Gecə narkotikdən hallandı, əmisinin obyektində dəhşət yaşatdı – Şok təfərrüat

Gecə narkotikdən hallandı, əmisinin obyektində dəhşət yaşatdı – Şok təfərrüatAstara rayonunda qətl törətməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Əli Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, o, yaşadığı Astaranın Ərçivan qəsəbəsində "Cənub" mağazasından nisyə aldığı 426 manatlıq ərzaq mallarının pulunu, həmçinin qəsəbədə yaşayan Eldar İmaməliyev və Kijəbə qəsəbə sakini Ramiz Rüstəmovdan aldığı ümumilikdə 2.700 manat pulu borc sahiblərinə qaytara bilməyib.

11 il əvvəl törədilən cinayət

Əli Cəfərov bir neçə il əvvəl - 24 aprel 2008-ci il tarixdə tamah niyyəti ilə əmisi Rafiq Cəfərova məxsus Ərçivan qəsəbəsindəki evin yaxınlığında "Aspetrol" yanacaqdoldurma məntəqəsinin işçisinə qarşı soyğunçuluq edib.

Bu cinayətə görə Əli Cəfərov məhkum olunmasına baxmayaraq, yenidən həmin yanacaqdoldurma məntəqəsinin işçisinə zorakılıq tətbiq eləməklə, yaxud belə zorakılıq hədəsi ilə basqın etməyi planlaşdırıb.

Beləliklə, o, əmisi Rafiq Cəfərova məxsus yanacaqdoldurma məntəqəsinin kassasındakı nağd pulu quldurluqla ələ keçirməyi qətiləşdirib. 22 fevral 2015-ci il tarixdə gecə yaşadığı evdə heroin qəbul edib.

Narkotikin təsiri altında gecə saat 4 radələrində evdən çıxıb və birbaşa "Aspetrol" yanacaqdoldurma məntəqəsinə gəlib. Ov bıçağını götürərək məntəqədə işləyən həmkəndlisi İltifat Quliyevi oturduğu otaqdan çölə çağırıb, yanacaq satışından əldə edilmiş pulları tələb edib.

"Pulları ver, yoxsa..."

İltifat Quliyev ona satış pullarının əmisi Rafiq Cəfərova məxsus olduğunu, əmisinin kassadan hər hansı bir şəxsə pul verməyi qəti qadağan etdiyini bildirib. Daha sonra çıxdığı otağa qayıtmaq istəyib.

Bu zaman Əli Cəfərov İltifat Quliyevə bıçaqla 17 zərbə vurub. İltifatı qətlə yetirdikdən sonra 322 manat pulu ələ keçirib.

Bundan başqa, Əli Cəfərov 2015-ci il fevralın 7-dən 9-dək İranda olduğu müddətdə şəxsiyyəti müəyyən edilməmiş şəxsdən satış məqsədi olmadan özünün istehlak miqdarından artıq heroin əldə edib. O, fevralın 9-da gömrük sərhədindən nəzarətdən gizli Astara şəhərinə keçib, qaçaqmalçılıq edib.

Narkotik vasitəni Ərçivan qəsəbəsinə gətirib, bir hissəsini istifadə edib. Qalan 1,170 qram hissə isə törətdiyi qətllə bağlı cinayət işi üzrə martın 3-də şübhəli şəxs qismində həbs olunarkən mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilib.

Qətl və qaçaqmalçılıq ittihamı

İstintaq orqanı tərəfindən Əli Cəfərov barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə), 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) və 206.2-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilib.

"Polis işçisi əmimə zəng vurdu"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli Cəfərov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, fevralın 21-də uşaqlarını Lənkərana qartopu oynamağa aparıb, qayıtdıqdan sonra həmin gecə saat 01-02 radələrində yatıblar: "Qayınatamın evində yaşamışam. Həmin evdə hamının bir yerdə yatdığı otağın qapısı həmişə içəridən bağlı olub".

Təqsirləndirilən şəxsin sözlərinə görə, fevralın 22-də, səhər saat 05.58-də polis işçisi əmisi İbrahimə zəng vurub və qardaşının iş yerində adam öldürdüyünü deyib: "Əmimlə yanacaqdoldurma məntəqəsinə getdik. Polis əməkdaşı Ənvər müəllim maşında əmim Rafiqin yanacaqdoldurma məntəqəsi haqqında söhbət etdi, yarı yolda məni düşürtdü və o biri avtomaşınla gəlməyi tapşırdı".

Əli Cəfərov bildirib ki, həmin gün ondan ifadəni Astara rayon polis şöbəsinin əməkdaşı Kamran Talıbov alıb, sonra evə buraxıb: "Fevralın 23-də öz avtomaşınımla ailəm və baldızımla birlikdə Bakıya getdik. Bakıda ailə üzvlərim "Ömür" klinikasında müayinə olundular. Oradan baldızım Sehradənin evinə getdik. Sehradə də bizimlə Astaraya gəlməli idi. Maşında Sehradəgilin evdən çıxmasını gözlədim.

