Deputat sosial şəbəkələrdən danışdı: "Təhqir, söyüş baş alıb gedir"

Deputat sosial şəbəkələrdən danışdı: "Təhqir, söyüş baş alıb gedir"Daha bir millət vəkili, akademik, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva son zamanlar sosial şəbəkələrdə gedən müzakirələrlə bağlı sərt mövqe sərgiləyib.

Millət vəkili mətbuata açıqlamasında bildirib ki, sosial şəbəkələr müasir dövrün ən mühüm yenilik və nailiyyətlərindən biridir, insan həyatı və münasibətlərinə ciddi təsir göstərən, hətta onların xarakterində dəyişikliklərə səbəb olan bir amildir.

"O mənada ki, sosial şəbəkələr insanlar arasında məkan və məsafə məfhumunu aradan qaldırır, bir-birindən minlərlə kilometr aralıda olan fərdlərə asanlıqla təmasa girmək, həm ictimai məzmunlu fəaliyyətdə olmaq və müzakirələr aparmaq, həm də şəxsi əlaqələr qurmaq üçün geniş meydan açır.

Bu baxımdan sosial şəbəkələri XXI əsrin unikal imkanı kimi dəyərləndirmək olar.

O da şübhəsizdir ki, sosial şəbəkələr məhz pozitiv niyyətlə-insanların ünsiyyətini asanlaşdırmaq, informasiya mübadiləsini sürətləndirmək hədəfi ilə yaradılıb.

Lakin hər bir müsbət imkandan özünün mənfi məqsədləri, çirkin niyyətləri üçün istifadə edənlər də tapılır", - deyən millət vəkilinin sözlərinə görə, Azərbaycan hakimiyyəti sosial medianın qeyd olunan müsbət cəhətlərini nəzərə alaraq, bu sahədə tam azadlıq və sərbəstliyi təmin edib. Halbuki bu azadlıq heç də dünyanın bütün ölkələrində təmin edilmir, bir sıra ölkələrdə bu və ya digər səbəblərdən sosial şəbəkələrə çıxışa tam və ya qismən məhdudiyyətlər tətbiq olunur:

"Azərbaycanda da zaman-zaman bununla bağlı haqlı narahatlığa söykənən müəyyən çağırışlar səslənsə də, prezident İlham Əliyev azad internetin və sosial şəbəkələrin sərbəst fəaliyyətinin prinsipial tərəfdarı kimi çıxış edir.

Təəssüflər olsun ki, ölkə başçısının dövlətimiz və cəmiyyətimiz üçün böyük və strateji əhəmiyyət daşıyan bu mövqeyi heç də bütün vətəndaşlar tərəfindən düzgün qiymətləndirilmir, yaradılmış imkandan sui-istifadə edən fərdlər və qruplar müşahidə olunur.

Bir sıra hallarda isə bütün mənəvi-əxlaqi çərçivələrin aşılması ilə təhqirin, söyüşün baş alıb getdiyini görürük ki, buna heç bir vəchlə biganə qalmaq olmaz.

Hazırda sosial şəbəkələr informasiya müharibəsinin, ideoloji mübarizənin meydanına çevrilib. Müharibə şəraitində olan bir ölkə kimi Azərbaycanın sosial şəbəkə istifadəçiləri də bu istiqamətdə səmərəli fəaliyyət göstərməyə çalışmalıdırlar.

Lakin bəzi üzdəniraq sosial şəbəkə fəalları bunun əvəzinə, daxildəki ən kiçik problemləri belə şişirdərək ölkəmizi gözdən salmaqla, bu azmış kimi, dövlət və hökumət rəhbərliyini, ölkə parlamentini hədəfə almaqla, necə deyərlər, düşməni sevindirmək, onun əlinə bəhanə vermək xətti tutublar...".

Millət vəkilinin dediyinə görə, əlbəttə, hər bir sosial şəbəkə istifadəçisinin istənilən dövlət qurumunun işində rastlaşdığı çatışmazlıqları tənqid etmək, qarşılaşdığı neqativ halları ictimaiyyətə çatdırmaq hüququ var və buna ölkəmizdə heç bir məhdudiyyət qoyulmur:

"Əksinə, çoxsaylı faktlar va ki, məhz sosial şəbəkələrdə bu və digər dövlət orqanının, vəzifəli şəxsin işindəki nöqsanlarla bağlı tənqidlərə adekvat reaksiya verilib və problemlər operativ surətdə aradan qaldırılıb.

Lakin bəziləri bu imkandan da yararlanmaq istəməyib, açıq təhqirlər yağdırmaq, qarşıdurma yaratmaq, ictimai aqressiyaya rəvac vermək yolu ilə getməyi üstün tuturlar.
Onlar bununla istər-istəməz Azərbaycanın düşmənlərinin maraqlarına xidmət etmiş olurlar, çünki sirr deyil ki, ölkəmizdəki sabitlik və davamlı inkişaf bir çox xarici qüvvələri, ilk növbədə bədnam qonşumuzu narahat edir.

Ona görə sosial şəbəkələrdən söyüş və təhqir maşını kimi istifadə edərək ölkəmizin adına xələl gətirənlər düşmənin onların hərəkətlərindən məmnunluğunu görməli, dayanıb düşünməli və öz davranışlarına yenidən baxmalıdırlar". (Oxu.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 897   Tarix: 04 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mediada azyaşlıların üzünün açıq şəkildə göstərilməsi nə dərəcədə düzgündür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlər mediada uşaqların üzlərinin açıq şəkildə yayımlandığı hallara tez-tez rast gəlmək olur. Bu, sadəcə görüntü paylaşımı deyil - uşaqların təhlükəsizliyinə birbaşa təsir edir və psixoloji, sosial problemlərə səbəb ola bilər. Media qurumları uşaqların hüquqlarını və təhlükəsizliyini ön planda saxlamalı

19 dekabr
.

Avtobuslarda ödənişlə bağlı YENİLİK - Mümkün oldu

Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir. Layihənin pilot mərhələsi çərçivəsində, ilk olaraq 500 nömrəli marşrut xəttind

20 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr
.

Meyxanaçı Kərim dəfn edilidi (FOTO)

Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə

20 dekabr
.

Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib

Vətəninfo.az xəbərinə görə, illərdir kosmetoloq kimi çalışan, öz sahəsi üzrə "marifləndirici" məsləhətlər verən Əmirova, artıq incidiyini bildirərək daha video çəkməyəcəyini bildirib. Kosmetoloqun paylaşdığı bu "son" videoyaya isə xeyli sayda şərh gəlib. Şərhlərin əksəriyyəti tanınmı

19 dekabr
.

Sabah hava necə olacaq?

Dekabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimal

19 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə

19 dekabr
.

Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı

Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə

20 dekabr