Su-30 Ermənistana neçəyə başa gəlib?- Azərbaycan zərbə vurmaq üçün addımlar atır

Su-30 Ermənistana neçəyə başa gəlib?- Azərbaycan zərbə vurmaq üçün addımlar atır"Ermənistan Nikol Paşinyanın baş nazir olduğu dövrdə ilk hərbi xarakterli silahlar almağa başlayıb. Onlardan ən güclüləri kimi sayılanı isə Su-30 SM tipli qırıcı təyyarələridir. Bununla bağlı məlumatlar artıq erməni mediasında bir yandan cəmiyyəti sakitləşdirmək, digər tərəfdən isə Paşinyanın rəqiblərini və düşmənlərini susdurmaq üçün daha artıq dərəcədə kultivasiya edilir".

Bu sözləri modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib.

Deputatın sözlərinə görə, Ermənistanın yeni hökuməti Nikol Paşinyandan tam qərbyönümlü kurs yürütməyi tələb edənlərin qarşısına Rusiya faktoru ilə çıxır.

"Bu arqument odur ki, onlar şimal qonşularından bu cür mühüm hərbi təyinatlı məhsulları almağı başqa dövlətlə əvəz edə bilmirlər.

Çünki qeyd edirlər ki, bu, bazar qiymətindən nisbətən aşağı tariflərlə verilib. Hətta Ermənistan mətbuatında növbəti ildə də daha 4 təyyarənin alınacağı barədə də məlumatlar söylənilməkdədir. Lakin gəlin görək erməni tərəfi təhlükəsizliyi üçün çox mühüm bir hərbi addım atdıqlarını qeyd edərkən, bu, onlara neçəyə başa gəlib? İlk növbədə demək lazımdır ki, köhnə rejimin devrilməsi həm də xalqın sosial-iqtisadi fəlakətlə üz-üzə qalmasının nəticəsi idi. Bu cür silahlar zəif bir ölkənin Azərbaycanla rəqabətə qoşursa, bu, müəyyən qədər bizi sanki öz məqsədlərimizə çatdırmış olur. Yəni, həmin təyyarələri yemək mümkün deyil".

Zahid Oruc qeyd edib ki, Azərbaycanın Silahlı Qüvvələrində mövcud olan müasir nəsil silahlar daha yüksək modifikasiyaya malikdirlər, onların texniki xarakteristikası hazırda Ermənistanın aldığı təyyarələrdən son dərəcədə güclüdür.

"Onlar da bunu çox yaxşı bilirlər. Öz aləmlərində belə bir mesaj verirlər ki, guya II Qarabağ müharibəsi daha çox hava məkanında gedə bilər, bu tamamilə yeni bir hadisədir. Onlar da bu yöndə addımlar atırlar. Ermənistan Rusiyadan Su-30 SM təyyarələrinin alınması ilə bağlı müvafiq müqavilə imzalayıb. Həmin kreditləri Rusiya tərəfi sağ cibindən çıxarıb verib İrəvana, sonrakı dövrdə isə onların əlindən alıb qoyacaq sol cibinə. Nəticədə isə burada daha çox qazanan Rusiya tərəfidir. İtirən, zəifləyən və bununla da özünün geopolitik orbitini heç zaman dəyişə bilməyəcəyi tərəf Ermənistandır".

Deputat deyib ki, informasiya resurslarına açıq olan məlumatlarda Azərbaycanın hazırda Silahlı Qüvvələrində olan təyyarələrin siyahısı mövcuddur.

"Həmin siyahıya nəzər salan zaman görünür ki, Su-30-larla müqayisə olunmayan daha yeni xarakterli qırıcılar mövcuddur. Məsafədən idarə olunan hava hücumundan müdafiə sistemləri mövcuddur.

Ölkə başçısı qatıldığı bütün tədbirlərdə, müşavirələrdə qeyd edir ki, Azərbaycan bu sahədə özünün seçdiyi xətti davam etdirəcək. Biz çox arzulayarıq ki, münaqişə bir anının içində həll olunsun və külli miqdarda hərbi sahəyə qoyulan vəsaitlər ölkəmizin daha artıq dərəcədə səhiyyə sisteminə, təhsilə, aqrar sektora, məşğulluğun digər sahələrinə qoyulmuş olsun.

Lakin Azərbaycan ciddi şəkildə qarşısı alınmaz zərbələr vurmaq yönündə addımlar atmaqdadır. Siz təsəvvür edin ki, Paşinyan Kremldə ayaqüstü görüşdüyü şəraitdə Vladimir Putini inandırmağa çalışıb ki, onların durumu çox acınacaqlıdır və mütləq yeni təyyarələrə ehtiyacları var.

Hesab edirəm ki, bu, Ermənistanın gücünü artırmır, əksinə Paşinyanı Sarkisyanın və Koçaryanın gününə salır. Çünki xalq ondan iqtisadi nailiyyətlər gözləyir. Demokratiya isə sadəcə sözlə, bəyanatlarla və siyasi mübarizə ilə olmur. İnsanların real olaraq həyatında, sosial vəziyyətində dəyişiklik baş verməsə və yalnız silah almağa qurşansa, Ermənistan hakimiyyətində böhran davam edəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1572   Tarix: 04 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021