Vəfat edən yüksək vəzifəli məmurun dəfn mərasimi keçirildi - FOTO

Vəfat edən yüksək vəzifəli məmurun dəfn mərasimi keçirildi - FOTOBakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji üzrə aparıcı eksperti, siyasi elmlər doktoru, professor Toğrul Adil oğlu Bağırov bu gün Bakıda II Fəxri xiyabanda dəfn olunub.

Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, dəfndən əvvəl Təzə Pir məscidində mərhumla vida mərasimi keçirilib. Mərasimdə xarici işlər naziri Elmar Məmmədyarov, mədəniyyət naziri Əbülfəs Qarayev, "Azərbaycan Hava Yolları" QSC-nin sədri Cahangir Əsgərov, ictimai-siyasi xadimlər, elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Vida mərasimində çıxış edən professorun həyat yoldaşı məclisə gələnlərə təşəkkürünü bildirərək qeyd edib ki, T.Bağırov hamı ilə halallaşaraq dünyadan köçüb.

Sonra T.Bağırov II Fəxri xiyabanda dəfn olunub.

Dəfn mərasimində Trend-ə danışan mərhumun oğlu Adil Bağırov bildirib ki, T.Bağırovun bu günədək gördüyü işlərin hər birində Azərbaycanın adı olub:

"O, nə edirdisə, hər birini doğma vətəninə, torpağına görə edirdi. Atam bu günədək çox böyük və önəmli işlər görüb. O, hər bir işində yalnız Azərbaycanın gələcəyini və inkişafını düşünərək, bayrağımızın daha da uca zirvələrdə dalğalanmasını arzu edirdi. Son 15 il ərzində onun ən böyük işlərindən biri isə Nobel irsi ilə bağlı idi. Atam, həmçinin əslən Qarabağdan idi və əlindən gələni edirdi ki, dünya Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətləri öyrənsin. Çox təəssüf ki, atam torpağlarımızın azad olunmasını görə bilmədi, buna baxmayaraq o, həmişə ümid edirdi ki, torpaqlarımızın işğaldan azad olunacağı gün yaxındadır".

Mərasimdə iştirak edən Xalq artisti Fərhad Bədəlbəyli isə Trend-ə bildirib ki, T.Bağırov layiqli vətəndaşı idi, Azərbaycan üçün çox işlər görüb.

"Qarabağ dərdi onun daim narahat edirdi. Biz onunla həmişə bu mövzuda danışardıq, Toğrul öz yurduna qayıtmağı çox arzulayırdı. Toğrul Azərbaycanı tanıtmaq üçün xaricdən bura çox sayda ziyalı insanları, iş adamlarını gətirirdi. Onlara müvafiq məlumatlar verir, Azərbaycanın necə gözəl ölkə olduğunu göstərirdi. Ümid edirəm ki, Toğrulun gördüyü işlər davam etdiriləcək, çünki o, daim Vətəni üçün çalışıb".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 11362   Tarix: 01 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021