Bu vaxt iki polis işçisi Sehradənin evinin qapısını döydü. Sehradə evdən çıxdı və polis işçiləri ilə onun arasında mübahisə düşdü. Polis Sehradəni evdən çıxarmaq istəyirdi.

Sehradə polis işçisini vurdu, polisin burun və ağzından qan gəldi. Mən isə onları aralamağa başladım. Kurtkamın üzərində aşkar olunmuş qan izi həmin dava zamanı düşə bilər.

Ola bilsin, onları aralayanda əlim qana bulaşıb və əlimi cibimə aparanda həmin hissəyə qan düşüb".

"Kurtkamın üzərində qan izi aşkar olundu"

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonra polis əməkdaşları Sehradəni Nəsimi rayon 20-ci polis bılməsinə aparıb: "Onun arxasınca mən və ailə üzvlərim getdik. Bir az gözlədik, sonra ailəmlə birlikdə Astaraya qayıtdıq.

Sehradənin vurduğu polis sahə müvəkkiliymiş, adı yadımda qalmayıb. Yolda olarkən Sehradənin buraxıldığını eşitdim. Hazırda Sehradə Almaniyada yaşayır".

Əli Cəfərov bildirib ki, fevralın 26-da polis şöbəsinin işçisi Sulduz müəllim ona zəng edib və şöbəyə çağırıb: "Günortadan sonra əmimlə birlikdə polis şöbəsinə getdik. Zaur Qasımov məndən ifadə aldı. Astaraya gələndən sonra əynimdəki paltarları, yəni cins şalvar, futbolka və kurtkamı Astara rayon polis şöbəsində götürdülər.

Kurtkamın üzərində qan izi aşkar olundu, polis işçilərinə qan izinin paytaxtdakı dava zamanı düşə biləcəyini bildirdim. Onlardan həmin qan izinin kimə məxsus olmasını araşdırmalarını xahiş etdim. Lakin bu barədə heç bir araşdırma aparılmadı".

"Kredit vermək üçün neçə nəfəri öldürmək lazımdır?"

Əli Cəfərov ifadəsində qeyd edib ki, ertəsi gün onu məhkəməyə aparıblar, polis işçilərinə müqavimət göstərdiyinə görə ona inzibati qaydada 10 günlük həbs verilib. Daha sonra həmin qətl hadisəsini boynuna qoyublar.

Təqsirləndirilən ifadəsində dəhşətli işgəncələrə məruz qaldığını, nəticədə dözə bilmədiyini, bu səbəbdən cinayəti boynuna götürdüyünü deyib.

O deyib ki, istintaq zamanı video-görüntü aparılaraq verdiyi ifadələri ondan yönəldici suallarla alıblar: "Bu cinayəti törətmiş olsaydım, cinayət törətdiyim paltarla polis şöbəsinə öz ayağımla getməzdim. Özümün "VAZ-2106" markalı avtomaşınımı 4000 manata satmışam, "Kia Sorento" markalı avtomaşını təzə almışam, 5000 manat ödəməli kreditim qalıb. Hər ay 564 manat kredit vermək lazım idi. Öz evimdə həmişə pul olub. Həmişə fəhlə işləmişəm, alver etmişəm, pula ehtiyacım olmayıb. İrandan paltar gətirib kənddə satmışam. 322 manata görə adam öldürməyim mümkün deyil.

Bu yolla 500 manat kredit vermək üçün neçə nəfəri öldürmək lazımdır? Həmin ərəfələrdə maşın və inək almışam, ona görə bir az borcum yığılıb. Ehtiyacım olduğuna görə borc götürmüşəm".

"Narkotik mənə məxsus deyil"

Əli Cəfərov qeyd edib ki, İltifat Quliyevi əvvəllər tanıyıb və onunla heç bir problemi olmayıb: "Onu öldürməyim üçün səbəb yoxdur. Mərhum yaxşı adam idi. Narkotik vasitəyə görə mənə elan olunmuş ittihamla da razı deyiləm. Çünki həmin narkotik vasitə mənə məxsus deyil".

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Cəfərov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ilk 3 ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Əli Cəfərov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şirvan Apelyasiya Məhkəməsində bir müddət əvvəl Əli Cəfərovun şikayətinə baxılıb. Onun apelyasiya şikayəti təmin olunmayıb.

Əli Cəfərov bu qərardan narazı qalaraq kasasiya şikayəti verib. Ali Məhkəmə Əli Cəfərovun barəsində olan Şirvan Apelyasiya Məhkəməsinin qərarını ləğv edib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar verilib.

Şirvan Apelyasiya Məhkəməsində hakim Etibar Camalovun sədrliyi ilə baş tutan prosesdə qərar açıqlanıb. Qərara görə, Əli Cəfərovun bəraət istəməsi barədə şikayəti təmin olunmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1790   Tarix: 31 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021