"Deputatlar elə bil söyülməkdən ləzzət alırlar" - Araz Əlizadə həmkarlarını tənqid etdi

"Deputatlar elə bil söyülməkdən ləzzət alırlar" - Araz Əlizadə həmkarlarını tənqid etdi"Deputatlar ağızlarına su alıb dururlar. Elə bil söyülməkdən ləzzət alırlar. Ya onlara deyilən bu fikirlərlə razıdırlar, ya da ayıb işləri var, qorxularından səslərini çıxarmırlar. Bu baxımdan Siyavuş Novruzov tamamilə düz deyir və onu tam haqlı sayıram".

Sonxeber.az xəbər verir ki, bunu AzVision.az -a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə deyib. Bildirib ki, o, məntiq və təmkinlə söyüş söylənlərin yalanlarını ifşa edir:

"Məsələn "Kanal 13"də deyirlər ki, Araz Əlizadə müstəqiliyin əleyhinə səs verib. Adama deməzlər ki, ay "zatı qırıq" sübut elə, gic-gic danışma. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan tarixində, Azərbaycan parlamentində ilk dəfə mənim ağzımdan səslənib ki, Azərbaycan SSRİ-dən çıxmaq məsələsini ortaya qoymalıdır. Belə bir adam müstəqilliyin əleyhinə səs verər? Bunlara cavab vermək lazımdır. Əgər cavab verməsən, səni tanımayan 10 nəfər bu nadürüstün şərhini eşidəndə, fikirləşəcək ki, söylənilənlər həqiqətdir. Ona görə belələrinə cavab verib, susdurmaq lazımdır".

Qeyd edək ki, Milli Məclisin sonuncu plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib ki, deputatlar onları söyənələrə cavab verməlidir: "Bəzən Milli Məclishaqqında söz deyilir, bəzi deputatlar yaxalarını kənara çəkir, deyirlər ki, bizə aidiyyatı yoxdur. Bu deyilən söz bütün deputatlara aiddir. Əgər bizə söz deyilirsə, biz onlardan 20 dəfə artıq deməliyik. Başa düşsünlər ki, onlar bizlə qarşı-qarşıya gəlmək gücündə deyillər. Onlarınki yalnız söyüşdür. Söyüş söyürsə, qarşılıqlı cavabını verməliyik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1259   Tarix: 04 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını

25 aprel
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel