göstərilməsi haqqında saxta qərarı SSRİ Ali Sovetinin Rəyasət Heyətinə göndərib.

Ermənistandan helikopterlə gələn silahlı quldur dəstəsinin üzvləri bu dəfə Xanlar rayonunun Aşıqlar kəndinə hücum etmiş, bir nəfəri qətlə yetirmiş, bir neçə nəfəri odlu silahla yaralamışdı. Toğana kəndində üç nəfər qətlə yetirilmiş, yeddi nəfər girov götürülmüşdü.

15 yanvar

SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri M.Qorbaçov "DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında" fərman imzaladı. Azərbaycan SSR Ali Sovetinə təklif edildi ki, Bakı və Gəncə şəhərlərində və başqa yaşayış məntəqələrində qadağan saatlarının tətbiq edilməsi də daxil olmaqla, lazımi tədbirlər görsün.

Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y.M.Primakov, Sov.İKP MK katibi A.N.Girenko, SSRİ Nazirlər Soveti sədrinin müavini V.X.Doqujiyev Bakıya gəldilər.

"Qarabağ" və "Krunk" separatçı təşkilatları "Erməni Ümummilli Hərəkatı"nda birləşərək Azərbaycana qarşı zorakılığı, terroru və hərbi əməliyyatları genişləndirdilər. Ermənilər Laçın rayonunu Hacılar kəndinin çobanı Allahverdi Əbdüləzimovu qətlə yetirdilər, qoyun sürüsünü oğurlayıb apardılar.

15-17 yanvar

SSRİ rəhbərliyi Bakının ətrafına müxtəlif kontingentli qoşun hissələri və ağır texnika toplamağa başladılar. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları cəlb edilmişdi.

Bakının hərbi komendantlığı heç bir ehtiyac olmadığı halda, rusdilli əhalini və hərbi qulluqçuların ailələrini Azərbaycandan köçürməyə başladı.

Milli müdafiə dəstələrinin təşəbbüsü ilə şəhərin girəcəklərində və Bakı qarnizonu hissələrinin ətrafında avtomaşınlar düzülməklə barrikadalar quruldular, piketlər təşkil etdilər.

17 yanvar

Azərbaycan KP MK-nın binasının qarşısında izdihamlı mitinq başladı və ümumi tətil elan olundu. Tələb edildi ki, Ermənistanın Azərbaycana ərazi iddialarına son qoyulsun, imperiyanın Bakı ətrafına yığdığı qoşunlar Dağlıq Qarabağa və Ermənistan tərəfdən hücuma məruz qalan sərhəd bölgələrinə göndərilsin.

SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y.Primakov və Sov.İKP MK-nın katibi A.Girenko Xalq Cəbhəsinin nümayəndələri və Qaçqınlar Cəmiyyətinin rəhbərləri ilə görüşdülər.

18 yanvar

Moskvanın Azərbaycana qarşı tutduğu qərəzli mövqeyinə etiraz əlaməti olaraq Biləsuvar və Cəlilabad rayonlarının ərazisində İranla sərhəd qurğularının bir hissəsi söküldü. Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyi 7-ci ordusunun köməyilə ermənilər tərəfindən işğal olundu.

19 yanvar

Respublika rəhbərliyinin istefası tələbi ilə Azərbaycan KP MK-nın binası qarşısında mitinqlər davam etdi. Moskvanın Bakıya göndərdiyi nümayəndələr - SSRİ Ali Soveti İttifaq sovetinin sədri Y.Primakov və Sov.İKP MK katibi A.Girenko mitinqin təşkilatçıları ilə görüşlərində qoşunların şəhərə girməyəcəyi barədə vədlər verdilər. Azərbaycan SSR və Naxçıvan MSSR ali qanunvericilik orqanlarının İttifaq orqanlarına dəfələrlə edilən müraciətlərinin nəticəsiz qalmasına, Ermənistan SSR tərəfindən edilən təcavüz nəticəsində Muxtar Respublikanın ərazi bütövlüyünün və vətəndaşlarının həyatının təhlükə qarşısında qalmasına, Qars müqaviləsinin şərtlərinin kobud surətdə pozulmasına etiraz əlaməti olaraq Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etməsi haqqında qərar qəbul etdi.

Həmin gün Ermənistanın Ararat (Vedi) rayonu ərazisindən Sədərək kəndi atəşə tutuldu, səkkiz nəfər, o cümlədən, iki azyaşlı uşaq həlak oldu.

Saat 19:27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı. Məqsəd fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi haqqında fərmanın əhaliyə çatdırılmasının qarşısını almaqdan və qırğınların miqyasının daha böyük olmasına rəvac verməkdən ibarət idi.

SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00:00-dan "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman verdi.

Saat 21:00-dan etibarən SSRİ müdafiə naziri Dmitri Yazovun rəhbərliyi altında qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdaraq, əliyalın əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açaraq şəhərə daxil oldular.

20 Yanvar

SSRİ Müdafiə Nazirliyinin, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya yeridildi, dinc əhaliyə amansız divan tutuldu.

