Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMAAvqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi.

Sonxeber.az Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminlərin Əmiri) olaraq təyin edilib.

"Taliban"ın qurucularından olan şeyx Əbdülhakim təşkilatın ilk hakimiyyəti dövründə ədliyyə naziri vəzifəsini öz üzərinə götürüb. Pakistanda həbsxanadan çıxdıqdan sonra Dohada keçirilən sülh danışıqlarında iştirak edən Şeyx Əbdülhakim, həmçinin, keçən il danışıqlar qrupunun rəhbəri də təyin edilib.

"Taliban" lideri Şeyx Heybətullah Axundzadənin yeni idarədə ruhani liderliyini qoruyacağı qeyd olunur. O, sələfi Molla Mansur Axtarın 2016-cı ildə ABŞ-ın pilotsuz təyyarələri tərəfindən öldürülməsindən sonra "Taliban"ın 1 nömrəli adamı təyin edilib. Hərbi komandirdən çox dindar bir kimliyə mənsub olması onun "Taliban" tərəfindən mənəvi bir şəxsiyyət olaraq xidmətə seçilməsinə səbəb olub.

Onu da qeyd edək ki, "Taliban"ın qurucularından biri olan Molla Əbdülqani Baradar yeni hökümətin baş nazir vəzifəsini icra edəcək. Baradar Sovet İttifaqının Əfqanıstanı işğal etməsi ilə müqavimət qruplarına qoşulub və o zaman mücahidlər arasında sevilən bir şəxs olub. O, "Taliban"ın qurucusu Molla Ömərlə birlikdə SSRİ qüvvələrinə qarşı illərcə döyüşüb. Molla Ömər və Molla Əbdülqəni Baradarın iki bacıyla evlənərək bacanaq olduqları da bildirilir.

Rəsmi olaraq açıqlanmayan siyahıya görə, hökumətdəki digər vəzifə bölgüsü belədir:

Əl-Həcc Sədr Məhəmməd İbrahim Sahib - Müdafiə naziri,
Xəlifə kimi tanınılan Siracəddin Həqqan - Daxili işlər naziri,
Malaqal Ağa Axund - Maliyyə naziri,
Abbas Stanqari - Xarici işlər naziri,
Hacı Gül Məhəmməd kimi tanınılan Molla Məhəmməd Naim - Dövlət sərhədlərinin qorunulması naziri,
Molla Məhəmməd Həsən Rəhmani - Təbii sərvətlər naziri,
Fətullah Mövləvi Fətullah Mansur İbn Şahid Mansur Sahib - Hərbi Hava Qüvvələri komandanı,
Molla Əbdül Qəyyum Zakir - Kabil qüvvələrinin başçısı.

Rafi Müslümov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1130   Tarix: 04 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyə müharibənin astanasında? Qara dənizdə hücumlar, Səudiyyədə hərbi hazırlıq

Türkiyə regionda iki fərqli istiqamətdə artan təhlükəsizlik təzyiqi ilə üz-üzədir. Bir tərəfdən Ankara Səudiyyə Ərəbistanının təhlükəsizliyinin müdafiəsi çərçivəsində hərbi qüvvə və imkanların Krallıq ərazisinə sürətlə yerləşdirilməsi barədə qərar verib. Digər tərəfdən, Qara dənizdə Türkiyə ilə əlaqəl

6 oktyabr
.

İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətsizliyinə diqqət çəkdi

Azərbaycan Prezidenti İlham Əliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli konfrans iştirakçıları!. Sizi Bakı Dialoqu formatında keçirilən itki

7 oktyabr
.

Prezident: "Biz COP29 sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik"

"Biz COP29 sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik və onların problemlərini beynəlxalq aləmin diqqət mərkəzində saxlamağa çalışdıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Ficidə keçirilə

6 oktyabr
.

HƏMAS terror təşkilatının İsrailə hücumundan 3 il ötür

Bu gün - 7 oktyabr 2026-cı il - HƏMAS terror təşkilatının 7 oktyabr 2023-cü ildə İsrailə qarşı həyata keçirdiyi hücumdan üç il ötür. Həmin gün İsrailin cənubuna təşkil edilən hücum nəticəsində təxminən 1 200 nəfər öldürülüb, 251 nəfər isə girov götürülüb. Hadisə İsrail tarixinin ən ağır günlərindən bir

7 oktyabr
.

Ermənistan tərəfi Azərbaycan hərbçisini Bakıya qaytaracaqmı?

"Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin yaxın vaxtlarda heç bir qarşılıqlı addım gözlənilmədən, "xoşməramlı jest" kimi Bakıya təhvil verilməsi ehtimalı var". Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikri erməni vəkil Ovannes Xudoyan irəli sürüb. Hüquqşünasın sözlərin

7 oktyabr
.

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. AZƏRTAC-a istinadən xəbər veri

6 oktyabr
.

Əli Nağıyev Azərbaycanın itkin düşmüş şəxslərinin sayını açıqladı

"Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir". "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Bak

7 oktyabr
.

Azərbaycanın Məşvərət görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - Birgə Bəyanat - Video

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir. "Report"a istinadən xəbər verir ki, bu barədə oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün yekunu olaraq imzalanan Birgə Bəyanatda deyilir. Sənəddə eləc

8 oktyabr
.

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlə

7 oktyabr