Bakı şəhərində saat 00:00-da fövqəladə vəziyyət tətbiq edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı səhər saat 07:00-da radio ilə elan olundu.

Həmin vaxtadək 100-dən artıq dinc sakin qətlə yetirilmiş, yüzlərlə dinc sakin yaralanmışdı.

Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirov yanvarın 20-nə keçən gecə gizli şəkildə SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahına getmiş, Dmitri Yazovla birlikdə hərbi əməliyyatlara rəhbərlik etmişdi.

21 yanvar

Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək orada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış etdi, faciənin Moskvanın və Azərbaycan rəhbərlərinin günahı üzündən baş verdiyini bildirdi. Əbdürrəhman Vəzirov öz şəxsi təhlükəsizliyini təmin etmək üçün gizli şəkildə hərbi təyyarə ilə Moskvaya qaçdı.

22 yanvar

Bakıda "Azadlıq" meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm mitinqi keçirildi. Respublikada üç gün matəm elan olundu.

Dağüstü Parkda - Şəhidlər Xiyabanında keçirilən dəfn mərasimində iki milyona yaxın insan iştirak etdi. Xalqın və bir qrup deputatların tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası keçirildi, fövqəladə vəziyyət tətbiq edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar tarixli fərmanının fəaliyyətinin dayandırılması, ordu hissələrinin şəhərdən çıxarılması, qanlı qırğının təşkilatçılarının, təqsirkarlarının aşkarlanması üçün deputat komissiyasının yaradılması barədə qərar qəbul olundu.

Azərbaycan SSR Ali Soveti Bakıda və bütün Azərbaycanda dinc əhaliyə qarşı görünməmiş cinayət törədilməsi ilə əlaqədar SSRİ Ali Sovetinə, müttəfiq respublikaların Ali Sovetlərinə, Sovet İttifaqının xalqlarına, dünyanın bütün dövlətlərinin parlamentlərinə, Birləşmiş Millətlər Təşkilatına müraciət qəbul olundu.

25-26 yanvar

Sovet qoşunları fövqəladə vəziyyət elan olunmayan rayonlara - yanvarın 25-də Neftçalaya, bir gün sonra isə Lənkərana yeridildi. Nəticədə, səkkiz nəfər qətlə yetirildi, xeyli adam yaralandı.

Allah şəhidlərimizə rəhmət eləsin!

Mənbə: oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1530   Tarix: 20 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

21 yaşlı əsgər hospitalda vəfat edib - Rəsmi

Hərbi Prokurorluqda 21 yaşlı əsgər Əli Cəfərovun ölüm faktı üzrə araşdırma aparılır. Bu barədə -a Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda 15.12.2025-ci il tarixdə vəfa

18 dekabr
.

Yadigar Muradovun yerinə direktor əvəzi təyin edildi (FOTO)

Şuşa Dövlət Dram Musiqili Komediya Teatrına yeni direktor əvəzi təyin olunub. Qaynarinfo xəbər verir ki, direktor səlahiyyətlərini Əməkdar artist, mərhum Yadigar Muradovun müavini Azad Məmmədov icra edəcək. Əməkdar artist Azad Məmmədov məlumatı Qaynarinfo-ya təsdiqləyib. Xatırladaq ki, Şuşa Dövlət Dra

18 dekabr
.

Nazirdən iki təyinat

Abutab Abbasova və Emin İsmayılov Yüksək Texnologiyalar Parkının baş icraçı direktorunun müavinləri vəzifələrinə təyin ediliblər. Qaynarinfo xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Qeyd edək ki, Abutab Abbasova ADA Universitetində beynəlxalq münasibətlər ixtisas

18 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

Meyiti tapılan Müşfiq vaxtsız ölən əmisinin adını daşıyırmış - Fotolar

Xəbər verdiyimiz kimi, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi, 18 yaşlı Müşfiq Fəttayev ürək tutmasından vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Müşfiq Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi idi. Qeyd edək ki, 18 yaşlı Müşfi

18 dekabr
.

Həyat yoldaşına qaraciyərini bağışladı: "Canım idi, ciyərim oldu"

Şanlıurfalı Necmettin Şen uzun illərdir sağlamlıq problemi yaşayan həyat yoldaşı Makbule Şenə qaraciyərini bağışlayaraq onun yenidən həyata qovuşmasına səbəb olub. türk mediasına istinadən xəbər verir ki, Diyarbəkirin Çermik rayonunda yaşayan Makbule Şen 17 ildir davam edən səhhət problemləri səbəbil

18 dekabr
.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı, işçi heyətin tibb

18 dekabr
.

"3 böyük xəstəxananın əsaslı yenidən qurulması işləri davam edir" - Vüqar Qurbanov

"Tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır". Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqd

19 dekabr
.

Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib

Vətəninfo.az xəbərinə görə, illərdir kosmetoloq kimi çalışan, öz sahəsi üzrə "marifləndirici" məsləhətlər verən Əmirova, artıq incidiyini bildirərək daha video çəkməyəcəyini bildirib. Kosmetoloqun paylaşdığı bu "son" videoyaya isə xeyli sayda şərh gəlib. Şərhlərin əksəriyyəti tanınmı

19 dekabr